08.01.2021 Gündəlik Bürclər (8 Yanvar 2021 Günlük Bürclər)

07 Ocak 2021
3 943
0
08.01.2021 Gündəlik Bürclər (8 Yanvar 2021 Günlük Bürclər)
Qoç
Bu gün siz dostu düşməndən ayırmalısınız. Günün maliyyə mənzərəsi ikimənalı olacaq. Sizin öhdənizdə kifayət qədər məbləğ olacaq, amma bundan necə istifadə etmək lazım gəldiyini müəyyənləşdirə bilməyəcəksiniz.

Buğa
Günün əsas hissəsini cansıxıcı işə həsr etməli olacaqsınız. Əsəb gərginliyi ailədə mübahisələrə səbəb ola bilər. Şəraiti dəyişməyi, arada istirahət üçün fasilə verməyi unutmayın. Sizin pozitiv enerjiyə ehtiyacınız olacaq və bunu qəbul etmək şansınız da istisna deyil. Yaxşı olar ki, vaxtından tez yatasınız.

Əkizlər
Gün xoşagəlməz şəraitdə keçəcək. Yaxınlarla münasibət qurmaq çətin olacaq. Pozitiv tendensiyaya qovuşmaq üçün gəzintinin müstəsna rolu ola bilər. Istənilən şərait dəyişkənliyi fayda verəcək. Maddi durumunuz alış-veriş etməyə imkan yaradacaq.

Xərçəng
Işdə gözlənilməz uğur qazanacaqsınız. Istənilən məsələnin həllində bəxtiniz gətirəcək. Bürcün bir çox nümayəndələri üçün bu gün həyatlarının yeni başlanğıcı olacaq. Özünüzə inanın və ən başlıcası, mübarizlik əzminizi itirməyin.

Şir
Sizin üçün çətin və xoş keçməyən gün olacaq. Həllini gözləyən işlərə baxdıqca sizə elə gələcək ki, bunların ümumiyyətlə, həlli yoxdur. Bu səbəbdən də özünüzə inamı itirəcəksiniz. Səhhətinizin korlanacağı ehtimal edilir. O üzdən də profilaktik müalicəni unutmayın.

Qız
Uğurlu gündür. Günün gedişatından maraqlarınız çərçivəsində istifadə edə bilərsiniz. Günün ikinci yarısı planlaşdırılmış görüşlər, ciddi söhbətlərin aparılması üçün münasibdir. Artıq problem istəməmək mövqeyiniz effektli olacaq.

Tərəzi
Çoxdan başladığınız işlərin tamamlanması baxımından əlverişli gündür. Siz diqqətinizi toplamaqda çətinlik çəkməyəcəksiniz. Qohumlar və dostlar sizi dəstəkləyəcəklər. Bir sözlə, istəklərinizi həvəslə həyata keçirəcəklər. Romantik bağlılığınız olan yeni münasibət ehtiyatlılıq tələb edir. Problem, əsasən başınızı asanlıqla itirməyinizlə bağlıdır.

Əqrəb
Təəssüf ki, xoş gün deyil. Tez-tez çətinliyiniz olacaq. Yola çıxmaq, şərait dəyişkənliyi məsləhət görülmür. Siz özünüzü hər xırda detallarına bələd olduğunuz yerdə daha yaxşı hiss edəcəksiniz. Gün daha çox köhnə dostlarla görüş üçün münasibdir. Bu gün həmçinin korlanmış əlaqələrinizi də bərpa edə bilərsiniz.

Oxatan
Çalışın ki, həyəcan və gərginlikdən uzaq olasınız. Özünüzün ruhi sakitliyinizi qorusanız, streslər də sizdən yan keçər. Gündəlik işlər, adi məsələlərə cavab tapmaq üçün münasib zamandır. Günün ikinci yarısı ehtimal ki, yola çıxacaqsınız. Yol gözləniləndən də üzücü və uzun görünəcək.

Oğlaq
Maraqlı və uğurlu gündür. Qarşınızda yeni imkanlar açılacaq, sizdən isə yalnız seçmək tələb olunacaq. Əgər bir planınız varsa, onun əsasında hərəkətə keçin. Yeganə təhlükə sizin özünüzdən çox razı olmağınızla bağlıdır ki, bundan da başqaları istifadə edə bilər.

Dolça
Bu günə ciddi plan qurmayın, sadəcə, xırda məsələlərin həllilə məşğul olun. Gəzintiyə çıxsanız, əhvalınız da düzələr. Lakin bura uzaq yolçuluq aid edilmir. Qənaətcil olmağınız vacibdir. Kortəbii alış-veriş rifahınıza böyük zərbə endirə bilər.

Balıqlar
Istənilən yaradıcı iş üçün münasib gündür. Əgər səfər başqa birisi tərəfindən təşkil edilibsə, onda yola çıxmaq olar. Günün birinci yarısı ciddi, ehtimal ki, planlaşdırmadığınız məsrəflərlə bağlı olacaq. Günün ikinci yarısında görüş gözlənilir. Görüşəcəyiniz adam isə istəmədən qəlbinə toxunduğunuz şəxs olacaq.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.