30.04.2021 Gündəlik Bürclər (30 Aprel 2021 Günlük Bürclər)

29 Nisan 2021
2 427
0
30.04.2021 Gündəlik Bürclər (30 Aprel 2021 Günlük Bürclər)
Qoç
Qarışıq gündür. Indiyədək təxirə saldığınız məsələlərdən biri yenidən gündəmə gələcək. Sizin üçün dəyərli insanlarla ünsiyyət zamanı həssas, diqqətli olun. Səhhətinizə fikir verin.

Buğa
Məqsədlərinizə çatmaqda çətinlik çəkəcəksiniz. Gündəlik işlə məşğul olun. Axşam saatlarında rahatlanın, sakitləşin, istirahət edin. Yaxşı olar ki, özünüzü tələsdirməyəsiniz.

Əkizlər
Günün ilk saatlarında gərginlik yaşanacaq. Günün ikinci yarısına təyin etdiyiniz görüşləri və səfərləri təxirə salın. Bu gün alış-veriş uğurlu olmayacaq. Axşam saatlarında yolda, nəqliyyatda ehtiyatlı olun.

Xərçəng
Danışığınıza diqqət yetirin. Yoxlanılmamış mənbədən aldığınız informasiyaya inanmayın. Səbirsizliyiniz problemlər yarada bilər. Axşam saatlarında yeməyinizə fikir verin.

Şir
Yeni ideyanı reallaşdırmaq üçün uğurlu gündür. Səhhətinizə fikir verin. Münaqişə yaranarsa, tezliklə barışmağa çalışın. Günün ikinci yarısında ciddi məsələnin gündəmə gəlməsi istisna deyil. Axşam saatlarında sakit şəraitdə dincəlin.

Qız
Böyük planlar qurmayın. Baş verən situasiyanı mürəkkəbləşdirməyin. Yeni ideyaların arasında maraq doğuranı ola bilər. Məişət avadanlıqlarından birinin işində nasazlıq yarana bilər. Axşam saatlarında gəzinti ilə qurtulmaq olar.

Tərəzi
Günün ilk yarısında ümumi maraqlarınız olan insanla bir arada olmağa çalışın. Münaqişə, emosional diskussiyalar istisna deyil. Günün neqativ tərəfi iddiaların baş qaldırmasıyla bağlıdır. Səhhətiniz üçün çalışın.

Əqrəb
Günün ikinci yarısı daha uğurlu olacaq. Yeni təkliflər gözlənilir. Yaxşı düşünün ki, ən sərfəli variantı seçə biləsiniz. Əlverişli imkanlardan istifadə edin. Axşam saatlarında dincəlin.

Oxatan
Mühüm məsələni sakitliklə həll etmək olar. Emosiyalarınıza hakim olun. Durumun çətinləşməsindən narahat olmayın. Yolda və səfərdə ehtiyatlı olun. Axşam saatları ünsiyyət üçün əlverişlidir.

Oğlaq
Vacib işlərlə məşğul olun. Münasibətləri aydınlaşdırmağa çalışmayın. Sevindirici hadisə baş verəcəyi ehtimal edilir. Axşam saatlarında dostlarla birlikdə əylənin.

Dolça
Gərəksiz əşyalardan qurtulun. Iş yerinizdə səliqə-səhman yaradın. Səhhətinizin qeydinə qalın, profilaktiki tədbirlərlə məşğul olun. Gün ərzində emosional gərginlik olduğundan axşam saatlarında dincəlin, istirahət edin.

Balıqlar
Cari işlərlə məşğul olun. Iş yerində mübahisə etməyin, diskussiyaya qatılmayın. Son zamanlar yaxın ətrafınızdakı insanlarla aranızdakı gərginliyə aydınlıq gətirin. Axşam saatlarında maraqlandığınız məsələyə vaxt ayırın.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET