17.04.2021 Gündəlik Bürclər (17 Aprel 2021 Günlük Bürclər)

16 Nisan 2021
3 147
0
17.04.2021 Gündəlik Bürclər (17 Aprel 2021 Günlük Bürclər)
Qoç
Gün ərzində yüksək məhsuldarlıqla çalışın, işləri bitkin halda görün. Səhhətinizə fikir verin. Axşam saatlarında gəzintiyə çıxmaqda fayda var. Heç olmazsa, bir qədər piyada dolaşın, açıq havada oturun.

Buğa
Ünsiyyət, gözlənilməz görüş, tanışlıq günüdür. Gərginlik yaranarsa, təlaşa düşməyin, təmkinli və soyuqqanlı olun. Aldadılmağınıza imkan verməyin. Axşam saatlarında sakit, rahat şəraitdə dincəlin.

Əkizlər
Şəxsi münasibətlərdə barışıq əldə etmək, gələcəklə bağlı planları müzakirə etmək üçün münasib gündür. Işdə fitnələrin qurbanına çevrilmə ehtimalı da istisna deyil. Axşam saatlarında dostlarla görüşdə əylənin, dincəlin.

Xərçəng
Fəal olun, başladığınız işləri bitirin. Günün ikinci yarısı iş tempini bir qədər azaltmaq olar. Həllini tələb edən məsələ varsa, istirahəti təxirə salın. Axşam saatlarında istirahət edə bilərsiniz.

Şir
Bu gün sizdən yardım istəyənə kömək edin, amma minnətdarlıq gözləməyin. Çünki gözləntilərinizdə yanıla bilərsiniz. Ünsiyyət qurarkən reaksiyalarda dəqiqliyə bel bağlamayın. Yalnız həmfikirlərlə ünsiyyət qura bilərsiniz.

Qız
Yeniliklər günüdür. Günün ilk yarısında fəaliyyətinizdə yeni işlərin gedişinin emosiyaların təsiri altına düşməsinə imkan verməyin. Alış-veriş üçün uğurlu gündür. Lakin bədxərc olmayın.

Tərəzi
Yeni tanışlıqlar gözlənilir. Evdə səliqə-səhman yaratmaq, xırda təmir işləri aparmaq üçün də əlverişli gündür. Bu gün alış-verişə çıxsanız, udmazsınız.

Əqrəb
Indiyədək şübhəli qalan bir sıra məqamlara aydınlıq gətirəcəksiniz. Tələblərinizi qismən də olsa, təmin edəcəksiniz. Çətinliyə düşəndə dostlardan yardım ala bilərsiniz.

Oxatan
Yeni məqsədlərə doğru irəliləyişinizə mane olan şəxslərlə təmasdan uzaq durun. Maraq dairəsində yaxın ətrafla qarşılıqlı təmasları intensivləşdirmək zamanıdır. Sizin üçün seçim prosesini sürətləndirə biləcək insanla görüş istisna deyil.

Oğlaq
Rahat gündür. Günün ilk yarısında aktiv olun, əsas işləri tamamlayın. Axşam saatları istirahət və romantik görüşə zaman ayıra bilərsiniz.

Dolça
Yaxın ətrafınızdakı insanlarla səmimi olun. Önəm verdiyiniz insanlarla təmasda olarkən soyuqluq nümayiş etdirməyin. Dəyişkən hava durumu səhhətinizə pis təsir göstərə bilər.

Balıqlar
Bu gün imici dəyişmək üçün əlverişlidir. Alış-verişdə pul xərcləyəndə xəsislik etməyin. Ailə üzvlərinin istəklərini yerinə yetirmək üçün uğurlu gündür. Axşam saatları etiraflar zamanına çevrilə bilər.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.