25.01.2021 Gündəlik Bürclər (25 Yanvar 2021 Günlük Bürclər)

24 Ocak 2021
4 284
0
25.01.2021 Gündəlik Bürclər (25 Yanvar 2021 Günlük Bürclər)
Qoç
Yeni əlaqələr, işgüzar danışıqlar üçün münasib gündür. Heç vaxt kömək ummadığınız şəxslər sizə müttəfiq çıxacaqlar. Günün ikinci yarısında ehtiyatlı olun. Ciddi qanun pozuntusuna yol verə bilərsiniz deyə, vergi və ya gömrük orqanlarının nümayəndələrilə ünsiyyətdə olmamağınız məsləhətdir.

Buğa
Bu gün “Buğa” sentimental olacaqlar. Ətrafınızdakıları sizi düzgün dəyərləndirməməkdə ittiham edəcəksiniz. Bu səbəbdən də ən xırda anlaşılmazlığa kəskin reaksiya verəcəksiniz. Nəticədə yaxınlarla münasibətinizi korlayacaqsınız.

Əkizlər
Daxil olan informasiyadan maraqlarınız çərçivəsində istifadə edəcəksiniz. Məlumatlardan bəhrələnməklə rəqiblərinizi geridə qoya bilərsiniz. Bu gün sizi təhlükə gözləmir. Ailə tədbirlərinin keçirilməsi baxımından əlverişli gündür.

Xərçəng
Yaxın gələcək üçün plan hazırlayın. Sakit düşünmək, nəyi necə etməyi götür-qoy eləmək baxımından əla zamandır. Şəxsi biznesini çiçəkləndirmək üçün əla ideyalarınız olacaq. Onları reallaşdıra bilərsiniz. Ətrafdakıların təsiri altına düşməmək üçün səy göstərməli olacaqsınız.

Şir
Həmkarınızın gətirdiyi yenilik sizin həyatınıza rəng qatacaq. Amma özündən razılıq bu gün üçün münasib deyil. Vacib sirləri açmaqla, dəyər verdiyiniz birindən asanlıqla ayrılmaqla həyatınızı təhlükəyə atırsınız. Bu cür davranış, xüsusilə biznes əlaqələri baxımından xoşagəlməz hesab olunur.

Qız
Bu gün fikirləşməyə vaxt yoxdur, sadəcə, hərəkətə keçmək zamanıdır. Günün mənfi tərəflərinə emosional mənzərə də aid edilir. Bu səbəbdən də əhavalınızın birdən-birə korlanacağı gözlənilir. Siz hətta yaxınlardan uzaq duraraq, tənha qalmağa üstünlük verəcəksiniz. Bürcün bəzi nümayəndələri isə spirtli içki ilə dərdini dağıtmağa çalışacaq.

Tərəzi
Bürcün bütün nümayəndələri üçün uğurlu gündür. Xüsusilə də xidmət sferasında çalışanların bu gün gəlirinin artacağı, yaxud da əməkdaşlıqla bağlı maraqlı təklif alacağı bildirilir. Bu gün alış-veriş etmək olar. Gün, yaşlı qohumlarla münasibəti düzəltmək baxımından da əlverişlidir.

Əqrəb
Günün əsas müsbət tərəfi gözəl əhval-ruhiyyə, ruhi sakitliklə bağlıdır. Buna baxmayaraq, bürcün bəzi nümayəndələri planlarını gerçəkləşdirməyə macal tapmayacaqlar. Problemləriniz olarsa, yaxınlarınız və həmkarlarınız sizi dəstəkləyəcəklər. Yaxşı olar ki, siz də baş verənləri səmimi olaraq açıqlayasınız.

Oxatan
Ofis, yaxud da evin bəzədilməsi, ev işlərinin görülməsi üçün münasib gündür. Əhvalınız yaxşı olduğundan bu gün sizinlə təmasda olmaq asan olacaq. Hərçənd, bəzən siz ətrafdakılara qarşı çox tələbkar olursunuz və bu, küskünlüyə gətirib çıxara bilər.

Oğlaq
Yaxınlarınız sizə şübhə, problem və həyəcan dolu xəbərlərilə pənah gətirəcəklər. Siz də yardım etməyə bilməzsiniz. Enerjinizi başqalarının problemlərinin həllinə yönəltməklə adət etdiyiniz yaşam tərzindən uzaq düşəcəksiniz.

Dolça
Bu gün cəsarət tələb edən planlarınızı reallaşdıracaqsınız. Müttəfiqləriniz yardım əlini uzadarkən bunu o qədər ustalıqla edəcəklər ki, siz bu təklifi rədd edə bilməyəcəksiniz. Təəssüf ki, günün emosional mənzərəsi müsbət olmayacaq. Qayğılar sizi depressiyaya salacaq.

Balıqlar
Işlər gözlədiyinizdən daha yaxşı gedəcək. Yadda saxlayın ki, nə qədər çox tələskənliyə yol versəniz, bir o qədər pis nəticə əldə edəcəksiniz. Ulduzlar bildirir ki, səfeh addımlar atmaqdansa, heç nə etməmək daha yaxşıdır.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.