10.02.2021 Gündəlik Bürclər (10 Fevral 2021 Günlük Bürclər)

09 Şubat 2021
4 020
0
10.02.2021 Gündəlik Bürclər (10 Fevral 2021 Günlük Bürclər)
Qoç
Bu gün qəribə gündür. Siz özünüzü necə istəyirsinizsə, elə də aparacaqsınız. Ətrafdakılar da bunu nədənsə, çox bəyənəcəklər. Amma problemlər də istisna deyil. Uzaq yola çıxmayın. Bugünkü alış-verişin də uğursuz olacağı ehtimal edilir.

Buğa
Gün maraqlı və xoş görüşlər vəd edir. Elə adamlarla ünsiyyətdə olacaqsınız ki, onlar sizin maddi vəziyyətinizi yaxşılaşdırmağı vəd edən işin icrasına yardım edəcəklər. Imic dəyişikliyindən çəkinməyin. Fantaziyanız genişdirsə, bu məsələdə uğur qazanacaqsınız.

Əkizlər
Günün birinci yarısı sakit keçəcək və qeyri-adi hadisə baş verməyəcək. Maraqlı macəralar 2 saatdan sonra özünü göstərəcək. Gün işgüzar danışıqlar üçün münasibdir. Axşam siz daha praqmatik olacaqsınız. Bu, özlüyündə yaxşı əlamətdir, amma sizi yaxşı tanımayanlar bunu düzgün anlamayacaqlar.

Xərçəng
Işgüzar ünsiyyət üçün heç də münasib gün deyil, amma siz yenə səy göstərəcəksiniz. Çalışın ki, istənilən dialoqu qeyri-rəsmi tərzdə aparasınız. Qarşı tərəfin özünü rahat hiss etməsinə imkan yaradın. Sizin səyiniz boşa çıxmayacaq.

Şir
Təcili həll olunası probleminiz çıxacaq. Müdiriyyət isə çətin ki, bundan razı qalsın. Həmkarlarla aranızda söz-söhbət düşəcək. Şəxsi müstəvidə də problemlərin olacağı bildirilir. Səbirsizliyiniz ucbatından yaxınlarınızın əhvalını korlayacaqsınız.

Qız
Çətin olacaq. Elə qüvvələrlə qarşı-qarşıya gələcəksiniz ki, onlarla baş aparmaq elə də asan olmayacaq. Işdə intriqaların qurbanı olacaqsınız. Işlə bağlı istənilən məsələni əks cinsin nümayəndələrilə müzakirə etməyiniz məsləhətdir.

Tərəzi
Siz bu gün güzəştə getmək bacarığınızla ətrafdakıları təəccübləndirəcəksiniz. Gün kommersiya ilə məşğul olan “Tərəzi”ləri sevindirəcək. Onların gəlirli sövdələşmə imzalayacağı gözlənilir.

Əqrəb
Günün nəticələri sizin hansı davranış xəttini seçməyinizdən asılı olacaq. Əgər qürura üstünlük versəniz, münaqişə baş verməyəcək. Güzəştə getsəniz, öz mövqeyinizi qoruyub saxlaya biləcəksiniz. Yaxınlarla münasibətə gəlincə, burada hər şey sizin ürəyinizcə olmayacaq.

Oxatan
Xoş gündür. Maraqlı və faydalı işlə məşğul olacaqsınız. Yaradıcılıq potensialınız hamının gözü qarşısında günü-gündən artacaq. Ehtimal ki, gələcəkdə gəlir gətirəcək yeni layihə hazırlayacaqsınız. Özünüzə inamı itirməsəniz, başqaları da sizin dediklərinizə inanacaqlar.

Oğlaq
Günün başlaca problemi neqativ emosiyaların hökmranlığıyla bağlıdır. Ulduzlar bildirir ki, çətinliyi aradan qaldırmaq üçün enerjiniz kifayət qədərdir və bu, günün müsbət tərəflərindən biridir. Ona görə də hərəkətə keçə bilərsiniz.

Dolça
Günün birinci yarısı xoş olacaq. Bu zaman kəsiyindən istifadə edərək özünüzü yaxşı tərəfdən göstərə bilərsiniz. Bu gün sizinlə iş birliyi quran kəslər professionallığınıza həsəd aparacaqlar. Günün ikinci yarısı isə sakit keçəcək. Uzaqdan xoş xəbər alacaqsınız.

Balıqlar
Gün yaxşı başlanğıcla özünü göstərəcək. Həyat eşqiniz yüksək olduğundan enerji qıtlığı çəkməyəcəksiniz. Hamıya sübut edəcəksiniz ki, siz çox işə qadirsiniz. Çətin situasiyada düzgün qərar verə biləcəksiniz. Günün ikinci yarısında əhvalınız korlanacaq.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.