2021-ci ilin ulduz falı: Yeni ildə hansı bürcü nə gözləyir...

06 Ocak 2021
1 046
0
2021-ci ilin ulduz falı: Yeni ildə hansı bürcü nə gözləyir...
Feat.Az sizə uğurlu il arzulayır və 2021-ci ilin ulduz falını ayrı-ayrı bürclər üzrə təqdim edir:

Qoç
- Yeni ildə ikitərəfli münasibətlərdə daha yumşaq olduğunuzu hiss edəcəksiniz.

Ən başlıcası, ürəyinizin nişan verdiyi insanlarla tanış olmağı hədəfləyəcəksiniz. Həm duyğularınızı, həm də məntiqinizi istifadə etmək istəyəcəksiniz. Çünki yalnız birinə köklənmək sizin üçün uyğun deyil.

Ulduzlar təmkinli davranmağı tövsiyə edir. Sevdiyiniz insanla əvvəllər aranızda olan umu-küsü aradan qalxacaq.

Biznes üçün də uğurlu il olacaq. İşgüzar tərəfdaşlarınızı diqqətlə seçsəniz, böyük uğurların bünövrəsini qoya bilərsiniz.


Buğa - Arxada çətin bir il buraxdınız. Xəstəlik və çətinliklərlə çox əziyyət çəkmisiniz. Vacib seçimlərdən başqa, böyük iradə tələb edən qərarlar da verdiniz.

Bəs yeni ildə? Yeni ildə başqalarının dərdlərinə deyil, öz şəxsi həyatınıza fikir vermək istəyəcəksiniz. Siz buna layiqsizniz. Ulduzlar deyir ki, bədbinlik, qorxu, tələskənlik, həyəcan və ən əsası, uğursuzluq hissinə yol vermək niyyətində deyilsiniz. Uğurlarınız cəsarətinizdən və istəyinizdən asılı olacaq.


Əkizlər - 2021-ci ilin ilk günlərindən etibarən içinizdə istəyin, ehtirasın və qətiyyətin artdığı bir ilə qədəm qoyduğunuzu hiss edəcəksiniz. Bu hiss həm başlanğıc gücünü, həm də uğur qazanma ehtirasını aşılayacaq. Sizi qətiyyətli bir əhvalda görən insanların sizə hörməti artacaq, amma sizinlə razılaşmayan insanları da müşahidə edə bilərsiniz.

Bununla belə, heç kimin ürəyini qırmaq istəməyəcəksiniz. Sadəcə, planlarınızı şübhə altına alan adamları öz əhatənizdən uzaqda tutacaqsınız. Ulduzlar deyir ki, qətiyyətli, amma təmkinli davrnışınız həyatınızı yaxşılığa doğru dəyişəcək.


Xərçəng - Mükəmməl münasibətlərinizin ön plana çıxdığı və asanlıqla seçim etməkdə çətinlik çəkdiyiniz bir ilə başlayırsınız. Diqqət yetirdiyiniz mövzularda güclü tərəflərinizi nümayiş etdirəcəksiniz, vəzifələrinizi yerinə yetirmək üçün əlavə fədakar davranış sərgiləyəcəksiniz.

2021-ci ildə daha işgüzar əhvalda olacaqsınız və səyləriniz qədirbilən insanlar tərəfindən qiymətini alacaq. Olduğunuz kimi görünün, ulduzlar qeyri-səmimi və süni hərəkətlərinizə dözməyəcək.


Şir - İlk gündən sosial tərəfinizi gücləndirən və həyata baxışınızı dəyişdirən bir ilə girdiyinizi hiss edəcəksiniz.

Belə tez? Bəli! Çünki köhnə həyat tərzinizdən bezmisiniz. Dəfələrlə həyatınızı dəyişməyə cəhd etmisiniz. Yeni ilin ilk günü sizə güclü motiv verəcək.

Dəyişikliyə can atmağınız ətrafdakıların tənqidinə tuş gələ bilər. Amma onlara niyə qulaq asırsınız ki?.. Öz həyatınızın qədrini sizdən yaxşı heç kim bilmir. Qərarlarınızı verin və inamla irəliləyin. 2021 sizin ilinizdir.


Qız - Uzun müddət gözlədiyiniz bir il ola bilər. Hər şey özünüzdən asılı olacaq. 2020-ci ildə çox yorğun olduğunuz danılmaz bir həqiqətdir. Hədəflərinizə doğru gedərkən sizdən asılı olmayan maneələr yolunuz kəsib.

Amma 2021-ci il öz taleyinizi öz ixtiyarınıza buraxacaq. Necə deyərlər, meydan sizindir. Bacarığınızı göstərin, uğur qazanın! Özünüzü və həyat səviyyənizi mükəmməl hala gətirmək üçün şanslarla dolu bir ilə keçirsiniz.


