02.03.2021 Gündəlik Bürclər (2 Mart 2021 Günlük Bürclər)

01 Mart 2021
3 521
0
02.03.2021 Gündəlik Bürclər (2 Mart 2021 Günlük Bürclər)
Qoç
Problemlərinizə aydınlıq gətirməyə çalışın. Sizi narahat edən məsələləri süni şəkildə şişirtməyin. Maraqlı xəbərlər alacağınız bildirilir. Eyni vaxtda bir neçə işlə məşğul olmaq məcburiyyətində qalacaqsınız.

Buğa
Yaxın ətrafınızla necə rəftar etməyin yollarını özünüz seçin. Bu günün hadisələrinə müdaxilə etməyin, sadəcə kənardan izləyin. Sevdiyiniz insana qayğı göstərin.

Əkizlər
Bu günə yeni planlar qurmaq məsləhət deyil. Kommersiya işlərində daxili səsinizə güvənin. Qərar qəbul edərkən yaxın ətrafınızla da məsləhətləşin.

Xərçəng
Günün ikinci yarısında görülməsi vacib olan işləriniz çıxacaq. Işinizi elə planlaşdırın ki, dincəlməyə, hisslərinizi ayrıd etməyə də vaxt qalsın. Boş vaxtdan səmərəli istifadə edin.

Şir
Təxirə salınmış işi yaddan şıxarmayın. Bu gün işlərinizi qaydaya salmaq mümkün olacaq. Işlərinizin çoxluğuna baxmayaraq, yorulmayacaqsınız. Xırda işləri sabaha qoymayın. Səhhətinizə fikir verin.

Qız
Əhvalınız işlərinizin nə dərəcədə yaxşı getməsindən asılı olacaq. Günün ikinci yarısını ev işlərinə həsr edin. Maliyyə işlərində diqqətli olun.

Tərəzi
Başladığınız işləri sona çatdırın. Gündəlik işlərlə məşğul olun. Bu gün vacib informasiya alacağınız gözlənilir. Hansısa sirrinizin üzə çıxması ehtimalı da istisna deyil.

Əqrəb
Hadisələri tələsdirməyin. Yaşananları müşahidə edin. Mühüm tədbirin təşkilatçılıq işini təcrübəli şəxsə həvalə edin. qənaətcil olun. Pulunuzu hara gəldi xərcləməyin.

Oxatan
Bu gün asanlıqla aldana bilərsiniz. Bu gün ideyalarınızın reallaşma şansı azdır. Tanışlar və dostlarla görüşlər mümkündür. Şəxsi münasibətlərinizin inkişafına fikir verin.

Oğlaq
Enerji sərf edib bir nəticəyə hasil olmadığınız məsələlərdən boyun qaçırın. Yaxşı olar ki, zəruri alış-verişə yol verəsiniz, artıq əşyalara pul xərcləməyin.

Dolça
Bu gün işlə məşğul olarkən daha diqqətli olun. Tələsmək lazım deyil. Bu gün fantaziyanız çox güclü olacaq, bundan istifadə etməyə dəyər.

Balıqlar
Hər hansı bir işi görməmişdən əvvəl yüz ölçüb bir biçin, buna enerjinizin, qüvvənizin çatacağı mövzusunda hesabınızı düzgün aparın. Yorulmaq ehtimalı var. Axşam saatlarında dincəlin.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.