22.01.2021 Gündəlik Bürclər (22 Yanvar 2021 Günlük Bürclər)

21 Ocak 2021
3 576
0
22.01.2021 Gündəlik Bürclər (22 Yanvar 2021 Günlük Bürclər)
Qoç
Ünsiyyət üçün münasib gündür. “Çətin” hesab etdiyiniz adamlarla bu gün dil tapmaq sizin üçün asan olacaq. Şənliklərdə, tədbirlərdə diqqət mərkəzində olacaqsınız. Bundan da məmnun qalacaqsınız.

Buğa
Nikbinliyiniz itib. Bu əhval da sizi qane etməyəcək. Ancaq yaranma səbəbini dəqiqləşdirmədən ondan yaxanızı da qurtara bilməyəcəksiniz. Kommersiya işləri üçün məhsuldar gündür.

Əkizlər
Elə bir informasiya əldə edəcəksiniz ki, onun sayəsində professional məsələləri həll edə biləcəksiniz. Dostlarınıza və yaxın ətrafınıza balaca da olsa sürpriz edəcəksiniz.

Xərçəng
Istirahət edin, yorucu və çətin işləri təxirə salın. Danışarkən diqqətli olun. Informasiyanı paylaşarkən başqalarına aid olan və saxlamağınız gərəkən sirrin üstünü aça bilərsiniz.

Şir
Bu gün sizi son zamanlar narahat edən bir sıra suallara cavab tapacaqsınız. Təəssüf ki, alacağınız cavab ürəyinizcə olmayacaq. Yaxşı olar ki, bu gün az danışıb, çox qulaq asasınız. Onda vacib məlumatı qaçırmayacaqsınız.

Qız
Azyaşlı uşaqlardan xoş sürpriz alacaqsınız. Rəsmi, yaxud da qeyri-rəsmi təntənəli mərasimlərdə iştirakınız məsləhət deyil. Çünki yorulacağınız və darıxacağınız gözlənilir.

Tərəzi
Uğurlu gündür. Xoş xəbər alacağınıız da istisna deyil. Uzaqdan gələn məktub, yaxud məlumat əla ideya verəcək. Həmin ideyanı reallaşdırmaq zəruridir.

Əqrəb
Ailədə problemlərin yaşanacağı bildirilir. Yaxınlarla dil tapmaq asan olmayacaq. Hobbinizə qayıdın, bu gün onunla məşğul olmaqla əhvalınızı qaldıra bilərsiniz.

Oxatan
Həyat eşqiniz sönük görünür. Bu üzdən də gücünüzün bərpası üçün istirahət etməyə ehtiyacınız var. Bu gün eksperimental əyləncələrdən və yorucu məşğələlərdənn imtina edin.

Oğlaq
Uzaq qohumlarla dil tapacaqsınız. Başqa şəhərdə yaşayan tanışınızla vacib məsələ ətrafında müzakirələr apara bilərsiniz. Bəzi “Oğlaq”ların yerlərini dəyişmək üçün əsasları olacaq.

Dolça
Yaxınlarınızın ciddi problemləri olacaq. Bu problemləri isə sizsiz həll edə bilməyəcəklər. Gün yorucu təsir bağışlayacaq. Bu səbəbdən də səhhətinizin pisləşəcəyi gözlənilir.

Balıqlar
Məsuliyyətli olmağınız, işə ciddi yanaşma tərziniz yaşca sizdən böyük olanlarda yaxşı təəssürat oyadacaq. Maliyyə işlərində, əmlakla bağlı məsələlərdə problemləri aradan qaldıracaqsınız.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET