04.04.2021 Gündəlik Bürclər (4 Aprel 2021 Günlük Bürclər)

03 Nisan 2021
3 635
0
04.04.2021 Gündəlik Bürclər (4 Aprel 2021 Günlük Bürclər)
Qoç
Yaxın ətrafınızdakı insanlarla ünsiyyət qurmaq çətin olmayacaq. Çoxsaylı tapşırıqlar və ən başlıcası mənasız məsləhətlərdən qurtulmaq üçün bütün vaxtınızı işə sərf edin. Yaradıcılıq, ünsiyyət, həmfikirlərlə söhbət üçün yaxşı gündür. Hərəkətdə olun, məlumat axtarın.

Buğa
Başqalarının səhvlərini yaxşı görürsünüz, amma öz yanlışlıqlarınızı anlamırsınız. Günün ilk yarısında pozitiv xəbərlər istisna deyil. Lakin stresslər, əlavə yük və iş də olacaq. Ehtiyac varsa, yarımçıq qalmış işi başa çatdırın.

Əkizlər
Gündəlik işlərlə məşğul olun, böyük planlar qurmayın. Tənbəlliyə qapılmayın, fəal olun. Axşam saatlarında yaxınlarla xoş ünsiyyət günün yorğunluğunu unutdurar. Çoxdan bəri diqqət gözləyən insanı yada salın.

Xərçəng
Maliyyə məsələlərindəki anlaşılmazlıq sizi ciddi narahat edir. Hansısa məsələ ilə bağlı qayğılarınız çox ola bilər. Müxtəlif hadisələr, ən fərqli sürətdə yaşanacaq olaylar mümkündür. Şəxsi məsələlərə gəlincə bu gün ürəyinizin hökmünə qulaq asın.

Şir
Çətin gündür. Istənilən işdə yalnız öz qüvvənizə və imkanlarınıza bel bağlayın. Ciddi, qəti addım atmaq üçün münasib gün deyil. Əlavə gərginlik olmadan çalışın, qayğıların sayını azaltmağa çalışın.

Qız
Xüsusi diqqət və məsuliyyət tələb edən sahələrdə sayıq olun, səhvlərə yol verməməyə çalışın. Tələsməyin, kəmhövsələlik etməyin, işlərinizdə və sizi əhatə edən məkanda qayda yaradın. Problemləri əvvəlcədən həll etməyə çalışın.

Tərəzi
Narazı qaldığınız məsələlərdən qurtulmaq və yeni planlarınızın təməlini qoymaq üçün əlverişli vaxtdır. Şansdan yararlanın. Günün ikinci yarısında baş verəcək hadisələr sizi təbdən çıxararaq qıcıqlandıra bilər.

Əqrəb
Yeni ideyaları reallaşdırmağa tələsməyin. Hətta yeni mərhələyə hesablanmış planlar belə, çətinliklərlə qarşılaşa bilər. Malik olduğunuz imkanlarla məqamları dəyərləndirin. Aktiv olun, tənbəllik etməyin. Yardıma ehtiyacı olan insana kömək edin.

Oxatan
Imkanlar genişlənir. Işləri sistemləşdirin, əməllərinizi və istəklərinizi yerbəyer edin. Tənqidə qapılmayın. Yaşananları məntiqlə dəyərləndirməyə emosiyalarınız mane ola bilər. Axşam saatları ev işləri, ailə ünsiyyəti üçündür.

Oğlaq
Günün ilk yarısında təcili işləri müəyyənləşdirin, ilk növbədə onlarla məşğul olun. Təmkinli, soyuqqanlı olun, emosiyalara qapılmayın. Səhhətinizə fikir verin. Axşam saatlarında istirahət edin. Qonaq da getmək olar.

Dolça
Intuisiyanızı işə salın, yaşamınızdakı qəfil dəyişiklikləri anlamağa çalışın. Bu yeniliklərin perspektivdə işlərə təsir miqyasını dəyərləndirməyə cəhd göstərin. Gərgin təmaslar, emosiyalı ünsiyyət, xoşagəlməz hadisələr anlaşılmazlıq yarada bilər. Amma bütün bunlarla yanaşı, fikirlərinizi dürüst istiqamətə yönəldin və problemləri tədricən həll edin.

Balıqlar
Tapşırıq və göstərişləri unutmayın. Yaxın insanlarla ünsiyyətdə diqqətli olun. Səhhətinizi unutmayın. Açıq havada gəzinti məsləhətdir. Izafi çəki probleminiz varsa, bu gün tamahınızın öhdəsindən gələcəksiniz.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.