31.03.2021 Gündəlik Bürclər (31 Mart 2021 Günlük Bürclər)

30 Mart 2021
4 670
0
31.03.2021 Gündəlik Bürclər (31 Mart 2021 Günlük Bürclər)
Qoç
Vaxt itirmədən hərəkətə keçmək zamanıdır. Şübhələri bir kənara qoyaraq daxili səsinizə qulaq asın. Standart olmayan üsullar dadınıza yetəcək. Gün yaxınınızla ünsiyyətdə olmaq üçün əlverişlidir. Sizi narahat edən məsələləri çəkinmədən açıqlaya bilərsiniz.

Buğa
Sizə yaxın olan adama qarşı münasibətinizi dəyişmək zamanıdır. Həqiqətin gözünə dik baxmaq asan olmasa da, bunu etmək vacibdir. Əvvəlcə sizə elə gələcək ki, bu vəziyyət xoşagəlməzdir, amma zamanla hər şey yaxşılığa doğru inkişaf edəcək.

Əkizlər
Ədalətli sövdələşmə aparsanız, kommersiya xarakterli işləriniz uğurlu nəticələnəcək. Yaxınlarınızdan kimlərsə sizə təzyiq göstərəcək. Siz özünüzü müdafiə edəcəksiniz. Fikir ayrılığı getdikcə münasibətləri gərginləşdirəcək.

Xərçəng
Narazılıq getdikcə artacaq. Nəticədə yaxın adamınızla aranızda konflikt yaranacaq. Istəmədən ağzınızdan artıq kəlmələr çıxaracaqsınız, sonradan buna peşman olacaqsınız.

Şir
Gün dəhşətli dərəcədə çətin olacaq. Əlinizə götürdüyünüz istənilən işdə bəxtiniz gətirməyəcək. Digər tərəfdən, kömək umduğunuz adamların başı öz problemlərinə qarışacaq. Çətinliklərlə baş-başa qalacaqsınız. Qənaətcil olmağı da unutmayın.

Qız
Qarışıq situasiyadan uzaq durun. Sizə zərər verə biləcək işlər görməyin, reputasiyanızı qoruyun. Artıq söz-söhbət yaranmasına imkan vermək olmaz. Ən yaxın adamla ünsiyyət əhval-ruhiyyənizə müsbət təsir göstərəcək.

Tərəzi
Bəxtiniz gətirmir. Siz uğur qazanmağa nə qədər çox can atırsınızsa, bir o qədər pis nəticələrlə qarşılaşırsınız. Kimlərsə dostlarınızla sizin münasibətinizi korlamağa çalışacaq. Sizi bu gün manipulyasiya etmək asandır, fitnələrə tez uyacaqsınız.

Əqrəb
Riskə çox gedirsiniz, ona görə də itkilərinizin olacağı ehtimal edilir. Ciddi maliyyə problemləri də istisna deyil. “Əqrəb”lər asanlıqla nikbinliyini itirirlər deyə, mənfi emosiyaların təsiri altına tez düşürlər.

Oxatan
Sizin üçün çox çətin gündür. Bu gün uzaq yola çıxmaq, şəraiti dəyişmək münasib deyil. Əhatənizdəkilərlə münasibətdə də ehtiyatlı olun. Ehtimal ki, çoxdankı dostunuzla aranızda konflikt yaşanacaq.

Oğlaq
Özünüz təşəbbüs göstərməsəniz, heç bir dəyişiklik baş verməyəcək. Bircə onu yadda saxlayın ki, siz bu gün yaxşı bələd olmadığınız adamlar barədə layiq olmadıqları xoş fikirdə olacaqsınız. Yola çıxarkən ehtiyatlı olun.

Dolça
Ümidlərinizi doğrultmayan gündür. Planlarınızı dəyişməli olacaqsınız. Bürcün bir çox nümayəndələrinin həyata marağı itəcəklər. Xoşbəxtlikdən yanınızda sizə dəstək verən insanlar var.

Balıqlar
Bu gün vacib işlərə, böyük miqyaslı layihələrə başlamayın. Xırda məsələlərin öhdəsindən yaxşı gələcəksiniz. Günün ikinci yarısında səhhətinizdə problemlər özünü göstərəcək. Zəhərlənmə ehtimalı böyükdür. Bu səbəbdən də hər hansı restoran və ya klubları ziyarət etməyin.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.