19.02.2021 Gündəlik Bürclər (19 Fevral 2021 Günlük Bürclər)

18 Şubat 2021
3 594
0
19.02.2021 Gündəlik Bürclər (19 Fevral 2021 Günlük Bürclər)
Qoç
Bir neçə problemi birdən həll etmək şansınız olacaq. Lakin günün çatışmayan tərəfləri də olacaq. Birincisi, “Qoç”lər ancaq özlərini eşidəcəklər. Bu isə o deməkdir ki, səslənən vacib məsləhətləri qulaqardına vuracaqsınız. Ikincisi isə maddi çətinliklə bağlıdır.

Buğa
Bu gün görmək istəmədiyiniz işlərlə məşğul olacaqsınız. Nə etmək olar, seçim imkanınız yoxdur. Yaxşı olar ki, şəraitə uyğun hərəkət edəsiniz. Günün ikinci yarısında bir çox suallara cavab tapacaqsınız.

Əkizlər
Tənha “Əkizlər” yaxşı gün gözləmir, problemlərlə mübarizə aparmalı olacaqlar. Bu mövzuda məsləhətləşmək pis olmaz. Dostlar varsa, bu yükü çəkmək asan olacaq. Onlar əhvalınızı qaldıracaqlar.

Xərçəng
Gün xoşagəlməz, həyəcanlı xəbərlə başlayacaq. Bu gün zəngin həyat təcrübəsinə sahib olan qadından məsləhət alacaqsınız. Istənilən iş üçün münasib gündür. Buraya ev işləri də şamil edilir. Mağazalara getmək olar.

Şir
Günün əsas problemi riskə can atmağınızla bağlıdır. Nə qədər ehtiyatlı olsanız, bir o qədər də problemlərin qarşısını ala bilərsiniz. Bürcün bəzi nümayəndələri elə bir hərəkətə yol verəcəklər ki, sonradan bunun peşmançılığını çəkəcəklər.

Qız
Özünüzə qarşı diqqətli olun. Artıq yükləmələr səhhətinizə mənfi təsir göstərə bilər. Günün ikinci yarısına planlaşdırdığınız səfər gözlədiyinizdən çox vaxt aparacaq. Təəssüf ki, istədiyiniz nəticəni əldə edə bilməyəcəksiniz.

Tərəzi
Istənilən görüş, ünsiyyət və ya tanışlıq baxımından əlverişli gündür. Hətta özünüz istəsəniz belə, gününüzü təklikdə keçirə bilməyəcəksiniz. Buna səbəb isə hamını özünüzə cəlb etməyinizdir. Günün ikinci yarısında elə bir təklif alacaqsınız ki, onu rədd etmək doğru olmaz.

Əqrəb
Maliyyə məsələlərinin həlli üçün münasib gündür. Əgər borc qaytarmalısınızsa, onda onu bu gün həyata keçirin. Əmlak bölgüsündə də heç bir problem gözlənilmir. Ehtimal ki, qiymətli hədiyyə alacaqsınız.

Oxatan
Uğurlu gündür. Yığılıb qalmış problemləri yoluna qoymaq üçün kifayət qədər enerjiniz var. Günün ikinci yarısında neqativ tendensiyalar özünü göstərəcək. Bu zaman kəsiyində mübahisələrin olacağı gözlənilir.

Oğlaq
Bir çox problemləri həll edə bilərsiniz. Bunu əvvəlcədən qurduğunuz plan əsasında həyata keçirməyiniz tövsiyə olunur. Günün emosional mənzərəsi sabit olmayacaq. Siz boş yerə özünüzdən çıxacaqsınız.

Dolça
Əhatənizdə elə bir atmosfer olacaq ki, burada gərginlk cərəyan edəcək. Münaqişəli situasiyadan qaçmaq çətin olacaq. Işdə uğurdan söhbət gedə bilməz. Burada sanki yarışma gedir və qalib çıxmaq ehtimalı böyük deyil.

Balıqlar
Hiylədən, fitnədən uzaq olaraq hərəkətə keçməyiniz əla nəticələr verəcək. Uğur gözlədiyinizdən də tez gələcək. Gün şəxsi və ya işgüzar müstəvidə görüşlər keçirmək üçün münasibdir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.