03.01.2021 Gündəlik Bürclər (3 Yanvar 2021 Günlük Bürclər)

02 Ocak 2021
4 032
0
03.01.2021 Gündəlik Bürclər (3 Yanvar 2021 Günlük Bürclər)
Qoç
Gün heç bir çətinlik gətirmədən, xoş keçəcək. Istənilən işi tez həll edəcəksiniz, istədiyinizə asanlıqla çatacaqsınız. Gələcəklə bağlı planlar qurmaq baxımından əlverişli gündür. Gün gəzinti, səyahət üçün münasib hesab edilir. Maraqlı tanışlıq sizi gözləyir.

Buğa
Bu günün çatışmayan bir cəhəti var, o da işgüzarlığınızın sıfra enməsidir. Ona görə də yaxşı olar ki, vacib məsələlərin həllilə günün birinci yarısında məşğul olasınız. Xoş sürprizlər də sizi gözləyir. Yaxınlarınızın qayğısı və istəklərinizə qarşı biganə qalmaması sizi sevindirəcək.

Əkizlər
Gün gözlənilmədən yaxşı xəbərlər gətirəcək. Bütün həyəcan və gərginliyi kənara ataraq, müsbət əhval-ruhiyyəyə köklənəcəksiniz. Çoxdankı yoldaşlarınızla aranızdakı fikir ayrılığı sizin xeyrinizə öz həllini tapacaq. Yeni macəranızın baş gicəlləndirici və qeyri-adi olacağı bildirilir.

Xərçəng
Çox ləng addımlarla irəliləyirsiniz. Deyəsən, tələsik getməklə maraqlı məqamları qaçıracağınızdan ehtiyatlanırsınız. Ətrafdakılar sizi tələsdirəcəklər, amma bir neçə uğursuz cəhddən sonra sizin işlərinizə müdaxilə etməyəcəklər. Uzun yola çıxmaq da məsləhət deyil.

Şir
Birdən-birə çətinlikləriniz yaranacaq. Başlıcası odur ki, günün birinci yarısında təslim olmayın. Bu zaman kəsiyində ən çətin dəqiqələrə dözməklə işinizi yüngülləşdirə bilərsiniz. Münasib olmayan adamla romantik əlaqə quracaqsınız.

Qız
Hadisələrə pessimist baxacaq, xırda anlaşılmazlıqları böyüdəcəksiniz. Eşidəcəyiniz xəbərlər sizi hərəkətə keçirəcək. Işlərinizi sürətləndirəcəksiniz.

Tərəzi
Gün boyu məntiqli addımlar atacaqsınız. Sevdiyiniz şəxslə aranızdakı münasibəti düzgün istiqamətdə qurmaqla özünüzü daha rahat və şən hiss edəcəksiniz.

Əqrəb
Sevdiyiniz şəxlə aranızdakı əlaqələr istədiyiniz kimi olacaq. Daha əvvəl gərginlik yaradan problemləri təhlil etməyə başlayacaqsınız. Dostlarınızın dəstəyini alacaqsınız.

Oxatan
Hərəkətə keçmək istədiyiniz mövzularda çox xoş inkişaflar meydana gələcək. Özünüzə olan inam artacaq və əvvəldən qurduğunuz planların tətbiqinə başlayacaqsınız. Duyğularınız və istəkləriniz getdikcə güclənir.

Oğlaq
Bu gün gözləmədiyiniz situasiya ilə qarşılaşacaqsınız. Gərəksiz yerə pul xərcləməyin. Işlərinizlə bağlı gözlədiyiniz bəzi xəbərləri bu gün ala bilər və bundan həyəcanlana bilərsiniz.

Dolça
Hərəkətli bir gündür. Hadisələr böyük bir həyəcan yaşadacaq. Ürəyinizdən keçənləri sevgilinizlə paylaşın. Uzaqlarda olan yaxınlarınızla görüşə bilər və ya onun ziyarətinə gedə bilərsiniz.

Balıqlar
Gün çox ziddiyyətlidir. Siz həm işlərin ödəsindən gəlməli, həm də yaxşı əhval-ruhiyyənizi saxlamalısınız. Bununla yanaşı, ətrafdakıların da əhvalını qaldırmalısınız. Günün ikinci yarısı hər xırda işi ürəyinə salmayanlar üçün uğurludur. Günün hadisələrindən məmnun qalacağınız bildirilir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.