25.02.2021 Gündəlik Bürclər (25 Fevral 2021 Günlük Bürclər)

24 Şubat 2021
3 509
0
25.02.2021 Gündəlik Bürclər (25 Fevral 2021 Günlük Bürclər)
QOç
Bu gün ulduzlar bütün istiqamətlərdə sizin tərəfinizdə olacaqlar. O üzdən də uğur qazanmaq şansınızı vacib işlər üzərində sınaqdan çıxarmağınız məsləhətdir. Istənilən görüş üçün münasib gündür. Romantik münasibətdə əsaslı dəyişikilk gözlənilir.

Buğa
Səhər tezdən situasiya sizin xoşunuza gəlməsə də, günortadan etibarən vəziyyət dəyişəcək, əhvalınız yaxşılaşacaq və bir sözlə, uzun müddət gözlədiyiniz dəyişiklik baş tutacaq. Ulduzlar xəbərdarlıq edir ki, kiminlə gəldi tanış olmayın.

Əkizlər
Gün xoş sürpriz gətirəcək. Bunu heç gözləmədiyinizi etiraf edin. Yaradıcılıq tələb edən istənilən başlanğıc üçün əlverişli gündür. Siz sevdiklərinizi sevindirməyə tələsirsiniz və bu, sizdə alınacaq.

Xərçəng
Son zamanlar sizi narahat edən məsələlərə cavab tapacaqsınız. Xoşbəxtlikdən onların cavabı sizin ürəyinizdən xəbər verəcək. Uğurlu alış-veriş gözlənilir. Həmçinin gəlirinizin olacağı da istisna deyil. Əhvalınız da yaxşı olacaq. Özünüzü hər yerdə arzuedilən qonaq kimi hiss edəcəksiniz.

Şir
Işlərinizi tamamlamaq üçün kömək istəyəcəksiniz. Əgər bu gün yola çıxmağa hazırlaşırsınızsa, onda bu yolçuluğunuz yorucu və gərgin keçəcək. Ailədə münasibətlər də sabit olmayacaq. Özünüz də bu xoşagəlməz dəyişikliyin səbəbini tapa bilməyəcəkəsiniz.

Qız
Romantik münasibətlərin möhkəmləndirilməsi, görüşlər keçirmək üçün əlverişli gündür. Bürcün bəzi nümayəndələri həvəslə ev işlərilə məşğul olacaqlar. Bu gün ayaqqabı, paltar, aksesuarlar, həmçinin zərgərlik məmulatları ala bilərsiniz.

Tərəzi
Sizi narahat edən məsələlərə aydınlıq gətirəcəksiniz, bir sıra yarımçıq qalmış işlərinizi başa çatdıracaqsınız. Bu gün dərindən təmir işlərinin görülməsi, daşınmaz əmlakla bağlı alqı-satqı əməliyyatının həyata keçirilməsi, mebel almaq məsləhət deyil. Təhsiliniz üçün pul xərcləməli olacaqsınız.

Əqrəb
Çətin günlərinizdən birini yaşayacaqsınız. Gah işdə nələrsə yadınızdan çıxacaq, gah da böyük problemə gətirib çıxara bilən xırda anlaşılmazlıq baş verəcək. Müttəfiqlərinizlə də işləriniz düz gətirməyəcək. Qarşı tərəf gah yardım əlini uzatmaqla, gah da kömək etməkdən boyun qaçırmaqla münasibətləri gərginləşdirəcək.

Oxatan
Günün müsbət tərəfləri az deyil. Siz əlinizə bir iş götürən kimi köməkçilər peyda olacaq. Sizə yalnız işi həvalə etmək qalır. Həyata keçirilməsi labüd olan ideyalarınız olacaq. Günün maliyyə mənzərəsi də əla olacaq.

Oğlaq
Uğurlu gündür. Günün birinci yarısı çoxdankı arzunuzun həyata keçməsilə sizi sevindirəcək. Maraqlı görüşlər də gözlənilir. Gün daha çox sevən “Oğlaq”ları sevindirəcək. Bu nümayəndələr qarşı tərəfin onları yaxşı anlamasından həzz alacaqlar. Istər uşaqlarla, istərsə də yaşlılarla yaxşı dil tapacaqsınız.

Dolça
Özünüzü sakit və güvənli hiss edəcəksiniz. Maraqlı ideyalarınız olacaq. Bürcün əksər nümayəndələri maddi vəziyyətlərini necə yaxşılaşdırmağın yollarını tapacaqlar və bu istiqamətdə hərəkətə keçəcəklər. Gün ekskursiya, romantik gəzinti üçün münasibdir.

Balıqlar
Sakit və xoş gün yaşayacaqsınız. Siz həyatınızda baş verəcək dəyişikliklərə hazır olacaqsınız. Ailə üzvlərinizlə aranızda fikir ayrılığı olacaq, ancaq siz yenə də zarafat etməklə konfliktin qarşısını ala biləcəksiniz. Alış-veriş üçün əlverişli gün deyil.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.