29.01.2021 Gündəlik Bürclər (29 Yanvar 2021 Günlük Bürclər)

28 Ocak 2021
3 641
0
29.01.2021 Gündəlik Bürclər (29 Yanvar 2021 Günlük Bürclər)
Qoç
Əlinizə hansı işi götürürsünüzsə, öhdəsindən gələcəksiniz. Evdə sizi çətinliklər gözləyir. Ancaq burada da dadınıza nikbinliyiniz çatacaq. Sizin nikbinliyiniz əhatənizdə olanlara da təsir edəcək.

Buğa
Evdən uzaqlarda olanlar, səyahətə çıxan kəslər üçün uğurlu gündür. Yeni təəssürat maraqlı və xoş olacaq. Gün tənha nümayəndələrə çoxsaylı tanışlıq vəd edir. Yarınızı tapacağınız istisna edilmir.

Əkizlər
Kommersiya fəaliyyəti üçün məhsuldar gündür. Imzaladığınız istənilən sövdələşmə uğurlu nəticələnəcək. Yaxınlarla münasibətə gəlincə, bu sferada vəziyyət yaxşı olmayacaq. Münasibətinizi dəyişin ki, münaqişə yaranmasın.

Xərçəng
Işgüzar danışıqlar uğursuz keçəcək. Əməkdaşlıq etmək istədiyiniz adamla aranızda münaqişə düşəcək. Sizi sevməyənlər reputasiyanızı aşağı salacaq söz-söhbətlər yayacaqlar. Sizə qarşı etibarlı olduğunu dəfələrlə sübut edən adama inanın.

Şir
Bu gün baş verən ən xırda məsələləri belə ürəyinizə salacaqsınız. Bir çoxları dostlarla, yaxınlarla mübahisə edəcəklər. Axşama doğru maliyyə çətinlikləri üzə çıxacaq. Bu gün edilən alış-veriş uğursuz olacaq.

Qız
Diqqətli olun, bu gün maliyyə problemləriniz ola bilər. Onların öhdəsindən asanlıqla gələcəyinizə ümid etməyin. Yaxşı olar ki, gününüzü tənbəl adamların arasında keçirməyəsiniz. Gəzinti üçün vaxt tapın. Bu, yuxusuzluğun qarşısını alar.

Tərəzi
Gün elə də uğurlu başlanmayacaq. Səhər vaxtı özünüzü daha həssas hiss edəcəksiniz. Bu gün qadınlarla ünsiyyətdə olarkən ehtiyatlı olun. Bu zaman kəsiyində hirslənə bilərsiniz. Günün ikinci yarısı isə daha xoş keçəcək.

Əqrəb
Günün başlanğıcı çətin keçəcək. Ətrafdakılar bundan istifadə edəcəklər. Gələcəyə nikbin baxacaqsınız. Günün ikinci yarısı sizə əziz olan adamdan yardım alacaqsınız. Günün ikinci yarısında tale sizi sınağa çəkəcək.

Oxatan
Kifayət qədər uğursuz gündür. Yumor hissi sizin köməyinizə gələcək. Ümumi dil tapa bilmədiyiniz adamla bu gün asanlıqla ünsiyyət qura biləcəksiniz. Yeni layihələrlə bağlı sövdələşmə imzalamağınız məsləhət deyil.

Oğlaq
Hadisələri tələsdirməyin. Belə olan halda ətrafdakıları da tələsdirirsiniz. Bu gün nə qədər çox informasiya alacaqsınızsa, bir o qədər də düzgün mövqe seçməkdə çətinliklər çəkəcəksiniz. Ailə və dost münasibətlərinin möhkəmləndirilməsi üçün münasib gündür.

Dolça
Çətin anda dadınıza yetişən adama minnətdarlığınızı bildirin. Əks halda qarşı tərəf sizdən inciyəcək. Yeni tanışlıq üçün münasib zamandır. Bu gün təməli qoyulan romantik münasibətlərin uzunmüddətli və ciddi olacağı bildirilir.

Balıqlar
Bu gün həyata baxışınız dəyişəcək. Keçirdiyiniz narahatçılığı yaxınınızla bölüşməyə tələsməyin. Çətin ki, o sizi başa düşsün. Yaxşı olar ki, bu gün ciddi məsələlər ətrafında müzakirə aparmayasınız.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.