10.05.2021 Gündəlik Bürclər (10 May 2021 Günlük Bürclər)

09 Mayıs 2021
2 440
0
10.05.2021 Gündəlik Bürclər (10 May 2021 Günlük Bürclər)
Qoç
Yaradıcılıq üçün pis gün deyil. Səhər erkəndən yeni ideyalarınız baş qaldıracaq. Təəssüf ki, bir-birinin ardınca səhvlər buraxacaqsınız. Bürcün nümayəndələri romantik əhvala kökləniblər. Gəlirinizin olacağı da istisna edilmir.

Buğa
Sizi həyəcanlanmağa vadar edən çətin gündür. Yaxşı olar ki, bu gün işgüzar danışıqlar aparmayasınız. Çünki siz müttəfiqlərinizə təzyiq göstərə bilərsiniz. Bu da qarşı tərəfin xoşuna gəlməyəcək. Gün böyük məbləğli alış-veriş üçün münasib deyil.

Əkizlər
Neqativ tendensiyalarla mübarizə aparmaq asan olmayacaq. Yaxınlarla da aranızda mübahisələr olacağı gözlənilir. Kəskin tənqidlərlə qarşılaşacaqsınız. Siz çox həssas olduğunuzdan ünvanınıza söylənilən adi ittihamla belə, barışa bilmirsiniz. Maliyyə itkisi də gözlənilir.

Xərçəng
Sakitliyinizi qoruyub saxlayın. Bu gün üçün ən vacib şərt məhz budur. Qarşınızda yeni imkanlar açılacaq. Sizə bunlar arasından ən maraqlısını seçmək qalır. Yaxşı olar ki, günün ikinci yarısını evdə, yaxınlarınızın əhatəsində keçirəsiniz.

Şir
Güclü düşməninizə qalib gələcəksiniz. Əgər köməyə ehtiyacınız olsa, yaxşı bələd olduğunuz köhnə dostlara müraciət edin. Sizin hamıya etibar etməyiniz əks cəbhəni sevindirir. Yaxşı tanımadığınız adam qoyun cildinə girmiş qurd ola bilər. Bunu yaddan çıxarmayın.

Qız
Ehtiyatlısınız. Bu da yaxşı əlamətdir, çünki düşmənlərin tələsinə düşməkdən sizi qoruyur. Liderlik qabiliyyətiniz parlayacaq, arxanızca çox adam addımlayacaq. Həyat eşqi güclü olduğundan ən ağır fiziki işlə məşğul olsanız belə, yorulmayacaqsınız.

Tərəzi
Hamı sizin səbrinizi sınağa çəkir, amma bu da sərhədsiz deyil. Yaxınlarınız sizin istədiklərinizin tam əksinə hərəkət edirlər. Belə vəziyyətdə daxili sakitliyinizi qorumalısınız. Xoşbəxtlikdən bu, sizdə alınacaq. Nikbinliyinizlə ətrafdakıların da əhvalınız yaxşılaşdıracaqsınız.

Əqrəb
Gözləmədiyiniz qələbə əhvalınızı yüksəldəcək. Şən əhval, nikbinlik sizi yeni işlər icra etməyə sövq edəcək. Gün yorucu olsa da, məhsuldarlığı ilə seçiləcək. Təəssüf ki, yaxınlarla ünsiyyətə zaman qalmayacaq.

Oxatan
Gün gözlədiyinizdən də sakit keçəcək. Məlum olacaq ki, sizi narahat edən problem özü-özünə həll olunub. Sizi yalnız xoş məşğuliyyətlər gözləyir. Yaxınlarla aranızda konflikt yaşanacaq. Mübahisələrdən qaça bilərsiniz. Bunun üçün müəyyən məsrəfləriniz də olacaq. Amma buna təəssüflənməyəcəksiniz.

Oğlaq
Həyatda çətinliklər də olur, amma siz tez təslim olursunuz. Bu gün çox çalışacaqsınız, amma zəhmətiniz itməyəcək. Maraqlı tanışlıq da gözlənilir. Qiymətli hədiyyə və ya böyük məbləğli gəlir əldə edəcəyiniz də istisna edilmir.

Dolça
Günün müsbət tərəfləri olduğu qədər də mənfi tərəfləri var. Birincisi, işgüzar müstəvi, maliyyə və karyera ilə bağlıdır. Ancaq elə fikirləşməyin ki, sevgidə də bəxtiniz gətirmir. Zamanla bəxt üzünüzə güləcək. Qiymətli hədiyyə almaq şansınız da var. Gün faydalı sövdələşmə ilə yadda qalacaq.

Balıqlar
Günün hadisələri sizi sevindirəcək. Xoşbəxtlikdən hər şey yaxşılığa doğru inkişaf edir. Planlarınızı reallaşdırmamış yeni işdən yapışmayın. Həyatdan kam alacaqsınız. Bu üzdən də şənlənməyə dəyər.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET