16.03.2021 Gündəlik Bürclər (16 Mart 2021 Günlük Bürclər)

15 Mart 2021
3 500
0
16.03.2021 Gündəlik Bürclər (16 Mart 2021 Günlük Bürclər)
Qoç
Bu gün hər işinizi planlı görün. Axşam saatlarını dostlarla keçirmək olar. Romantik münasibətlərdə tələsməyin, hadisələrin inkişafına müdaxilə etməyin.

Buğa
Enerjinizi boş söhbətlərə tükətməyin. Yaxşı olar ki, mühüm işləri icra edəsiniz. Şəxsi münasibətlərdə inkişaf gözlənilir.

Əkizlər
Mübahisə, münaqişə yaradacaq olaylardan uzaq durun. Qayda-qanuna riayət etsəniz çətinliyə də düşməzsiniz. Yaxınlardan yardım istəmək olar.

Xərçəng
Cari məsələləri həll edin. Çalışın ki, bu gün kimsənin xətrinə dəyməyəsiniz. Problemlərinizi yaxınların üstünə atmayın. Düşdüyünüz durumdan çıxış yolu tapın.

Şir
Işdə həmkarlarınızla ünsiyyətdə anlaşılmazlıq yarana bilər. Işgüzar və şəxsi münasibətlərdə yaranan boşluğu doldurmağa tələsməyin. Bu gün qəti qərarlar verməyə tələsməyin.

Qız
Bu gün faydalı işlər görəcəyiniz istisna deyil. Gözlənilməz qonağın gəlişinə hazır olun. Problemlərin həlli baxımından da əlverişli və məhsuldar gündür.

Tərəzi
Böyük ümidlər bəslədiyiniz planların reallaşdırılmasını bu günlük təxirə salın. Ünsiyyət dairənizi genişləndirin. Gələcəklə bağlı planlarınızda dəyişikliklər etməyiniz tövsiyə olunur.

Əqrəb
Yenilikləri dəyərləndirin. Öz işinizlə məşğul olun. Bu gün keçiriləcək görüşlər və danışıqlar uğursuz ola bilər. Mühüm saydığınız işlər diqqət tələb edəcək.

Oxatan
Bu gün yarımçıq qalan işi başa vurun. Münasibətlərinizi qaydaya salmağı da unutmayın, bəzi əlaqələrinizi genişləndirməyiniz məsləhətdir.

Oğlaq
Eşidəcəyiniz xəbər sizi həyəcanlandıracaq. Bu gün böyük məbləğli pul xərcləməyin və yaxud borc götürməyin. Ideyalarınızı reallaşdırmaq baxımından əlverişli gündür.

Dolça
Tənha qalmaq istəmirsinizsə, maraqlı insanların arasında olmağa çalışın. Maraqlı və ya sərfəli məqamlardan yararlanın. Yeni planlar qurmaq üçün əlverişli zamandır.

Balıqlar
Tələsik qərarlar qəbul etməyin. Mühüm işlərinizi günün ilk yarısına planlaşdırın. Günün ikinci yarısında bu işlərin bəziləri baş tutmaya bilər. Səhhətinizə fikir verin. Qida rasionunuza diqqət yetirin.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.