23.01.2021 Gündəlik Bürclər (23 Yanvar 2021 Günlük Bürclər)

22 Ocak 2021
3 662
0
23.01.2021 Gündəlik Bürclər (23 Yanvar 2021 Günlük Bürclər)
Qoç
Bu gün yaxınlarınızı sevindiirmək üçün çox asanlıqla vədlər verəcəksiniz. Daha sonra isə bunun peşmanlığını çəkəcəksiniz. Nəticədə mübahisə qaçılmazdır. Bürcün bir çox nümayəndələri hansısa sirli biliklərinin axtarışında olacaqlar. Onlara elə gəlir ki, bunun sayəsində həyatlarını dəyişəcəklər.

Buğa
Tanışlıq üçün yaxşı gündür. Maraqlı adamlarla ünsiyyətdə olacaqsınız. Yeni əlaqələr sürətlə inkişaf edəcək. Gün ehtimal ki, ailəli nümayəndələrin xoşuna gələcək. Onlar yaxınlarını sevindirəcəklər. Gəzinti əhvalınızı qaldıracaq.

Əkizlər
Gün neqativ tendensiyalarla zəngindir. Bu da əhvalınıza mənfi təsirini göstərəcək. Istəklərinizin arxasınca getməyə tənbəllik etməyin. Bu hərəkətiniz ətrafdakılar tərəfindən qəribə qarşılansa da buna əhəmiyyət verməyin. Bu gün hisslərinizi səmimi olaraq etiraf edəcəksiniz.

Xərçəng
Bu gün özünüzə qarşı daha diqqətli olmalısınız. Çünki manipulyasiyanın qurbanı olmaq ehtimalı böyükdür. Günün müsbət tendensiyaları da var. Bunlardan biri də çoxdan bəri gözlədiyiniz anın yetişməsilə bağlı olacaq. Bu gün məşğul olmağınızı əsas gətirərək təxirə saldığınız işləri tamamlaya biləcəksiniz.

Şir
Ulduzlar məsləhət görür ki, yuxu rejiminizə diqqət yetirməlisiniz. Gün bürcün yaradıcı nümayədələri üçün münasib olmasına baxmayaraq, digərləri üçün emosional diskomfort situasiya yaradacaq. Ulduzların fikrincə, bu gün əsl yarınızı tapacaqsınız.

Qız
“Qız” bu gün çox enerjilidirlər və onlar harada olurlarsa olsunlar orada mütləq münaqişə düşəcək. Bürcün nümayəndələri kompromissə getmək istəməyəcəklər. Ehtimal ki, faydalı sövdələşməyə imza atacaqsınız və uğurlu alış-veriş edəcəksiniz.

Tərəzi
Əgər bu günə hansısa işlər planlaşdırmısınızsa, onda bunu təklikdə həyata keçirməyə hazır olun. Istədiyiniz nəticəni əldə etməkdə çətinliyiniz olmayacaq. Digər tərəfdən isə azad fəaliyyət sizi çatmaq istədiyiiz məqsədə doğru aparacaq. Dostlar sizə şəxsi müstəvidə cərəyan edən problemlərinizi tənzimləməyə yardım edəcəklər.

Əqrəb
Bütün işlərə ciddi yanaşmalısınız. Bugünki səfeh addımlar fəsadsız ötüşməyəcək. Ulduzlar pulunuzun və qiymətli əşyalarınızın qədrini bilməyə çağırır. Əks halda ciddi itki təhlükəsi sizi gözləyir. Gün dostlarla görüşmək üçün əlverişlidir.

Oxatan
Bürcün nümayəndələri liderlik bacarıqlarını parlaq şəkildə nümayiş etdirəcəklər. Siz fantaziyalarınıza sərhəd qoymadan hərəkətə keçəcəksiniz. Ehtimal ki, romantik macəra yaşayacaqsınız. Bürcün bəzi nümayəndələri nikaha girməyə qərar verəcəklər.

Oğlaq
Günün ən xoşagəlməz tərəfi əhatənizdəkilərin sizə az diqqət yetirməsilə bağlı olacaq. Situasiyaya sakit yanaşmağa çalışacaqsınız, amma neqativ emosiyalar buna imkan verməyəcək. Maraqlı görüşlər olacaq. Gəlirinizin olacağı ehtimal edilir.

Dolça
Xoşgəlməz xəbərlər alacaqsınız. Gərgin atmosfer sizə münasibətlərə aydınlıq gətirməyi diqtə edəcək. Əks cinsin nümayəndələrilə dil tapmaq elə də asan olmayacaq. Gün yaradıcılıq baxımından məhsuldar olacaq.

Balıqlar
Istənilən ciddi məsələlərə cavab tapmaq üçün əla gündür. Buraya daşınmaz əmlakla bağlı işlər (böyük məbləğli alış-veriş, təmir) şamil edilir. Diqqət, səliqəlik tələb olunan istənilən işlə məşğul ola bilərsiniz. Büdcə ilə bağlı probleminiz olmayacaq.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.