02.02.2021 Gündəlik Bürclər (2 Fevral 2021 Günlük Bürclər)

01 Şubat 2021
3 703
0
02.02.2021 Gündəlik Bürclər (2 Fevral 2021 Günlük Bürclər)
Qoç
Çətin olacaq. Böyük ümidlər bəslədiyiniz plan uğursuz olacaq. Pulla da ehtiyatlı davranın. Ancaq sevgidə bəxtiniz gətirəcək. Günün birinci yarısında səhhətiniz pisləşəcək, amma getdikcə əhvalınız düzələcək.

Buğa
Heç yerə tələsməyin. Sakit hərəkət etdiyiniz halda, səhv buraxmayacaqsınız. Uzun sürən danışıqlarda inkişaf olacaq. Yaxınlarınız öz təkliflərilə sizi təəccübləndirəcəklər. Ilk baxışdan təklif sizin xoşunuza gəlməyəcək, amma dərindən düşünsəniz, onda müsbət tərəflər tapacaqsınız.

Əkizlər
Bir sıra ideyalarınızı reallaşdırmaq üçün münasib vaxt yetişəcək. O üzdən də indidən özünüzü buna hazırlayın ki, sonradan vaxt itkisinə yol verməyəsiniz. Əgər ətrafdakılara təzyiq göstərməsəniz, şəxsi müstəvidə də vəziyyət yaxşı olacaq.

Xərçəng
Bu günü yaxşı əhval-ruhiyyədə keçirməyəcəksiniz. Keçmişdə qalmış münasibətlərə görə təəssüf hissi keçirəcəksiniz. Bitmiş əlaqəni bərpa etmək üçün bir şansınız da olacaq. Ancaq nəzərə alın ki, bu, artıq vaxt itkisi olacaq. Bir balaca gözləsəniz, görəcəksiniz ki, irəlidə daha münasib olan yeni mərhələyə qədəm qoyacaqsınız.

Şir
Uğursuzluq dövrü bu gündən etibarən yerini yaxşılığa doğru inkişafa verəcək. Bəxt üzünüzə gülən kimi tələskənliyə yol vermək olmaz, bir az vaxt keçməlidir. Bu müddət ərzində özünüzə baxın, profilaktik prosedurları yaddan çıxarmayın.

Qız
Bu gün məqsədə çatmaq daha asandır. Gün işgüzar görüşlər üçün münasib sayılır. Yalnız romantik görüşlər üçün bunu demək olmaz. Dostlarınıza yaxşı məsləhətlər verməklə onlara kömək edəcəksiniz.

Tərəzi
Uğur sizdən qaçmağa hazırlaşır. Əlinizə götürdüyünüz istənilən işdə problemlər çıxacaq. Reputasiyanızı korlaya biləcək dedi-qodular yayılacaq. Maliyyə işlərindəki bərbad vəziyyət sizi qənaətcil olmağa vadar edəcək.

Əqrəb
Vacib və çətin işdən yapışa bilərsiniz. Həmkarlarınızın bəzi zəif cəhətlərinə göz yumsanız, yaxşı olar. Bu gün bürcün bir çox nümayəndələri romantik xarakterli sürprizlərlə qarşılaşacaqlar. Yalqız nümayəndələri isə maraqlı tanışlıq gözləyir.

Oxatan
Uğursuzluq dövrünün üçüncü və sonuncu günüdür. Xırda məsələlərdə bəxtinizin gətirməyəcəyi bildirilir. Qəm yeməyin, vacib işlərinizi sabaha saxlayın. Çünki səhər onları daha tez reallaşdıracaqsınız.

Oğlaq
Çox uğurlu gündür. Hətta deyərdik ki, həftənin ən uğurlu günüdür. Bundan səmərəli istifadə etmək lazımdır. Böyük alış-veriş, sövdələşmə üçün də gün yararlıdır.

Dolça
Xoşagəlməz halla üzləşəcəksiniz. Gün uğursuz təsadüflə, təəccüb doğuran çoxlu sayda xırda çətinliklərlə zəngin olacaq. Siz ətrafdakıları bezdirmədən sınaqları sakit ötürməyə çalışacaqsınız, amma bunun müqabilində əhvalınız korlanacaq. Uzaqdan xoşagəlməz xəbər gələcək və siz yola çıxmağa hazırlıq görəcəksiniz.

Balıqlar
Gözləmədiyiniz adamdan çağırış alacaqsınız. Rəqibinizi düzgün qiymətləndirməməyiniz ciddi təhlükə deməkdir. Ulduzların fikrincə, nə qədər iradəli olsanız, bir o qədər uğur qazanmaq şansınız olacaq.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.