28.01.2021 Gündəlik Bürclər (28 Yanvar 2021 Günlük Bürclər)

27 Ocak 2021
4 392
0
28.01.2021 Gündəlik Bürclər (28 Yanvar 2021 Günlük Bürclər)
Qoç
Gün asan qələbə vəd edir. Siz hər bir işi təklikdə görməyə üstünlük verirsiniz. Amma sizdə daha çox idarəetmə, təşkilatçılıq alınır. Ətrafdakılarla istəkləriniz barədə açıq danışın. Açıq söhbət etməyə tənbəllik etməyin.

Buğa
Böyük miqyaslı işlər, möhtəşəm planların icrası üçün hələ tezdir. Onların reallaşdırılması üçün yaxın vaxtlarda münasib zaman olacaq. Bu gün isə çalışın, gündəlik işlərinizlə məşğul olasınız. Köhnə dostlarla yaxşı vaxt keçirəcəksiniz. Onlardan qeyri-adi təklif eşidəcəksiniz.

Əkizlər
Bu gün vacib işinizi görə bilərsiniz. Amma onu görmək üçün həvəsiniz yoxdur. Ulduzlar səy göstərməyinizi, bütün işlərin öhdəsindən özünüzün gəlməyinizi tövsiyə edir. Çünki işlərinizi həvalə etməyə alışdığınız adamlar bu dəfə sizi pis vəziyyədə qoya bilərlər.

Xərçəng
Əgər xüsusi planınız varsa və onu reallaşdırmaq istəyirsinizsə, onda köməkçilərinizin siyahısına həm bürclərinizlə yanaşı, “Qız” və “Oğlaq”dan olan tanışlarınızı da daxil edin. Ulduzlar bildirir ki, başqa bürcün nümayəndələrilə danışıqlar aparmaq vaxt itkisilə nəticələnəcək.

Şir
Bu gün ətalət sizi basacaq. Amma bu durumla barışmalı olacaqsınız. Xoşagəlməz sürprizi yaxınlarınızdan alacaqsınız. Məlum olacaq ki, çox ümid bəslədiyiniz plan yaxınlarınızın ürəyincə deyil. Maliyyə itkisi də istisna deyil.

Qız
Bu gün bəxti gətirməyənlər siyahısındasınız. O üzdən də çətinliyə özünüzü hazırlayın. Günün birinci yarısında ancaq başınızı işlədin, çünki əlinizdə heç nə saxlaya bilməyəcəksiniz. Planlaşdırdığınız səfəri təxirə salın. Işgüzar danışıqlardan gözlədiyinizi almayacaqsınız. Daha ciddi problemlər şəxsi müstəvidə özünü göstərəcək.

Tərəzi
Hələ ki, işlər yaxşı getməsə də, yaxın zamanlarda düzələcəyi ehtimal edilir. Bu, sizə gün kimi aydındır. Qabaqda qaçmaqdansa, təmkinlə gözləmək daha münasib taktikadır. Intellektual məşğuliyyət vaxtınızı “öldürməyə” imkan verəcək. Günün ikinci yarısını planlaşdırdığınız əyləncəyə həsr edə bilərsiniz.

Əqrəb
Günün emosional mənzərəsi ürəkaçandır. Yaşadığınız bir çox problem və çətinliklərə sinə gərərək nikbin əhvalınızı da qoruyub saxlaya biləcəksiniz. Əgər işlərin öhdəsindən təklikdə gəlmək sizə çətindirsə, ulduzlar “Buğa”, “Qız” və öz bürcünüzün nümayəndələrindən yardım istəməyi məsləhət görür.

Oxatan
Uğursuz gündür. Bürcün bir çox nümayəndələri asanlıqla təslim olmayacaq. Axşamüstü neqativ tendensiyalar sizin inadkarlığınızdan çəkinərək mübarizə meydanını tərk edəcək. Heç kimin sizi idarə etməsinə imkan verməyin. Əks halda, özünüzün deyil, başqasının məqsədə çatmasına vaxt itirəcəksiniz.

Oğlaq
Çoxdan səbrsizliklə gözlədiyiniz hadisə naməlum müddətə təxirə salınacaq. Bununla barışmaq sizin üçün çox çətin olacaq. Işdə həmişəkindən çox səhvə yol verəcəksiniz, adi məsələnin həlli üçün baş sındıracaqsınız. Günün ikinci yarısı sakitcə düşünmək üçün münasib vaxtdır.

Dolça
Kampaniyanızda “Tərəzi”lər və həm bürcləriniz varsa, onda işlərinizdə yaxşı nəticələr əldə edəcəksiniz. Faydalı sövdələşmə olacağı da ehtimal edilir. Gün işgüzar müstəvidə uğurlu olduğu kimi, şəxsi müstəvidə də qənaətbəxşdir.

Balıqlar
Gün yeni macəra vəd etməsə də, köhnə əlaqələrin davamı və inkişafı üçün yaxşı şərait yaradacaq. Hisslərinizə etibar edin, o, sizi darda qoymayacaq. Onu da nəzərə alın ki, bugünkü planlarınızı təkbaşına reallaşdırmalı olacaqsınız.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.