Tərəzi - Duyğuların tükəndiyi bir ili geridə qoyursunuz. 2020-ci il sizin üçün ağır keçdi. Amma yaxşı bir dərs aldınız - həyatın düşündüyünüz qədər asan olmadığını anladınız. Arzular uğrunda çarpışmağın vacibliyini başa düşdünüz.

Kifayət qədər düşünmək imkanınız oldu və qərar verdiniz: Gələcəyi özüm qurmalıyam. Heç kimdən kömək gözləməyə ehtiyac yoxdur. Yeni ildə varlığınız uğrunda mübarizə aparacaqsınız. Əlinizdən gələni etmək istəyəcəksiniz və həm ürəyinizi, həm də zehninizi tam gücü ilə istifadə edəcəksiniz. Amma 2021-ci il böyük uğurlar ili olmazdan öncə 2022-ci il üçün başlanğıcların ili olacaq.


Əqrəb - 2020-cil ildə istədiklərini əldə edə bilmədiniz. Çünki əslində nə istədiyinizi özünüz belə anlamaqda çətinlik çəkdiniz. Bunu artıq özünüz də başa düşürsünüz: Çoxlu işlərə baş vurub yarımçıq buraxmaqdansa bir işin dalınca düşüb axıra qədər getmək lazımdır.

2021-ci ildə bu etiraf sizə kömək edəcək. Öküz ili səbrli olmağı tələb edir. Başladığınız işi axıra qədər təqib edin. Uğur təmkinli inadkarların tərəfindədir.


Oxatan - Həyatla bağlı hər şeyi düzgün götür-qoy edəcəyiniz bir ili qarşılayırsınız. 2020-ci ildə çox yorğun və stresli vəziyyətlərə məruz qalan beyniniz 2021-ci ildə nəhayət, rahatlq tapacaq. Dərindən bir ah çəkmək istəyəcəksiniz. Qarşıdakı ildə əziyyətlərinizin mükafatını alacaqsınız.

Həyatla əlaqəli planlarınızı aydın şəkildə quracaqsınız. 2020-ci ildən fərqli olaraq 2021-ci ildə səbrli davranmağı və hədəfə doğru irəliləməyi bacaracaqsınız.


Oğlaq - Sizə emosional planda mane olanlara, zəhmətinizin qarşılığında dəyər verməyənlərə, ürəyinizi açmağınıza baxmayaraq sizə qarşı saxta olanlara "əlvida" deyəcəyiniz bir ilə qədəm qoyursunuz. Unutmayın, 2021-ci ildə kimin ürəyinin ağ, kimin ürəyinin qara olduğunu aydın şəkildə görəcəksiniz.

Sizin üçün etibar və sədaqət hissi yeni ildə ən vacib meyarlar olacaq. Çünki 2020-ci ildə xəyanətlərdən zərbə almısınız.

Yorğun və bədbəxt anları geridə qoymağa çalışacaqsınız. Bunu etməlisiniz, çünki ulduzlar da sizdən məhz bunu gözləyir. Xoşbəxtliyə can atın - ulduzlar bu işdə sizə kömək ecəcək.


Dolça - Məqsədi olan və qərarından dönmək istəməyən xarakteriniz 2021-ci ildə özünü göstərəcək. Yaş, status və titul baxımından sizdən yüksək insanlarla qarşılaşacaqsınız və onlardan dəstək görəcəksiniz. 2020-ci ildə çata bilmədiyin hədəflərə doğru yolunuz açılacaq.

Sizi daim tənqid edən və mənfi təsir göstərənlərə qarşı güclü mövqeyinizi ortaya qoymaqdan çəkinməyəcəksiniz. Siz dayanmadan irəliyə getməlisiniz, maneələrə təslim olmayın. Maneə nə qədər böyükdürsə, onu adladıqdan sonra bir o qədər də çox irəliyə gedəcəksiniz. Ulduzlar 2021-ci ildə sizə mübarizə və uğur ruhu vəd edir.


Balıq - 2021-ci ildə böyük düşüncələr və fikirlərlə baş vurduğunuz zaman bəzi narahatlıqlarınız ola bilər. Bu il də narahatlığınızın səbəbini tapmaq və həll etmək istəyəcəksiniz.

Elə bir ilə qədəm qoyursunuz ki, həyatınızın dəyişmə anlarını yaşayacaqsınız. Həmçinin ətrafdakı insanlara göstərdiyiniz təsir də dəyişəcək. 2020-ci ildə ətrafdakılara daha çox neqativ təsir edirdiniz. Qarşıdakı ildə pozitiv davranışa köklənəcəksiniz. Bu dəyişiklik həyatınızda da müsbət yeniliklərə yol açacaq. Başa düşəcəksiniz ki, dünya tək sizdən ibarət deyil. Uğur qazanmaq üçün ətrafdakıların da köməyi və xeyir-duası vacibdir.
Mənbə:bizimyol.info
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.