08.05.2021 Gündəlik Bürclər (8 May 2021 Günlük Bürclər)

07 Mayıs 2021
3 312
0
08.05.2021 Gündəlik Bürclər (8 May 2021 Günlük Bürclər)
Qoç
Əyləncəyə çox pul xərcləməyin. Yaxınlarınızın bu mövzuda verdiyi məsləhətə qulaq asmaq istəmirsiniz. Amma nəzərə alın ki, onların məsləhətlərinə əməl etsəniz xeyir taparsınız.

Buğa
Pessimist olmayın. Bu davranışınız yaxın ətrafınızın əhvalına da sirayət edə bilər. Yaxşı olar ki, yaxınlarınızla gələcəklə bağlı planlarınızı müzakirə edəsiniz və hərəkətə keçəsiniz. Nikbin və təmkinli olsanız, işləriniz də qaydasına düşəcək.

Əkizlər
Səfərləriniz uğurlu keçəcək. Yolda maraqlı tanışlıq da istisna deyil. Ehtimal ki, həmin şəxsin əlaqələrindən də faydalanacaqsınız. Səhhətinizə də diqqət yetirin.

Xərçəng
Görüşlər, dostlarla ünsiyyət baxımından həm maraqlı, həm də əlverişli gündür. Qohumları ziyarət etmək üçün də münasib gündür. Işdə qarşınıza sədd çəkməyə çalışan adamlardan uzaq gəzin. Onlara əsas verməyin.

Şir
Gərgin gündür. Bilmirsiniz ev işlərinin öhdəsindən gələsiniz, yoxsa gündəlik işləri həll edəsiniz. Tələskənliyə yol verməyin ki, artıq problem də buradan çıxmasın. Kömək üçün yaxınlarınıza əl açmağı özünüzə ar bilməyin.

Qız
Uğurlu gündür. Işləriniz qaydasında gedəcək. Ulduzlar günün xırda təmir işləri, dostlarla görüşüb vaxt keçirmək üçün əlverişli olduğunu bildirir. Ailə üzvləri sizdən diqqət və qayğı gözləyir.

Tərəzi
Ətrafda baş verənlərə kəskin reaksiya verməklə vəziyyəti qəlizləşdirirsiniz. Bu davranışınız heç də xoş deyil və sizin imicinizə xələl gətirə bilər. Səbirli olmaq hər zaman faydalıdır.

Əqrəb
Təhsil, yeni layihə üzərində çalışmaq üçün məhsuldar gündür. Karyerada irəliləyiş gözlənilir. Rəhbərlik sizi həmkarlarınıza nümunə kimi göstərəcək.

Oxatan
Yeni ideyalarını hamı ilə paylaşmayın. Çünki ünsiyyət dairənizdə qəlbi qara adamlar da var. Hamını özünüz kimi bilməyin. Bu saflığınızdan istifadə edə bilərlər.

Oğlaq
Idmanla məşğul olun, piyada gəzin. Günün əsas tələbləri bunlardır. Çünki ulduzlar səhhətinizə diqqət yetirməyi məsləhət görür. Bu istiqamətdə yaxınlarınızın məsləhətini qulaqqardına vurmayın.

Dolça
Bürcün ailəli nümayəndələrindən uşaqları ilə zaman keçirməyi tövsiyə olunur. Ailəyə qarşı son zamanlar biganə addımlarınız yaxın ətrafınızın diqqətindən yayınmayacaq. Onların da istəklərini nəzərə alın.

Balıqlar
Işləriniz çoxdur. Elə gündəlik işlərin çoxluğu sizi yorur. Bu səbəbdən istirahət etsəniz faydasını görərsiniz. Ən yaxın adamların qayğısına qalmaq yaxşıdır, amma özünüzə də diqqət yetirməyi unutmayın. Özünə qulluq çox aşağı səviyyədə olduğundan həyatdan bezə bilərsiniz.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.