02.01.2021 Gündəlik Bürclər (2 Yanvar 2021 Günlük Bürclər)

01 Ocak 2021
4 490
0
02.01.2021 Gündəlik Bürclər (2 Yanvar 2021 Günlük Bürclər)
Qoç
Maraqlı, ancaq çətin gün yaşayacaqsınız. Siz döyüşkən xarakterə sahib olduğunuzdan çətinliklər sizi qorxuda bilməz. O üzdən də maraqlarınızı müdafiə etmək üçün iradəli və möhkəm olun. Günün ikinci yarısında şənlənə biləcəksiniz, yaxınlarınızın sizə xoş sürprizi var.

Buğa
Gün baş gicəlləndirəcək qədər maraqlı olacaq. O qədər ağlagəlməz hadisələr baş verəcək ki, özünüz də bunun real, yoxsa yuxu olduğuna şübhə edəcəksiniz. Son zamanlar haqqında çox düşündüyünüz adamla görüşəcəyiniz ehtimal olunur. Bütün həyəcan və gərginlik keçmişdə qalacaq.

Əkizlər
Demək olar ki, əlinizə götürdüyünüz istənilən iş alınacaq. Səhər erkəndən əhvalınız yaxşı olacaq. Bu günə istənilən görüş təyin etmək olar, hamısı yaxşı keçəcək. Gözləmədiyiniz qonağın gəlişi sizi sevindirəcək.

Xərçəng
Gün özü ilə gözlənilməz olaylar gətirəcək. Dərhal planlarınızı dəyişəcəksiniz. Bu günə fəal istirahət arzuolunandır. Qripə tutulmaq ehtimalı böyük olduğundan çoxlu qaynar içkilərə üstünlük verməyiniz məsləhətdir.

Şir
Gözlənilməz yeniliklər baş verəcək. Bürcün nümayəndələri nikbin olacaqlar. Yeri gəlmişkən, bu nikbinliyə kifayət qədər əsas var. Bu gün çətin işlər görməyiniz məsləhət deyil. Həmin işləri gələn ilə təxirə salmaq mümkündür.

Qız
Duyğularınızın hərəkətə keçdiyi bir gündür. Yoldaşlarınızla çox xoş tədbirlər təşkil edə bilərsiniz. Sevgilinizlə birlikdə dost dəvətlərinə qatıla bilərsiniz. Spirtli içkilərdən uzaq durmağınız məsləhətdir.

Tərəzi
Istəkləriniz artır. Lakin məntiqli davranmağı bacaracaqsınız. Bir az narahat və gərgin olmaqla yanaşı səfər edərək üzərinizdəki çətinliyi ata bilərsiniz.

Əqrəb
Bu gün eşidəcəyiniz bir xəbər narahatlıq yaradacaq. Lakin qərar vermək üçün hələ tezdir. Yoldaşlarınızla aranızdakı əlaqələri düzəltməyə çalışın. Başınız qarışıq olduğu üçün bir az təlaşlı və gərgin davranacaqsınız.

Oxatan
Bu günün çatışmayan bir cəhəti var, o da işgüzarlığınızın sıfra enməsidir. Ona görə də yaxşı olar ki, vacib məsələlərin həllilə günün birinci yarısında məşğul olasınız. Xoş sürprizlər də sizi gözləyir. Yaxınlarınızın qayğısı və istəklərinizə qarşı biganə qalmaması sizi sevindirəcək.

Oğlaq
Bu gün bir güllə ilə iki dovşan hədəfləməkdən qorxmayın. Ulduzlar bildirir ki, bu, sizdə alınacaq. Bu gün sizin parlamağınız, ətrafdakıların qəlbini ələ almaq üçün çox uyğun zamandır. Sizi çoxlu sayda maraqlı görüş, kompliment və xoş ünsiyyət gözləyir.

Dolça
Səbirsiz olmaqla gözlənilməz qərarlar verə bilərsiniz. Istəklərinizi ortaya qoymadan əvvəl bir daha düşünün. Yanlışlıqlara yol verməyin. Yoldaşlarınıza qarşı bir az səbirli davranın.

Balıqlar
Alacağınız bəzi xəbərlər canınızın sıxılmasına səbəb olacaq. Bu baxımdan gərginlik istisna deyil. Ancaq əhvalınız yüksək olduğu üçün bunların üzərində çox dayanmayacaqsınız.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.