03.05.2021 Gündəlik Bürclər (3 May 2021 Günlük Bürclər)

02 Mayıs 2021
3 292
0
03.05.2021 Gündəlik Bürclər (3 May 2021 Günlük Bürclər)
Qoç
Nüfuzlu şəxslərdən dəstək alın. Bu gün tənbəlliyə yol verməyin. Faydalı əlaqələri bərpa etmək və yeni təmaslar qurmaq üçün vaxtınızı diqqətlə bölüşdürün.

Buğa
Sərfəli və gəlirli təkliflər gzölənilir. Yeni tanışlıqlar faydalıdır. Onlar təsəvvür etmədiyiniz nəticələr verə bilərlər. Axşam saatlarında istirahət edin, dostlarla əlaqə saxlayın.

Əkizlər
Gündəlik işlərlə məşğul olun. Yeni şanslar yaranacaq. Yeni perspektivli işlərlə məşğul olun. Yaxın ətrafınızla münasibətləri korlamayın. Təmkinli olun.

Xərçəng
Yeni tanışlıq istisna deyil. Qarşılıqlı əlaqəyə və əməkdaşlığa hazır olun. Günün ikinci yarısında bir sıra mətləblərə aydınlıq gətirəcəksiniz. Problemlərin həlli yollarını tapın.

Şir
Iş yerində sizi yaxşı xəbər və xoş təəssürat gözləyir. Qətiyyətli olun, yeni işlərə başlayın. Yaxın ətrafınızdakı insanların sizə mane olmalarına imkan verməyin. Işlər çoxdursa, onların bir hissəsini tanış və ya iş yoldaşlarına həvalə edin.

Qız
Təhsil və səfər üçün məhsuldar gündür. Münasibətlərdə ifrata varmayın. Bu gün alış-veriş üçün münasib zaman deyil. Səhhətinizə qarşı da diqqətli olun.

Tərəzi
Alış-veriş üçün yaxşı vaxtdır. Eyi zamanda danışıqlar, sövdələşmələr, anlaşmalar üçün əlverişli gündür. Işdə sayıq olmağınız fayda gətirəcək. Yeni işə başlamaq üçün uğurlu gündür.

Əqrəb
Bu gün cəsarət tələb edən qərarlar vermək olar. Gün yeniliklər vəd edir. Sizə mümkün qədər maneə olmağa çalışan insanlardan uzaq durun. Boş vədlərə də aldanmayın.

Oxatan
Bu gün aldığınız məlumatları yenidən dəyərləndirin. Vacib və ikinci dərəcəli məsələləri ayırd edin, işlərinizi səhmana salın. Səhhətinizə diqqət yetirin.

Oğlaq
Yardım istəyən insanlara dəstək verin. Əhatənizdə baş verən dedi-qodulara təmkinli, soyuqqanlı davranın. Yeni gəlir mənbələri qazanmaq üçün effektiv addımlar atın.

Dolça
Sakit gündür. Yaranmış şanslardan istifadə edin. Planlarınızda dəyişikliklər etməli olacaqsınız. Dostlarla planlarınızı bölüşməyə çalışın. Ailədə rahat və münasib situasiyanın bərqərar olmasına can atın.

Balıqlar
Uğurlu gündür. Istənilən işə yaradıcı yanaşın. Eksperimentlərə əl atın, fərqli yollar arayın, başqasının təcrübəsindən və yeni biliklərdən yararlanın. Səfər və gəzintiyə çıxmaq yerinə düşər.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.