07.05.2021 Gündəlik Bürclər (7 May 2021 Günlük Bürclər)

06 Mayıs 2021
3 371
0
07.05.2021 Gündəlik Bürclər (7 May 2021 Günlük Bürclər)
Qoç
Ciddi problemlərin həlli yollarını arayın. Sövdələşmə, anlaşma, razılaşma, hüquqi məsələlərin həlli üçün məhsuldar gün deyil. Yeni münasibət və ya tanışlığı təxirə salın.

Buğa
Yaxınlarınızla münasibətlərdə həssas və diqqətli olun. Gün ərzində böyük uğurlar da istisna deyil. Maliyyə məsələlərində ehtiyatlı olun. Yalnız inandığınız, etibarlı insanlarla müqavilə bağlayın.

Əkizlər
Məhsuldar çalışın, vaxtınızı dürüst bölün. Uğuru çox gözləməyəcəksiniz. Günün ikinci yarısı həmkarlar və rəhbərliklə ünsiyyət üçün əlverişlidir. Sizə yaxın insanlarla isə dil tapmaqda çətinlik çəkəcəksiniz.

Xərçəng
Səhər saatlarında müəyyən çətinliklər hiss edə bilərsiniz. Hadisələr uğurlu və əlverişli məcrada inkişaf edəcək. Nikbin olun. Axşam saatlarında dostlarla görüş və ya romantik qarşılaşma ola bilər.

Şir
Ciddi maliyyə itkiləri təhlükəsi var. Işdəki problemləri təmkinlə, soyuqqanlılıqla həll edin. Həmkarlarla münasibətlərdə səbrli olun. Günün ikinci yarısında işlər düzələcək. Vaxtilə yardım göstərdiyiniz insan sizə kömək edəcək.

Qız
Ciddi çalışın, önəmli məsələləri diqqətdən qaçırmayın. Günün birinci yarısı işgüzar məsələlərin həlli, sövdələşmə və anlaşmalar üçün əlverişli deyil. Axşam saatları sakit istirahət üçün müvafiq vaxtdır.

Tərəzi
Ən çətin, qəliz məsələlərin həlli baxımından uğurludur. Günün ikinci yarısında vəziyyət gərginləşəcək. Alış-veriş zamanı bədxərclik etməyin.

Əqrəb
Uğurlu gündür. Məqsədinizə çatmaq üçün səy göstərin. Bu gün ətrafdakılarla dil tapacaqsınız. Ehtimal ki, yeni romantik münasibət formalaşacaq.

Oxatan
Xırda işlərə görə özünüzü yormayın. Bu gün istənilən məsələnin həlli çətinləşir. Amma stresin öhdəsindən gəlmək çətin olsa da, mümkündür.

Oğlaq
Səhər saatları uğurlu başlayacaq. Əlinizə götürdüyünüz işlərdə istədiyinizə nail olacaqsınız. Günün ilk yarısı yarımçıq qalmış işlərin yekunlaşdırılması baxımından əlverişidir. Günün ikinci yarısı o qədər də uğurlu sayıla bilməz.

Dolça
Yeni imkanlar yaranır. Yeni tərəfdaş və ya işinizə maliyyə dəstəyi verəcək insan tapacaqsınız. Işgüzar mövqelərinizi möhkəmləndirin. Yeni tanışlıqlar istisna deyil.

Balıqlar
Işdə həmkarlar və rəhbərliklə yaranan problemləri dərhal həll edin, münaqişə və qarşıdurmalara səbəb olmayın. Tanışlarınız dəyərli məsləhətlər verə bilərlər. Qonaq qəbul etmək, yaxınlarınızı və ailə üzvlərinizi sevindirmək olar.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.