23.02.2021 Gündəlik Bürclər (23 Fevral 2021 Günlük Bürclər)

22 Şubat 2021
3 987
0
23.02.2021 Gündəlik Bürclər (23 Fevral 2021 Günlük Bürclər)
Qoç
Istedadınızla parlayacaqsınız. Təəssüf ki, problemlər də baş qaldıracaq. Bunun səbəbi sizin dərin məna kəsb edən məsələlərə xırda problem kimi yanaşmağınızdadır. Şübhəli sövdələşmələrə getməməyiniz məsləhətdir.

Buğa
Ulduzlar sizin tərəfinizdədir. Gün çətin, amma faydalı işlər üçün yararlıdır. Yaradıcılıq potensialınızla çətin işlərin öhdəsindən məharətlə gələcəksiniz. Şəxsi müstəvidəki vəziyyətə gəlincə, burada da işləriniz qaydasında olacaq.

Əkizlər
Günün əsas hissəsi sakit keçəcək, ancaq axşam həyəcanlanmağa səbəb olacaq. Səhər saatları dostluq görüşləri, qeyri-rəsmi çərçivədə söhbət etmək üçün əla zamandır. Bu zaman kəsiyində ilk dəfə görüb tanış olduğunuz adamlarla yaxşı dil tapacaqsınız.

Xərçəng
Siz yarımçıq qalmış işləri tamamlamalısınız. Lakin nəzərə alın ki, çətinlik gözləmədiyiniz məqamda özünü göstərəcək. Günün maliyyə mənzərəsi yaxşı olacaq, gəlir olacağına inana bilərsiniz.

Şir
Günün əsas hissəsini həyəcanlı dəqiqələr zəbt edəcək. Yaxşı olar ki, tam məlumatlanmadan təklifləri qəbul etməyəsiniz. Şəxsi müstəvidə də problemlər gözlənilir. Əzizlərinizlə dil tapmaq asan olmayacaq. Narazılığınızı sakit şəraitdə dilə gətirməyiniz tövsiyə olunur.

Qız
Sakit gün işlərdə diqqətinizi cəmləməyə imkan yaradacaq. Həyat eşqiniz bir balaca sönükdür, bu səbəbdən artıq yükdən özünüzü azad edin. Xüsusilə də günün ikinci yarısında ağır fiziki işlər görmək məsləhət deyil.

Tərəzi
Ehtimal ki, bu gün sizin xoşunuz gəlməyən şəxs işlərinizə müdaxilə edəcək. Onun hərəkətlərini sakitcə izləməkdən başqa çarəniz olmayacaq. Səbrli olmağa çalışın. Əgər bu gün konflikt baş versə, onda həftənin sonuna qədər sakitçiliyiniz pozulacaq.

Əqrəb
Öz gücünüzə güvənərək nikbin olacaqsınız. Bu əzmlə də istənilən işə girişəcəksiniz. Elə bədbəxtçiliyiniz də bundadır. Gücünüzü düzgün qiymətləndirməmək bacarığınız sizi yanlış addım atmağa, yəni, öhdəsindən gələ bilməyəcəyiniz işi əlinizə almağa sövq edəcək.

Oxatan
Bu gün ətrafdakılara təsir etmək bacarığınıza özünüz də təəccüblənəcəksiniz. Öz cazibənizdən istifadə etməyin. Bunun fəsadları barədə heç düşünmürsünüz. Bu gün sizin cazibənizə düşən şəxs yaxın zamanlarda sizi əsəbiləşdirəcək.

Oğlaq
Bu gün daha çox özgələrinin işilə məşğul olacaqsınız. Ətrafdakılara yardım etmək baxımından əlverişli gündür. Mənəviyyat baxımından isə günün ikinci yarısı diqqət çəkir. Əhvalınız yaxşı olacaq deyə, ailə problemlərinin həllilə məşğul ola bilərsiniz.

Dolça
Maraqlı və xoş gün gözlənilir. Sizin daha vacib hesab etdiyiniz işlərdə uğur qazanacağınız bildirilir. Yaxınlardan biri sizin üçün xoş sürpriz hazırlayacaq. Bu gün istənilən şərait dəyişkənliyinin faydasını görəcəksiniz.

Balıqlar
Neytral gündür. Gün böyük uğurlar vəd etmir. Buna baxmayaraq, ciddi xoşagəlməz olaylar da baş verməyəcək. Çoxdan görmədiyiniz adamla görüşəcəksiniz. Çoxdankı hisslərin yenidən cücərəcəyi, nəticədə köhnə səhvinizi təkrar edəcəyiniz ehtimal edilir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.