17.02.2021 Gündəlik Bürclər (17 Fevral 2021 Günlük Bürclər)

16 Şubat 2021
3 817
0
17.02.2021 Gündəlik Bürclər (17 Fevral 2021 Günlük Bürclər)
Qoç
Istənilən çətin iş üçün münasib gündür. Bu günə məsuliyyət tələb edən işləri planlaşdırın. Kənardan eqoist təsiri bağışlamağınıza baxmayaraq, siz istənilən problemə konstruktiv yanaşma tərzinizi itirmirsiniz. Bu, təkcə işdəki problemləri deyil, həm də şəxsi müstəvidə də məsələlərin həllinə kömək edəcək.

Buğa
Artıq əmək sərf etmədən xeyli porbleminizi həll edəcəksiniz. Uğur öz ayağıyla sizə qonaq gələcək. Çətin, standart olmayan tapşırıqlar, orijinal ideyalar yeni imkanlar açacaq. Şəxsi müstəvidə böyük dəyişikliklər gözlənilir. Bura nikaha daxil olmaq, sevgi etirafı da aid edilir.

Əkizlər
Yaxınlarınıza onların istəklərini həyata keçirəcəyinizi vəd edirsiniz. Ancaq nəzərə alın ki, vədinizi mütləq yerinə yetirməlisiniz. Bu isə gözlədiyiniz qədər asan olmayacaq. Işdə ciddi səhvə, nüfuzunuzu kölgədə qoyacaq yanlışlığa yol verəcəksiniz. Günün ikinci yarısı pul sarıdan korluq çəkəcəksiniz.

Xərçəng
Asan gün deyil, xeyli qayğı və həyəcan yaşayacaqsınız. Müdiriyyətlə aranızda mübahisə düşəcəyi gözlənilir. Sizin təklifinizi ilk baxışdan bəyənməyəcəklər, amma sonradan onu layiqincə qiymətləndirəcəklər. Alqı-satqıyla bağlı böyük məbləğli sövdələşmələr üçün əlverişli gündür.

Şir
Rəqibləriniz üzərində qələbəniz rəhbərlikdə və həmkarlarınızda sizinlə bağlı xoş təəssüratlar yaradacaq. Işgüzar danışıqlar ehtiyatlılıq tələb edəcək. Qızıldan dağlar vəd edənlər sizi tələyə sala bilərlər. Yaxınlarla aranızda ciddi fikir ayrılığı gözlənilir.

Qız
Ehtiyatlı olun, bu gün zədələnmək təklükəsi var. Bu səbəbdən də fiziki işləri, idmanın eksperimental növü ilə məşğul olmağı, bir sözlə, çətin addımları təxirə salın. Maliyyə çətinliyi də istisna deyil.

Tərəzi
Gün gözlədiyinizdən uğurlu olacaq və xoş sürprizlər gətirəcək. Əldə edəcəyiniz yeni informasiya şəxsi problemlərinizi həll etməyə kömək olacaq. Işgüzar münasibətlərdəki inkişaf sizi sevindirməyə bilməz. Yaxınlardan xoş xəbər eşidəcəksiniz.

Əqrəb
Bu gününüzü istirahətə həsr etməyiniz məsləhətdir. Maraqlı görüşün, qeyri-adi təkliflərin olacağı gözlənilir. Bu gün yaşlı qohumlarla ünsiyyətdə olmaq üçün əla zamandır, istənilən mövzuda söhbət edə bilərsiniz. Ulduzlar qənaətcil olmağı məsləhət görür.

Oxatan
Ümumilikdə götürəndə elə də pis gün gözləmir sizləri. Çətin işlərin öhdəsindən əla gələcəksiniz. Siz başqalarının səhvlərindən nəticə çıxaracaqsınız. Ünsiyyət üçün rahat və sərbəst gündür. Bu baxımdan vaxtınızı yaxşı keçirəcəksiniz.

Oğlaq
Insanlarla ünsiyyət qurmaq bacarığınıza və cazibənizə görə ciddi uğura imza atacaqsınız. Siz istənilən adamı öz tərəfinizə çəkməyə qadirsiniz. Bu bacarıqlarından ictimai tədbirlərdə çıxış etməyə hazırlaşan, yaxud da işgüzar danışıqlara gedən “Oğlaq”lar istifadə edəcəklər. Günün ikinci yarısı təhsil və ya başqa məşğuliyyətlər üçün məhsuldardır.

Dolça
Sakit qala bilməyəcəksiniz. Ətrafdakılar sizi müxtəlif işlərilə bir an tək buraxmayacaq. Seçim imkanınız yoxdur. Ya gərək başqalarına kömək etmək üçün hissələrə parçalanasınız, ya da özünüzə düşmən qazanmaqla yalnız öz işinizlə məşğul olmalısınız. Ən başlıcası, etibar etmədiyiniz adamların işlərinizə müdaxilə etməsinə imkan verməyin.

Balıqlar
Uğursuz gündür, xüsusilə bu, günün birinci yarısına aiddir. Sevindirici xəbər yaxınlarla münasibətinizdəki problemlərin aradan qalxmasıyla bağlıdır. Günün ikinci yarısında baş vermiş hadisələr vacib qərar qəbul etməyinizə kömək olacaq.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.