26.04.2021 Gündəlik Bürclər (26 Aprel 2021 Günlük Bürclər)

25 Nisan 2021
3 452
0
26.04.2021 Gündəlik Bürclər (26 Aprel 2021 Günlük Bürclər)
Qoç
Bu gün yaxın ətrafınızla birlikdə hərəkət etmək, sevdiklərinizlə bir araya gəlmək istəyəcəksiniz. Sevdiyiniz insanla edəcəyiniz qısa gəzintilər, ziyarətlər və gəziləcək yerlər marağınızı çəkəcək.

Buğa
Gün uğursuz başlayacaq. Düzgün yolda olmamaq riski var. Bu səbəbdən yeni işlərə başlamayın. Yaxınlarla münasibətə gəlincə, burada gərginlik getdikcə artacaq. Siz nə qədər səy göstərirsinizsə, ilər bir o qədər də pisliyə doğru gedəcək.

Əkizlər
Əylənmək üçün pul xərcləmək istəyərkən pulunuzun az olması sizi bir az darıxdıracaq. Buna baxmayaraq əhvalınız korlanmayacaq.

Xərçəng
Bu gün səbirsiz, əsəbi olacaqsınız. Ətrafdakıların adi tənqidlərinə çox kəskin reaksiya verəcəksiniz. Bu gün sizinlə dolanmaq asan olmayacaq. Günün müsbət tərəfi odur ki, ciddi və çətin işlə məşğul olmaq mümkündür.

Şir
Çox işləməli və tamamlanması lazım olanları bu günlərdə həll etməlisiniz. Yoxsa əliniz ayağınıza dolaşacaq. Işdə şansınız yüksək olacaq. Ayaqüstü qidanlama ilə çəkinizi asanlıqla artıra bilərsiniz.

Qız
Düzgün təyin olunmuş məqsəd vacib istiqamətdir. Sizdən tələb olunan təhriflərin qurbanı olmamaqdır. Düşmənləriniz sizin enerji və gücünüzdən öz maraqları üçün istifadə etməyə çalışacaqlar. Özünüzə yaxşı müttəfiq seçsəniz, gün məhsuldar olar.

Tərəzi
Bu gün enerjinizin yüksək oldğunu hiss edəcəksiniz. Görüləsi işlərinizinə görə hərəkətə keçəcəksiniz. Izdihamlı yerlərdə olacaqsınız. Əhəmiyyətli bir iş razılaşması da istisna deyil.

Əqrəb
Bu gün daha çox fərqli yerlərdə olmaq istəyəcəksiniz. Uzaqdan alacağınız xəbərlər gün içində özünüzü yaxşı hiss etmənizə səbəb olacaq. Çox əhəmiyyətli görüşmələr də ola bilər.

Oxatan
Şəxsi müstəvidə böyük dəyişikliklər olacaq. Hətta bu dəyişiklik sizin üçün o qədər vacib olacaq ki, müəyyən müddətdə bütün başqa işlərinizi unudacaqsınız. Başqa şəhərdə yaşayan qohumdan həyəcanverici xəbər alacağınız ehtimalı da var.

Oğlaq
Nələr yaşadığınızı bir başqasıyla paylaşmaq sizə enerji verəcək. Yaşadıqlarınızı sirr kimi saxlamaqda mahirsiniz. Ortaq gördüyünüz işlərdə pulla bağlı yarımçıq qalan məsələləri həll edə bilərsiniz. Artıq xərcləmələrdən qaçın.

Dolça
Ailə-məişət problemlərinin həlli, valideyn və ya qohumlarla ünsiyyətdə olmaq üçün münasib gündür. Yeganə müzakirə edilməsi məsləhət olmayan maliyyə məsələləri və ya alış-veriş planlaşdırılmasıdır.

Balıqlar
Çox çətin gündür. Bu səbəbdən ciddi və vacib görüşləri bu günə təyin etməyin. Çox səbirsiz olacaaqsınız deyə, sizinlə dil tapmaq asan olmayacaq. Istər ailədə, istərsə də işdə münaqişələr qaçılmazdır.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.