16.02.2021 Gündəlik Bürclər (16 Fevral 2021 Günlük Bürclər)

15 Şubat 2021
4 489
0
16.02.2021 Gündəlik Bürclər (16 Fevral 2021 Günlük Bürclər)
Qoç
Işlər düz gətirməyəndə sakit qalmaq çətindir. Rəhbər “Qoç”lar konfliktə meyllənəcəklər və bu da işləməyə mane olacaq. Onlar fikirləşdiklərini dilə gətirməklə nəticəni nəzərə almayacaqlar.

Buğa
Siz kimə etibar edib, kimdən uzaq durmaqda düzgün qərar verə bilmirsiniz. Yaxınlarınızdan biri sizi mənəvi baxımdan hələ hazır olmadığınız addım atmağa təhrik edəcək. Əksər “Buğa”lar üçün gün vacib görüşlə yadda qalacaq.

Əkizlər
Çətin işlərdən qaçmaq lazım deyil. Siz onların öhdəsindən gələcəksiniz. Nəticədə karyeranız yüksələ bilər. Şəxsi münasibətlərdə vəziyyət sabit olacaq. Səhhətinizə qarşı diqqətli olun.

Xərçəng
Bu gün özünüzü dəfələrlə yaxşı tərəfdən nümayiş etdirmək şansınız olacaq. Çalışın ki, sizin amalınız diqqətdən kənarda qalmasın. Ətrafdakıların sizə həsəd aparması əhvalınızı qaldıracaq. Gün kommersiya xarakterli işlər üçün məhsuldardır, danışıqlar gəlir gətirəcək.

Şir
Bu gün təkcə özünüzün deyil, başqalarının da probleminin həllilə məşğul olacaqsınız. Ancaq siz bundan şikayət etməyəcəksiniz. Hələ ki, etibarlılığına əmin olmadığınız kəslərlə ünsiyyətdə olarkən ehtiyatı əldən buraxmayın. Plan və ideyalarınızı bu müstəvidə paylaşmaq hələ tezdir.

Qız
Bir sıra işlərinizi asanlıqla həll edəcəksiniz. Bu üzdən də uğur danılmazdır. Ətrafdakıların rəğbətini qazanacaqsınız. Orijinal ideyalarınız olacaq. Yaxşı əhval-ruhiyyə əhatənizdəkilərlə xoş ünsiyyət qurmağa yardımçı olacaq. Əgər mübahisə yaranarsa, onu tez həll edəcəksiniz. Yeni macəra sizi gözləyir.

Tərəzi
Tələsik qərar verməyin. Bu günə bu addım təhlükəlidir. Kimlərsə sizi tələsdirməyə çalışacaq, amma buna qarşı çıxmağınız məsləhətdir. Bu, elə də asan olmayacaq. Buna baxmayaraq, qalib çıxacaqsınız. Günün maliyyə mənzərəsi ürəkaçan olmayacaq.

Əqrəb
Iş görmək üçün pis gün deyil. Buna səbəb isə sizin çətinlikdən qorxmamağınızdır. Öz gücünüzə inamınız sizi daha da cazibədar edir. Bu səbəbdən də mənəvi dəstəyə ehtiyacı olanlar sizə üz tutacaqlar.

Oxatan
Hissiyyatınız çox güclüdür. Işgüzar müstəvidə uğur istisna deyil. Siz kiminlə iş qurub, kimlərdən uzaq durmağın lazım olduğunu yaxşı bilirsiniz. Nüfuzunuz yüksələcək və mötəbər şəxslərlə yaxşı dil tapacaqsınız.

Oğlaq
Professional nöqteyi-nəzərdən maraqlı gündür. Enerjili, yaradıcı, ixtiraçı və inadkarsınız. Ancaq neqativ faktorlar da xali deyil. Buna başlıca səbəb sizin özünüzdən razı olmağınızdır. Həmkarlarınıza qulaq asın ki, səhvlərə yol verməyəsiniz.

Dolça
Yeni məqsədlər peyda olacaq. Buna səbəb sizin bir zamanlar prinsipial hesab etdiklərinizin öz aktuallığını itirməsi olacaq. Xırda ailə mübahisəsini özlüyünüzdə çox şişirdəcəksiniz. Bunun keçici olduğunu nəzərə alsaq, yaranmış vəziyyətə əhəmiyyət verməməyiniz məsləhətdir.

Balıqlar
Işdə səhvə yol vermək təhlükəsi var. Bu üzdən də diqqətli və ehtiyatlı olmalısınız. Bu gün maliyyə ilə bağlı sənədləri imzalamağınız, böyük sövdələşmələrə girişməyiniz məsləhət görülmür. Gün yaxınlarla ünsiyyət baxımından əlverişlidir. Bürcün tənha nümayəndələrini maraqlı tanışlıq gözləyir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.