04.03.2021 Gündəlik Bürclər (4 Mart 2021 Günlük Bürclər)

03 Mart 2021
3 519
0
04.03.2021 Gündəlik Bürclər (4 Mart 2021 Günlük Bürclər)
Qoç
Əla gündür, xüsusilə istirahət baxımından. Siz güzəştə getməli olmayacaqsınız. Ətrafdakılar sizin qoyduğunuz şərtlərlə əməkdaşlığa razılaşacaqlar. Günün ikinci yarısında xoş görüş sizi gözləyir.

Buğa
Bu gün həftənin ən uğursuz günüdür, desək, yanılmarıq. Buna baxmayaraq, ürəyinizə yatan istənilən işlə məşğul ola bilərsiniz. Ulduzlar bildirir ki, bu gün sizi gözügötürməyənlərdən zərbə gözləməyin. Sizi çoxdan tanıyan kəslərlə görüşə bilərsiniz, amma bu məsləhət yeni tanıdıqlarınıza aid deyil.

Əkizlər
Sizin üçün asan olmayacaq. Gün gərgin və çətin keçəcək. Ulduzlar bildirir ki, siz hər an baş verə biləcək fövqalədə halı gözləyirmiş kimi hazır olun. Çox faydalı işlərə imza atırsınız, təəssüf ki, qiymətləndirilmir. Digər tərəfdən, qarşınıza böyük tələblər qoyulacaq. Bunun da nəticəsində mübahisə düşəcək.

Xərçəng
Uğurlu gündür. Sizin fədakarlağınız diqqətdən kənarda qalmayacaq. Bu baxımdan əməkhaqqınızın qaldırılacağı ehtimal olunur. Başqa yerdən də gəlirinizin olacağı gözlənilir. Sevgidə də bəxtiniz gətirəcək.

Şir
Çətinliklərlə üzləşəcəksiniz. Xoşbəxtlikdən bunlar göründüyü qədər də ciddi olmayacaq. Ulduzlar bildirir ki, əgər çaşqınlığa yol verməsəniz, situasiyanı nəzarətə götürə bilərsiniz. Ehtimal ki, qohumlarla aranızda fikir ayrılığı yaşanacaq.

Qız
Dünənkindən fərqli olaraq, bu gün özünüzü əla hiss edəcəksiniz. Digər tərəfdən, çətin situasiyanı həll etməklə yanaşı, bir müddət əvvəl küsdürdüyünüz adamla münasibətlərinizi qaydasına salacaqsınız. Bir zamanlar sizdə dərin hisslər yaradan adamla görüşəcəyiniz də ehtimal olunur.

Tərəzi
Ulduzlar perspektivli gün vəd etmir. O üzdən də bu gün söhbət böyük nailiyyətlərdən və ciddi qələbələrdən gedə bilməz. Odur ki, gündəlik işlərin həllilə kifayətlənməli olacaqsınız. Əgər mübahisə yaranarsa, mümkün qədər ondan qaçmağa çalışın.

Əqrəb
Gün ürəyinizcə olmayacaq. Günün gedişatı sizdən gələcək barədə düşünməyi tələb edir. Ona görə də bu gün uzunmüddətli əməkdaşlıq ətrafında düşünün. Ailədəki anlaşma sizi sevindirəcək. Yaşlı qohumlardan mənəvi dəstək alacaqsınız.

Oxatan
Tezliklə böyük ümid bəslədiyiniz planınızı reallaşdıracaqsınız. Səfərə çıxmaq istəyirsinizsə, bu günü seçin. Istənilən mövzuda dostlarla, qohumlarla ünsiyyətdə ola bilərsiniz. Ulduzlar bu gün romantik görüşə çıxmağı məsləhət bilmir.

Oğlaq
Şəxsi müstəvidə pozitiv əhval-ruhiyyə olacaq. Bu gün itirdiyinizi tapacaqsınız. Bu ya qiymətli əşyanızın geri qaytarılması, ya da gözləmədiyiniz gəlirlə bağlı ola bilər. Yaradıcı yanaşma tələb edən işlərin öhdəsindən əla gələcəksiniz.

Dolça
Gün elə də perspektivli olmayacaq. Rəqibləri ötmək üçün çox çalışmalısınız. Ehtimal ki, rəhbərliklə aranızdakı münasibətləri düzəldəcəksiniz. Bürcün ən cəsarətli nümayəndələri böyük təsirə malik şəxslərlə əlaqə yarada biləcəklər.

Balıqlar
Kifayət qədər çətin gün olacaq. Köməkçi tapmaq da asan olmayacaq. Ən çətini də ondadır ki, sizə düzgün yol göstərən adam yoxdur. Yalnız güclü xarakteriniz sizi büdrəməyə qoymayacaq. Özünüzdə güc taparaq, irəli baxın. Bir neçə cəhddən sonra sizdə nikbinlik müşahidə olunacaq.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.