03.03.2021 Gündəlik Bürclər (3 Mart 2021 Günlük Bürclər)

02 Mart 2021
3 778
0
03.03.2021 Gündəlik Bürclər (3 Mart 2021 Günlük Bürclər)
Qoç
Səhhətinizə diqqət yetirin. Yaşam tərzinizi dəyişməyə çalışın. Yarımçıq qalmış işi başa çatdırın. Ideyalarınızı saf-çürük edin. Ən faydalı ideyanızı reallaşdırmağa çalışın.

Buğa
Çox ciddi problemlərlə qarşılaşacaqsınız. Intuisiyanıza güvənin. Şəxsi müstəvidə heç bir səbəb olmadan münaqişə yarana bilər. Bu gün riskə getməyin.

Əkizlər
Qarışıq gündür. Yaxın ətrafınızdakıların sizi anlamaması münaqişəyə səbəb ola bilər. Günün ikinci yarısı münasibətlərin ayrıd edilməsi vaxtıdır. Fiziki işlə məşğul ola bilərsiniz. Yola çıxmaq məsləhət deyil.

Xərçəng
Şəxsi münasibətlərdə təmkinli olun. Elə ifadələrə yer verməyin ki, sonradan peşman olasınız. Axşam saatlarını qüvvənizi bərpa etmək, dincəlmək üçün istifadə edin.

Şir
Bu gün ehtiyac duyulan işləri görün. Səhhətinizə fikir verin. Açıq havada gəzintiyə çıxsanız faydasını görərsiniz. Əvvəllər başa çatdırılmamış işi sona çatdırmağa çalışın.

Qız
Yeni tanışlıqlar ola bilər. Fəqət yeni tanışlar həyatınıza daxil olduğu kimi, sürətlə də yoxa çıxa bilərlər. Bu gün bir çox mətləblərə aydınlıq gətirəcəksiniz. Problemlərinizi həll etməklə rahatlıq tapacaqsınız.

Tərəzi
Bu gün kimsədən yardım istəmədən probleminizi təkbaşına həll edin. Xüsusilə də sükan arxasında, yolda ehtiyatlı olun. Ailədə sonradan sizi təəssüfləndirəcək sözlər deməyin.

Əqrəb
Gəlirinizi artırmaq üçün fəal olun. Bunun üçün isə işləmək lazımdır. Eyni zamanda səhhətinizə də diqqət ayırmağı unutmayın. Axşam saatlarında dincəlin.

Oxatan
Işlərinizi sahmana salın. Boş vədlər verməyin. Bir işi yarımçıq qoyub başqasına başlamayın. Eyni vaxtda bir neçə işi görmək istəyi artıq problemlər yaradacaq. Bu səbəbdən də tələsməyin.

Oğlaq
Yeni imkanları dəyərləndirmədən onlardan dərhal yararlanmağa çalışmayın. Baş verənləri düzgün anlayın. Gərginlikdən yorulacaqsınız. Istirahət edin.

Dolça
Bədxərc olmayın. Planlaşdırılmamış xərclərdən çəkinin. Borcları qaytarın. Əlverişli perspektivi olmayan vəziyyətə düşsəniz, itkilərə yol verməyin.

Balıqlar
Çətin gündür. Köhnə problemlər gündəmə gələcək. Səfərlərdə ehtiyatlı olun. Şəxsi münasibətlərdə yaranmış şəraitin üstünlüklərindən yararlana bilərsiniz.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.