06.05.2021 Gündəlik Bürclər (6 May 2021 Günlük Bürclər)

05 Mayıs 2021
3 301
0
06.05.2021 Gündəlik Bürclər (6 May 2021 Günlük Bürclər)
Qoç
Həddən artıq uğurlu gün yaşayacaqsınız. Əgər bir zamanlar sizə ağır gələn işlə bu gün məşğul olsanız, onu tez bir zamanda həyata keçirəcəksiniz. Əsas odur ki, gün boyu özünüzü gümrah hiss edəcəksiniz və axşama doğru yorğunluğun kölgəsi belə olmayacaq.

Buğa
Gün ümidlərinizi doğrultmayacaq. Bürcün əksər nümayəndələrinin sevgidə bəxti gətirəcək. Hətta tale görüşünə inanmayanlara gün sürpriz edəcək. Tənha “Buğa”lar də öz yarılarını tapacaqlar.

Əkizlər
Bəxtiniz gətirir. Bu gün gücünüz çatmayacağını düşündüyünüz işləri belə, reallaşdıra bilərsiniz. Evdə dəyişiklik etmək üçün əlverişli gündür. Mağazaları gəzmək üçün də münasib gündür. Alış-verişiniz uğurlu olacaq.

Xərçəng
Gün istədiyiniz kimi asan olmayacaq. Təəssüf ki, problemləri həll etmək üçün elə də çox zamanınız olmayacaq. Yaxınlarla aranızda fikir ayrılığı baş verəcək. Günün ikinci yarısında ehtiyatlı olun, hiyləgərlərin qurbanı olmaq ehtimalı var.

Şir
Gün böyük miqyaslı çətinliklər gətirəcək. Problemlərin həlli çox zaman aparacaq. Siz ətrafdakılardan çox özünüzə etibar edirsiniz və heç kimin sizi idarə etməsinə imkan vermirsiniz. Bir tərəfdən də münasibətiniz olan xanımla əlaqələri davam etdirib-etdirməmək barədə düşünəcəksiniz.

Qız
Dünən baş verən anlaşılmazlığı aydınlaşdırmaq olar. Yeni layihələrə gəlincə, bu müstəvidə tələsmək olmaz. Yaxşı olar ki, əvvəlcə şəraiti yaxşı öyrənəsiniz, sonra hərəkətə keçəsiniz. Gün mühüm məsələlərin müzakirəsi, ünsiyyət qurmaq baxımından əlverişlidir.

Tərəzi
Bu gün hansı işlə məşğul olmağınızdan asılı olmayaraq, tələskənliyə yol verməməyiniz məsləhətdir. Ehtimal ki, tələsik gördüyünüz işlə pis təsir altına düşəcəksiniz. Çox qəribədir ki, yaxınlarınızla deyil, dərindən tanımadığınız adamlarla yaxşı ünsiyyət quracaqsınız.

Əqrəb
Yaxşı olar ki, bir işi tamamlamamış başqa birisini əlinizə almayasınız. Maddi vəziyyətinizin çətinləşəcəyi ehtimal olunur. Amma ciddi narahatlığa əsas yoxdur, çünki situasiya bir azdan sabitləşəcək. Yaxınlarınızla yaxşı münasibət quracaqsınız, onlar da buna qarşılıq verəcək.

Oxatan
Etiraf edin ki, siz gücünüzü düzgün dəyərləndirməmisiniz. O üzdən də belə çətin duruma düşmüsünüz. Vəziyyətin özü-özünə sabitləşəcəyinə ümid etmək yersizdir. Yaxşı olar ki, çıxış yolu axtarasınız. Bürcün bəzi nümayəndələri bilərəkdən qəlbinə toxunduqları adamdan üzr istəməli olacaqlar.

Oğlaq
Situasiyaya müdaxilə etməyin, hətta nələrisə qurban verməli olsanız belə, səbrli olun. Ətrafdakılara təsir etməyə çalışmayın. Maddi durumunuz yaxşı olacaq. Gün qiymətli hədiyyə, yaxud gəlirlə bağlı olacaq.

Dolça
Heç nə baş verməyib, amma siz həyəcan keçirirsiniz. Nəzərinizə çatdıraq ki, bu heç də elə-belə deyil. Daxili səsiniz işlərin qaydasında olmadığını deyir. Daxili səsinizə qulaq assanız, yaranmış situasiyanı yaxşılığa doğru dəyişə bilərsiniz.

Balıqlar
Siz gözləmədiyiniz yerdən kömək alacaqsınız. Bütün işlərin öhdəsindən gələ bilərsiniz. Ancaq bu gün yaxınlarınıza qayğı göstərmək, ədaləti bərpa etmək, bir sözlə ətrafdakıların vəziyyətini yaxşılaşdırmaq istiqamətində görəcəyiniz işlər daha uğurlu alınacaq.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.