27.01.2021 Gündəlik Bürclər (27 Yanvar 2021 Günlük Bürclər)

26 Ocak 2021
3 276
0
27.01.2021 Gündəlik Bürclər (27 Yanvar 2021 Günlük Bürclər)
Qoç
Bu günlərdə çətin suallara cavab tapmağa, problemlərinizi həll etməyə çalışın. Problemlərinizi dərindən analiz etsəniz, görəcəksiniz ki, onların həlli üçün bir deyil, bir neçə üsul var. Bu gün özünüzü başqaları ilə müqayisə etməyin. Axşam alış-veriş üçün münasib vaxtdır.

Buğa
Həmkarlarınız və qohumlarınız inad edəcəklər və siz onların təsiri altına düşməmək üçün çətinlik çəkəcəksiniz. Nəticə ədalətsiz olacaq, siz öz problemlərinizi kənara qoyaraq, başqalarının işlərilə məşğul olacaqsınız. Hər dəfə güzəştə getməyiniz yersizdir, öz maraqlarınız uğrunda çalışın.

Əkizlər
Işdə qərar tuta bilmirsiniz, tez-tez fikrinizi başqaları yayındıracaq. Onlara elə gəlir ki, sizdən fərqli olaraq, onların problemi daha aktualdır. Sakitlikdə onları başa salmaq cəhdiniz də uğursuz alınacaq, çünki bundan da inciyəcəklər. Ona görə də öz maraqlarınızla onların arzuları arasında bir əlaqə yaradaraq hərəkətə keçməlisiniz.

Xərçəng
Işdə dərəbəylik baş alıb gedir, bunun da ucbatından çox işin öhdəsindən gəlmək mümkün olmayacaq. Xırda məsələyə görə yaşanan mübahisələr sizi dəhşətli dərəcədə qıcıqlandıracaq. Alış-verişi təxirə salın. Gün, əsasən sevgi macərası üçün münasibdir. Işdəki stressi yalnız bu yolla ata bilərsiniz.

Şir
Yaradıcılıq potensialınız yüksəkdir və bu, həyatınızın bütün sferalarına təsir edəcək. Işdə əhəmiyyətli dəyişiklik baş verəcək. Yeni layihələrə başlaya bilərsiniz. Yaxınlarla münasibət yeni müstəvidə inkişaf edəcək. Fikir ayrılığının yerini qarşılıqlı anlaşma tutacaq.

Qız
Günü itkisiz və problemsiz başa vuracaqsınız. Özünüzə baxmağınız vacibdir. Gün kosmetik və sağlamlıq prosedurlarının icrası, imic dəyişikliyi üçün əlverişlidir. Axşam saatları romantik xarakterli xoş sürpriz vəd edir.

Tərəzi
Situasiya yaxşılığa doğru dəyişəcək. Sübh tezdən əhvalınız yaxşı olmasa belə, axşama doğru bu neqativ emosiyadan iz qalmayacaq. Bircə diqqətinizi toplamaqda çətinlik çəkəcəksiniz. Əgər bunun da öhdəsindən gəlsəniz, problemlərinizin yarısını həll edə bilərsiniz.

Əqrəb
Kişi cinsindən olan şəxslərlə aranızdakı işgüzar müqavilə məhsuldar və faydalı olacaq. Şərikli layihədə bütün vacib məsələlərə aydınlıq gətirəcəksiniz. Ancaq bu gün qadınlarla dil tapmaq çətin olacaq. Digər tərəfdən, hökumət orqanlarının təmsilçilərilə təmasda olmaq arzuedilən deyil.

Oxatan
Işini sevən və işləməyi bacaranlar üçün uğurlu gündür. Ulduzlar məsləhət görür ki, faktlara diqqət yetirəsiniz. Bu, həm işgüzar, həm də şəxsi məsələlərə aiddir. Bu gün yola çıxmağınız məsləhət görülmür. Gözlənilməz məsrəflərə özünüzü hazırlayın.

Oğlaq
Yaxşı olar ki, xəyalla gerçəkliyi fərqləndirəsiniz. Öz gücü ilə planlarını düzgün dəyərləndirən şəxslər istədiklərinə nail ola bilərlər. Amma xəyalpərəst “Oğlaq”lar hər şeyi itirmək riskilə üz-üzədir. Ehtimal ki, dostlar sizin ziyarətinizə gələcəklər, birlikdə yaxşı zaman keçirəcəksiniz.

Dolça
Işgüzar münasibətlərdə ciddi fəsadlar özünü göstərəcək. Bürcün nümayəndələrinin müdiriyyətlə münasibətləri o dərəcədə kəskinləşəcək ki, onlar iş yerlərini dəyişmək qərarına gələcəklər. Digər tərəfdən, yaxınlarınızdan sizi narahat edən sualları cavablandırmağı tələb etməklə, onların zəhləsini tökəcəksiniz.

Balıqlar
Ehtimal ki, maliyyə itkisi olacaq. Buna səbəb isə gözünüzü yumaraq pul xərcləməyinizdir. Şəxsi müstəvidə elə bir ciddi problem baş verməyəcək. Yaxınlarla yaxşı dil tapacaqsınız, mübahisələrə yol verməyəcəksiniz. Gün ekskursiya xarakterli gəzintilər üçün münasib sayılır.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET