22.02.2021 Gündəlik Bürclər (22 Fevral 2021 Günlük Bürclər)

21 Şubat 2021
4 107
0
22.02.2021 Gündəlik Bürclər (22 Fevral 2021 Günlük Bürclər)
Qoç
Təəssüf ki, istədiklərinizlə vacib olanlar arasında seçim etməli olacaqsınız. Bu gün hər ikisini bir araya gətirmək qeyri-mümkündür. Gözlənilməz dəvətlər, planlaşdırılmamış əyləncələr olacaq. Bu gün erkən yatmaq tövsiyə olunur.

Buğa
Yeni münasibət qurmaq baxımından əlverişli gündür. Siz qarşı tərəf haqqında düzgün qərar çıxaracaqsınız. Ulduzlar bildirir ki, “Buğa”lar daxili səslərinə qulaq assınlar. Həm işgüzar, həm də şəxsi müstəvidəki çətin durumlarda onlara daxili səsləri düzgün qərar verməkdə yardımçı olur.

Əkizlər
Yeni işdən çəkinməyin. Çünki istənilən çətin işin öhdəsindən gələcəksiniz. Bu gün əks cinsin nümayəndələrinin diqqətini daha çox cəlb edəcəksiniz. Bürcün tənha nümayəndələri bu fürsətdən istifadə edə bilərlər.

Xərçəng
Xırda problemlərə əhəmiyyət verməyin. Bu işlər özü-özünə həll olunacaq. Gün yeni tanışlıq üçün əlverişlidir. Qarşı tərəfdə daha çox maraq oyadacaqsınız.

Şir
Işləriniz çoxdur, hər biri də diqqət, ehtiyatlılıq və risk tələb edir. Bu gün təməli qoyulan bir sıra başlanğıclar uğurlu olacaq. Xoşagəlməz sürprizi başqa şəhərdən gəlmiş tanışınızdan gözləyin.

Qız
Ətrafda baş verənlərə görə məsuliyyəti öz üzərinizə götürməyə tələsməyin. Bugünkü proseslərin sizin davranışlarla heç bir əlaqəsi yoxdur. Səhhətinizə də diqqət yetirin. Gününüzü elə planlaşdırın ki, istirahətə də vaxt qalsın. Əyləncəli tədbirləri təxirə salın.

Tərəzi
Bu gün üçün ən təhlükəlisi yoxlanılmamış informasiyalara inanmaqdır. Yaxşı olar ki, dedi-qodu ilə məşğul olanlara baş qoşmayasınız və ya onlara bunun üçün əsas verməyəsiniz. Günün yarısında istirahətə ehtiyacınız olduğunu hiss edəcəksiniz.

Əqrəb
Sevdiyiniz şəxslə aranızdakı münasibətlərin yaxşı olmayacağı bildirilir. Sevən “Əqrəb”ləri çətin, gərgin və yorucu gün gözləyir. Ailə işlərinə diqqət yetirməklə ailə üzvlərinizi sevindirəcəksiniz. Həyat eşqiniz tükənməzdir.

Oxatan
Uzaq qohumlardan xoş xəbər eşidəcəksiniz. Valideyn “Oxatan”lar uşaqlarının qarşılaşdığı çətinliyə görə narahat olacaqlar. Gün çoxdan bəri həyata keçirmək arzusunda olduğunuz istəyin reallaşacağını vəd edir.

Oğlaq
Professional mövqeyinizi möhkəmləndirəcəksiniz. Işdə uğur gözlənilir. Evdə istədiyiniz mövzuda söhbət edə bilərsiniz. Yaxınlarınız sizi yaxşı başa düşəcək. Axşamınızı romantik görüşə həsr edin.

Dolça
Parlaq gün deyil. Yarımçıq qalmış işlərinizi tamamlayın. Danışıqlar zamanı ehtiyatlılığınız partnyorun gözündən qaçmayacaq və qarşı tərəf sizə təzyiq göstərəcək. Güzəştə getməyin, öz mövqeyinizdə durun.

Balıqlar
Maliyyə işlərində səliqə-sahman yaratmaq zamanıdır. Bu müstəvidə vəziyyət siz düşündüyünüzdən də bərbaddır. Bugünkü bütün çətin problemləri sülhlə yoluna qoyacaqsınız. Qarşıya yeni məqsədlər qoymaq üçün münasib gündür.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.