18.04.2021 Gündəlik Bürclər (18 Aprel 2021 Günlük Bürclər)

17 Nisan 2021
2 974
0
18.04.2021 Gündəlik Bürclər (18 Aprel 2021 Günlük Bürclər)
Qoç
Bu gün rahat nəfəs ala, nəhayət, rəqabəti unuda və öz işlərinizlə məşğul ola bilərsiniz. Müsbət tendensiyaların təsiri bununla yekunlaşmır: bu təsirlər şəxsi həyatınızda da güclü olacaq. Romantik görüşlər üçün əla gündür.

Buğa
Işdə və evdə münaqişələr mümkündür. Münaqişələrə bilmədən şərait yaradırsınız. Belə ki, hər nə gəldi danışırsınız və insanlar nədənsə inciyirlər. Həssas və kövrək insanlarla ünsiyyət çox çətindir.

Əkizlər
Gün bütün sahələrdə sizə böyük uğur vəd edir. Partnyorlarınızdan maraqlı təkliflər almağınız mümkündür. Işiniz çox olsa da, əyləncəyə də vaxtınız qalacaq. Bu gün qeyri-adi romantik görüş üçün əlverişlidir.

Xərçəng
Elə də maraqlı gün deyil. Işdə fikrinizi toplamağınız çətin olacaq. Xətrinizə dəydiyiniz adamdan üzr istəməyə güc tapacaq və buna görə peşiman olmayacaqsınız. Axşam fantaziyaya imkan verən işlərlə məşğul olmaq yaxşıdır.

Şir
Uğurlu gündür. Maliyyə perspektivləri əlverişlidir. Gəlirlərinizin əhəmiyyətli dərəcədə artması gözlənilir. Sevdiyiniz şəxlə görüş çoxlu xoş dəqiqələr bəxş edəcək. Yaxın adamla açıq söhbətdən sonra vəziyyət bir qədər dəyişəcək.

Qız
Çoxdankı arzularınızı həyata keçirmək mümkün olacaq. Bunun üçün yalnız bir qədər əmək sərf etmək lazımdır. Yaxşı heç nə gözləmədiyiniz adam gözlənilmədən sizə yardım əlini uzadacaq. Onun niyyətinin səmimi olduğunda şübhələnməyin.

Tərəzi
Günün əhəmiyyətli hissəsini kifayət qədər maraqsız və sevmədiyiniz işə sərf etməli olacaqsınız. Pis olan odur ki, həm vəziyyətə, həm də ətrafdakılara hirslənirsiniz. Siz olan yerdə vəziyyət gərginləşir. Ətrafdakılar sizinlə yanaşı dayanmaq üçün cəsarətli olmalıdırlar.

Əqrəb
Işgüzar həyatdan fərqli olaraq şəxsi həyatınızda işlər qismən qaydasındadır. Ən azı, neqativ emosiyalarınızı cilovda saxlaya və nisbi sakitliyi qoruya biləcəksiniz. Təşəbbüs irəli sürəndə ehtiyatlı olun.

Oxatan
Bu gün xırda anlaşılmazlığı unuda və fikrinizi vacib işlərdə cəmləşdirə biləcəksiniz. Ətrafdakılar məhsuldar əməkdaşlığa kökləniblər. Bu gün alacağınız iş təklifləri diqqətə layiq olacaq.

Oğlaq
Bu gün nüfuzlu adamlarla danışmaqda çətinlik çəkəcəksiniz. Yaxınlarla münasibətlər yaxşı səviyyədə deyil. Sizi tərifləməkdən çox tənqid edirlər. Tam qarşılıqlı anlaşmadan isə danışmağa dəyməz.

Dolça
Qarşınızda yeni iş perspektivləri açan uğurlu təsadüflər mümkündür. Yaradıcılıq potensialınız yüksək olacaq. Gün səfərlər, səyahətlərə başlamaq üçün uğurludur. Yeni təəssüratlar xoş olacaq.

Balıqlar
Çətin gündür. Əhval-ruhiyyəniz aşağı olacaq. Ruhi tarazlığı tez itirəcək, asanlıqla ruhdan düşəcəksiniz. Həmkarlarınızla ciddi münaqişələr mümkündür. Səhhətinizə, yediklərinizə qarşı diqqətli olun.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.