08.12.2020 Gündəlik Bürclər (8 Dekabr 2020 Günlük Bürclər)

07 Aralık 2020
3 757
0
08.12.2020 Gündəlik Bürclər (8 Dekabr 2020 Günlük Bürclər)
Qoç
Yaxşılığa doğru inkişaf gözlənilir. Gündən səmərəli istifadə edərək işgüzar razılaşmaya imza ata bilərsiniz. Ailədə də vəziyyət ürəkaçandır. Hamı sizin fikirlərlə hesablaşacaq.

Buğa
Günün birinci yarısı gözlənilməz olduğu qədər vacib xəbər alacaqsınız. Bu gün öyrəndiklərinizin sizə faydası dəyə bilər. Axşama doğru həyat eşqi sönəcək. Bu üzdən yorucu işləri günün ikinci yarısına təyin etməyin.

Əkizlər
Istənilən işə yarayacaq sakit, pozitiv gündür. Hətta ən çətin işlər belə sizi qorxutmayacaq. Yaşlı qohumlarla aranızda fikir ayrılığı yaşanacaq. Münaqişə istisna deyil. Siz doğru olduğunuza əminsizin, bu üzdən dedikləriniz kəskin ola bilər.

Xərçəng
Günün birinci yarısı həyəcan dolu anlar yaşadacaq. Uzun mübahisələrdən sonra xoşa gəlməyən kəslərə öz doğruluğunuzu isbatlayacaqsınız. Səbirli olmağa çalışın. Günün ikinci yarısı sakit keçəcək. Ancaq burada da yaxınlarınızla aranızda pulla bağlı mübahisə düşəcəyi ehtimal olunur.

Şir
Gününüz xoş olmayan xəbərlə başlayacaq. Bu, sizi planlarınızda dəyişiklik etməyə vadar edəcək. Bu gün mötəbər adamlarla oturub-durmayın, onlardan sizə fayda gəlməyəcək. Gəzinti üçün əlverişli gündür.

Qız
Həyatınızda ciddi dəyişikliklər ola bilər. Vaxtınızı boş yerə sərf etməyin. Çalışın, hisslərinizə meydan verməyəsiniz. Bu xüsusilə də yola çıxmağa hazırlaşanlara şamil edilir. Böyük məbləğli alış-veriş etməyə məcbur olacaqsınız. Xoşbəxtlikdən maddi durumunuz buna imkan verəcək.

Tərəzi
Imkan və bacarığınızı düzgün dəyərləndirəcəksiniz. Işgüzar danışıqlar yaxşı keçəcək. Ehtimal ki, müdiriyyətlə aranızda mübahisə düşəcək. Doğruluğunuzu isbatlamaq üçün səy göstərəcəksiniz. Gün maliyyə baxımdan xoş xəbər vəd edir.

Əqrəb
Uğurlu gündür. Işlə bağlı maraqlı ideyalarınız olacaq. Onları qeyd etməyi unutmayın. Yaxınlarla münasibətiniz yaxşı olacaq. Evdə oturmaqdansa, qonaq gedin.

Oxatan
Gün sakit keçəcək, qabaqcadan qurduğunuz planları heç nə pozmayacaq. Bu günə təyin etdiyiniz görüşlərdən istədiyiniz nəticəni alacaqsınız. Ən yaxın adamınızla aranızda fikir ayrılığı yaşansa belə, əhvalınız korlanmayacaq.

Oğlaq
Işgüzarlıq tələb edən bir gün olacaq. Siz işləmək istəməsəniz belə, işlər sizi tapacaq. Şəxsi müstəvidə isə elə də ürəkaçan mənzərə müşahidə edilmir. Məlum olacaq ki, son günlər bir neçə ciddi səhv buraxmısınız. Onları düzəltməyin zamanı çatıb.

Dolça
Sakit və xoş gündür. Elə bir gün ki, onu istədiyiniz kimi yaşaya bilərsiniz. Günün ikinci yarısında işgüzarlıq qabiliyyətiniz zəifləyəcək. Bu səbəbdən də günün bu hissəsini əyləncə və xoş məşğuliyyət üçün planlaşdıra bilərsiniz.

Balıqlar
Gününüzü istər ev, istərsə də professional işlərə və yaxud da istirahətə ayıra bilərsiniz. Çətin situasiyalarda sakitliyinizi və yaxşı əhvalınızı qoruyub saxlayacaqsınız. Qarşınızda çox da böyük iddialar qoymayın. Gün uşaqlarla vaxt keçirmək üçün münasibdir, amma yaşlı nəsil ilə isə əksinə.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.