06.04.2021 Gündəlik Bürclər (6 Aprel 2021 Günlük Bürclər)

05 Nisan 2021
3 588
0
06.04.2021 Gündəlik Bürclər (6 Aprel 2021 Günlük Bürclər)
Qoç
Müdiriyyət gördüyünüz işə dəyər verəcək. Yaxın gələcəkdə mükafat alacağınız gözlənilir. Romantik müasibətlərin təməli baxımından əlverişli gündür. Əgər bu gün kimisə özünüzə cəlb etmək istəyirsinizsə, bu mütləq sizdə alınacaq.

Buğa
Gün çox sayda macəra gətirəcək. Çoxu sizin günahınız ucbatından yaranacaq mübahisələr qaçılmazdır. Işgüzar görüşlər xoş keçəcək, amma məhsuldar olmayacaq. Qohumlardan, ya da dostlardan birindən xoş xəbər eşidəcəksiniz. Alış-veriş üçün münasib gündür.

Əkizlər
Gün sizi düşünməyə vadar edəcək. Bu vaxtacan hara baxdığınızı düşünəcəksiniz. Etibar etdiyiniz adamlar sizi pis durumda qoya bilər. Ulduzlar özünü tənbeh etməklə vaxtınızı itirdiyini deyir. Amma özünüzü şübhəli aparmaqla da yaxınlarınıza əziyyət verəcəksiniz. Hətta bəzi “Əkizlər” neqativ hisslərə yol vermək üçün sevdiklərini bilərəkdən incidəcəklər.

Xərçəng
Bu gün həyatsevər, qərarlı və qəhrəmanlıq göstərməyə hazırsınız. Bu gün sevənlərin problemi daha çox olacaq. Hərə öz dediyinin üzərində duracaq. Baxmayaraq ki, “Xərçəng”lər fikirlərini tez-tez dəyişirlər, yenə də qarşı tərəfin fikri ilə hesablaşmaq istəməyəcəklər.

Şir
Günün bir sıra hadisələri əvvəlcədən sizin ürəyinizə damacaq. Amma onda heç kim və hətta özünüz belə buna inanmayacaqsınız. Səhər saatlarında ətrafdakılarla münasibətiniz yaxşı olacaq, amma gün boyu əhvalınız korlanacaq. Əsəbi olacaqsınız.

Qız
Çox istəyiniz olmasa da, aza da çətinliklə nail olursunuz. Işdə ciddi problemləriniz ola bilər. Müdiriyyətlə aranızdakı gərginliyə ilk baxışda əhəmiyyət verməyəcəksiniz, halbuki üzünüzə qapının çırpılma təhlükəsi var. Evdə isə vəziyyət bir başqa olacaq. Burada sizi sevənlər var.

Tərəzi
Sizə elə gəlir ki, yaxşı işləmisiniz və mükafata layiqsiniz. Yaxınlarınız anlamırlar ki, siz ədalətsizliyə qarşı nə qədər inciksiniz. Bütün şərhləriniz mənasız olacaq. Gün sizə yalnız bir sevinc bəxş edəcək ki, o da çoxdan bəri darıxdığınız adamdan xoş xəbər almağınızla bağlı olacaq.

Əqrəb
Sizi maraqlandıran bir sıra suallara cavab tapacaqsınız. Yeni tanışlarınız sizin çevrənizi müzakirə edəcəklər. Bu səbəbdən də şübhəli şəxslərlə ortalıqda görünməyin. Evdə sizinlə söhbət etmək maraqlı olsa da, darıxdırıcı alınacaq. Buna görə də axşam vaxtı təklikdə qalacaqsınız.

Oxatan
Yaxşı olar ki, bu gün yola çıxasınız. Yer dəyişimi sizə yaxşı təsir göstərəcək. Alış-verişə çıxmaq üçün də əlverişli gündür. Bu gün nə alsanız zövqlər oxşayacaq. Sizi sevəndən gözəl hədiyyə almaq ehtimalı da var.

Oğlaq
Istənilən faydalı bir işin (avtomobil sürməkdən tutmuş tikiş işinə qədər) öyrənilməsi üçün məhsuldar gündür. Bürcün nümayəndələri bu gün həmişəkindən fərqli olaraq daha cəlbedici görünəcəklər. Belə məqamda kimə daha çox diqqət ayırmağın vacib olduğunu qəlbinizin səsinə həvalə edin.

Dolça
Yaxşı məsləhətləri eşitməməzliyə vurursunuz. Ehtimal ki, sevdiyiniz və hörmət bəslədiyiniz adamla mübahisə edəcəksiniz. Bu gün münasibətləri aydınlaşdırmaq üçün uğursuz seçilmiş zamandır. Nə sizin, nə də yaxınlarınız üçün çox da vacib olmayan mövzu ətrafında fikir ayrılığı da istisna deyil.

Balıqlar
Sizi daha çox narahat edən məsələ puldur. Təkliyə düşən kimi pulu necə qazanmağın yollarını arayırsınız. Yaxınlarla münasibətiniz sabit olacaq. Sabitliyi saxlamaq üçün hələ səy göstərirsiniz. Bir balaca fikriniz yayınan kimi mübahisə yaşanacaq.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.