05.03.2021 Gündəlik Bürclər (5 Mart 2021 Günlük Bürclər)

04 Mart 2021
3 376
0
05.03.2021 Gündəlik Bürclər (5 Mart 2021 Günlük Bürclər)
Qoç
Gündəlik məsələlərin həlli ilə məşğul olun. Işlərinizi tamamlasanız özünüzdən məmnun qalacaqsınız. Şəxsi məsələlər ön plana çıxacaq. Sizdə narahatlıq yaradan məsələləri gizlətməyin. Səhhətinizə fikir verin.

Buğa
Səhər saatlarından başlayaraq işlərinizi sahmana salın. Səmimi olun, heç nəyi gizlətməyin. Qayğıya ehtiyac duyan insana mütləq yardım edin. Ailə üzvlərinizi diqqətsiz qoymayın.

Əkizlər
Gərgin gündür. Evlə bağlı işlər və ya yaxınlarınızdan birinə yardım vaxtınızın əsas hissəsini alacaq. Görüləsi işləriniz çoxdur. Axşam saatlarında istirahət etmək üçün vaxt ayırın.

Xərçəng
Mühüm məsələlərin müzakirəsi üçün əlverişli gündür. Şəxsi münasibətlərdə gərginlik yaranacaq. Sevdiyiniz insanla münasibətləri tam aydınlaşdırmağa tələsməyin. Təmkinli olun.

Şir
Bu günə mühüm görüş və ya danışıqları təyin etməyin. Gün konkret qərarların qəbulu üçün münasib deyil. Sevdiyiniz insan sizdən diqqət və qayğı gözləyir. Sağlamlığınızla bağlı profilaktik tədbirlər görün.

Qız
Əldə etdiyiniz informasiyalardan dərhal yararlanmayın. Alış-verişi təxirə salın. Yerinə yetirə bilməyəcəyiniz vədlər verməyin. Işlərinizi qaydaya salın. Səhhətinizə fikir verməklə bağlı məsləhətləri qulaqardına vurmayın.

Tərəzi
Ruh düşkünlüyü ola bilər. Rəğbət bəslədiyiniz adamlardan diqqət gözləməyin. Sizdən öz maraqları daxilində istifadə edəcəklər. Intriqalara, dedi-qodulara fikir verməyin, özünüz də onların iştirakçısı olmayın.

Əqrəb
Çox iddialısınız. Ulduzlar qənaətcil olmağa çağırır. Pulu sağa-sola xərcləməkdənsə, yaxşı olar ki, onu qazanmağın yollarını araşdırasınız. Vaxtınızı boş işlərə sərf etməyin.

Oxatan
Situasiyaya uyğun olaraq planlarınızı dəyişəcəksiniz. Səbrli olun, belə tərzinizlə işdə və ailədə ab-havanı yaxşılaşdıracaqsınız.

Oğlaq
Təyin etdiyiniz görüşlərə ciddi hazırlaşın. Səhhətinizdə kiçik problemlər özünü göstərəcək. Özünüzü çox yormayın. Bu gün yola çıxarkən ehtiyatlı olun.

Dolça
Günün hadisələrini ehtiyac olduğu təqdirdə maraq çərçivənizə müvafiq olaraq yönləndirə biləcəksiniz. Informasiya axtarışına daha çox vaxt ayırmağınız məsləhətdir. Ünsiyyət dirənizi genişləndirə bilərsiniz. Imicinizi də dəyişə bilərsiniz.

Balıqlar
Bu gün işdə təzyiqlərə məruz qala bilərsiniz. Sizə vəzifə borcunuzu xatırladacaqlar. Yaxın ətrafınızın davranışı ürəyinizcə olmaya bilər. Gəzintiyə çıxmaq üçün münasib gündür.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.