19.01.2021 Gündəlik Bürclər (19 Yanvar 2021 Günlük Bürclər)

18 Ocak 2021
4 494
0
19.01.2021 Gündəlik Bürclər (19 Yanvar 2021 Günlük Bürclər)
Qoç
Bu gün xırda işlərlə kifayətlənməli olacaqsınız. Gün şəhərdən kənarda gəzinti, təmiz havada istirahət etmək üçün əlverişlidir. Romantik görüş yaxşı keçəcək, amma nəzərə alın ki, bu müstəvidə təşəbbüskarlıq rolu sizin üzərinizə düşəcək.

Buğa
Uğurlu, məhsuldar gündür. “Yoruldum” deməyəcəksiniz. Istənilən layihənin başlanğıcı üçün münasib gün sayılır. Bürcün imtahan verən nümayəndələrinin bəxti gətirəcək. Günün ikinci yarısında romantik əhval-ruhiyyə hökm sürəcək.

Əkizlər
Ciddi hadisə baş verməyəcək. Xüsusilə, vizual incəsənətlə məşğul olanlar üçün uğurlu gündür. Onların istedadı parlayacaq. Gün əsaslı məsrəflərlə yadda qalacaq. Bu gün mebel, məişət texnikası ala bilərsiniz. Seçimdə yanılmayacaqsınız.

Xərçəng
Neqativ tendensiyalar bu gün güclü olacaq. “Xərçəng”lər müttəfiqlərilə, həmkarlarıyla mübahisə edəcəklər. Nəticədə sizə az faydası dəyməyən adamların dəstəyini itirəcəksiniz. Maddi durum da ürəkaçan olmayacaq deyə, ciddi xərclər tələb edən işlərdən yapışmamağınız məsləhətdir.

Şir
Çətin və gərgin gün olacaq. Müdiriyyətlə və həmkarlarla aranızda münasibət korlanacaq. Sizin mötəbər düşmənləriniz ola bilər. Pulla risk etməyin, qənaətcil və ehtiyatlı olun. Qeyri-rəsmi ünsiyyət baxımından yararlı gündür.

Qız
Gün zəngin təcrübə toplamaq baxımından məhsuldardır. Amma pis xəbər də var. Taleyin verdiyi dərsdən “ağıllanmayanlar” cəzalanacaq. Əgər özünüzü güclü hesab edirsinizsə, yanılırsınız. Bu gün özünüzə düşmən saydığınız adama yardım edin. Belə alicənablıq yaxşı sonluq vəd edir.

Tərəzi
Ətrafdakılara onlar barədə düşündüklərinizi açıqlamağa tələsməyin. Çünki sabah qərarınızı dəyişə bilərsiniz. Sonrakı peşmançılıq fayda verməz. Bu üzdən də hələlik danışıqlar aparmaq məsləhət deyil. Məqsədinizdən asılı olmayaraq, konfliktlərdən qaçmaq lazımdır. Qənaətcil olun.

Əqrəb
Təhlükəli gündür. Yeni ideyaları tez reallaşdırmağa cəhd edirsiniz. Pulunuzu qoruyun, səhviniz ucbatından o, başqalarının ola bilər. Gün ailə tədbirlərinin keçirilməsi üçün münasib deyil. Xüsusilə, günün ikinci yarısında emosiyalarınıza hakim kəsilə bilməyəcəksiniz.

Oxatan
Xoş dövran başa çatmaq üzrədir. Buna görə də işlərinizi tamamlamağa çalışın. Günün emosional mənzərəsi sabitdir, əhvalınızın da yaxşı olacağı ehtimal edilir. Səhhətinizlə bağlı problem gözlənilmir. Günün ikinci yarısını yaxınlarınızın əhatəsində keçirməyə çalışın.

Oğlaq
Uğurlu gündür. Bu günə münasib olmayan iş isə çətin və böyük miqyaslı layihələri gerçəkləşdirməkdir. Çünki onları bir günə tamamlaya bilməyəcəksiniz, sabahın isə öz qayğıları var. Bir çox “Oğlaq”lar əlaqələri korlanmış qohumlarla münasibətlərini aydınlaşdıracaqlar. Ailədə də sülh hökm sürəcək.

Dolça
Işgüzarlığınız getdikcə solur. Bu səbəbdən də işgüzar müstəvidə qələbələrə ümid etməyin. Aktual tapşırıqları həll etmək əvəzinə, bu işləri başqasına həvalə etmək üçün axtarışdasınız. Amma könüllü köməkçilər azdır. Şəxsi müstəvidə vəziyyətə gəlincə, problem sizin öz hisslərinizdən özünüzün belə, baş çıxara bilməməyinizdədir.

Balıqlar
Maraqlı imkanlarınız çox olacaq, hətta seçim edərkən çətinlik çəkəcəksiniz. Karyerada yüksəliş sizi gözləyir. Günün birinci hissəsində emosional mənzərə sabit olacaq, amma axşama doğru əhvalınız korlanacaq.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.