06.01.2021 Gündəlik Bürclər (6 Yanvar 2021 Günlük Bürclər)

05 Ocak 2021
4 175
0
06.01.2021 Gündəlik Bürclər (6 Yanvar 2021 Günlük Bürclər)
Qoç
Maraqlı görüşlər və xoş olaylarıyla gün xoşunuza gələcək. Bu gün təşəbbüs göstərərək yeni işlə məşğul ola bilərsiniz. Dostlarınız və yaxınlarınız sizin ideyalarınızı bəyənəcəklər. Kulinariya sahəsində eksperimentlər aparmayın. Bu, onsuz da həssas olan həzm sisteminizə mənfi təsir göstərər.

Buğa
Uzaq yola çıxmağınız məsləhət dyil. Yaxşı olar ki, siz bu gününüzü evdə keçirəsiniz. Yolda xoşagəlməz olaylar yaşanacağı ehtimal edilir. Yaradıcılıq potensialınız yüksək olduğundan darıxmayacaqsınız. Gün maliyyə məsələlərinin həlli üçün münasib hesab edilir.

Əkizlər
Gün gözlənilməz xoş sürprizlər gətirəcək, heç bir şeyə təəccüblənməyin. Istənilən imkandan maddi vəziyyətinizin yaxşılaşması üçün istifadə edin. Günün emosional mənzərəsi də xoş olacaq. Qeyri-adi mərasim keçirmək üçün əla gündür.

Xərçəng
Bu gün elə də maraqlı hadisə yaşamayacaqsınız, buna baxmayaraq, gün kifayət qədər xoş keçəcək. Qırılmış əlaqələri bu gün bərpa etmək mümkün olacaq. Bu gün çox səmimi olduğunuzdan daha da cəlbedici olacaqsınız. Axşam saatları parlamaq vaxtıdır. Əgər bu vaxtınızı hansısa məclisdə keçirsəniz, bu, doğru addım olar. Yeni tanışlıq sizi gözləyir.

Şir
Gün daha çox dostlarla vaxt keçirmək baxımından əlverişlidir. Mübahisələrə son qoyacaqsınız, hamının əhvalını qaldıracaqsınız. Vaxtilə uğur gətirəcəyinə şübhə ilə yanaşıb, bir kənara atdığınız işinizə yenidən qayıdacaqsınız. Artıq situasiya dəyişib, hərəkətə keçmək zamanıdır.

Qız
Əlinizə aldığınız istənilən işdə qətiyyətli olun, çünki bu gün sizə uğur gətirə bilər. Istənilən situasiyada etibar edə biləcəyiniz müttəfiqlər tapacaqsınız. Səyahətə çıxmaq, şərait dəyişkənliyi baxımından ən əlverişli günlərdən biridir. Qış idman növlərilə məşğul olsanız, faydasını görərsiniz.

Tərəzi
Özünüzü qoruyun, çünki neqativ tendensiyalar bu gün kifayət qədər çoxdur. Başlıcası, özünüzə inamı itirməyin. Yaşlılarla münasibətləriniz gərgin olacaq. Nə qədər səy göstərsəniz də, onlarla dil tapa bilməyəcəksiniz. Əgər səbəbsiz küssəniz, vəziyyəti daha da qəlizləşdirəcəksiniz.

Əqrəb
Heç də uğurlu gün deyil. Bu gün çoxlu sayda problemin həllilə məşğul olmalısınız. Sizdən müxtəlif adamlar kömək umacaqlar. Gün çoxlu məsrəflərlə yadda qalacaq. Banka müraciət etmək, dostlardan borc götürmək istəmirsinizsə, onda ilk növbədə imkanlarınızı düzgün qiymətləndirin.

Oxatan
Uğur qazanmaq elə də asan olmayacaq. Təəssüf ki, siz bu gün təslim olacaqsınız və qələbə sizdən yan keçəcək. Gün yaxınlarla ciddi söhbətlər aparmaq və gələcək planlarınızı müzakirə etmək baxımından yararlıdır. Günün ikinci yarısında gözləmədiyiniz xəbəri eşidəcək və buna müvafiq olaraq qrafikinizdə dəyişiklik edəcəksiniz.

Oğlaq
Əgər özünüzə fikir verməsəniz, həyat eşqinin sönüklüyü ciddi problemlər yarada bilər. Yaxşı olar ki, bu günlərdə təmiz havada gəzintiyə çıxasınız, spirtli içklərdən uzaq durasınız və sağlam qidalamaya fikir verəsiniz. Təəssüf ki, mədənizdə xroniki xəstəlik baş qaldıracaq.

Dolça
Gün yaxşı keçəcək, onun birinci yarısında sizin üçün əziz olan adamdan xoş xəbər eşidəcəksiniz. Bu, görüş də ola bilər, istənilən halda, sizin əhvlınıza yaxşı təsir edəcək. Gözlənilməz romantik macəra yaşamaq ehtimalı da böykdür.

Balıqlar
Gün çətin situasiyanın idarə olunmasıyla bağlı olacaq. Tələskənliyə yol verməyin, yaxşı düşünüb-daşınandan sonra hərəkətə keçin. Ehtimal ki, gözlənilməz görüşünüz, planlaşdırmadığınız əyləncəniz olacaq. Yarınıza diqqət yetirin, qısqanclığa zəmin yaratmayın.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.