01.06.2021 Gündəlik Bürclər (1 İyun 2021 Günlük Bürclər)

31 Mayıs 2021
3 587
0
01.06.2021 Gündəlik Bürclər (1 İyun 2021 Günlük Bürclər)
Qoç
Adi gün deyil. Diqqətinizi toplamaqda çətinlik çəkəcəksiniz. Bu səbəbdən işdə səhvlərə yol verəcəksiniz. Planlaşdırmadığınız xərcləmələr olacaq. Yeni ideyaları tez reallaşdırmaq istəyi sizi yanlış addımlar atmağa sövq edə bilər.

Buğa
Yaradıcılıq potensialınız yüksək olacaq. Təhsildə və elmi-tədqiqat işlərində nailiyyətlər gözlənilir. Sizi və həmkarlarınızı çoxdan narahat edən problemləri həll edəcəksiniz. Günorta saatları ən xırda detallara qədər diqqət tələb edən işlərlə məşğul olmaq olar.

Əkizlər
Intellektual səviyyəniz yüksələcək. Təhsildə uğur gözlənilir. Bəzək aksesuarlarını almaq üçün uğurlu gündür. Xüsusilə də parlaq rənglərə üstünlük verin. Bu gün həllini gözləyən məsələlərin öhdəsindən yaxşı gələcəksiniz. Yeni pərəstişkarlarınız olacaq.

Xərçəng
Çox məhsuldar gündür. Bu günə planlaşdırılan bütün işlərin öhdəsindən tez və keyfiyyəli gələcəksiniz. Bu səbəbdən yaxınlarla birlikdə istirahət etmək üçün zamanınız qalacaq. Səyahət, xüsusilə də romantik gəzinti yaxşı keçəcək. Ehtimal ki, çoxdanki arzunuz reallaşacaq.

Şir
Intellektual səviyyəniz yüksələcək. Təhsildə uğur gözlənilir. Vacib xəbər eşidəcəksiniz. Daxil olan informasiya üzündən prinsiplərinizə yenidən nəzər salacaqsınız. Şəxsi müstəvidə sizi narahat edən məsələlər ikinci planda qalacaq.

Qız
Həyatınızda ciddi dəyişikliklər baş verəcək. Bu gün adətlərinizi dəyişmək asan olacaq. Yaradıcılıq potensialı yüksək olacaq. Özünüzə inam güclü olacaq və bu, sizi daha cəlbedici edəcək. Bu səbəbdən mənəvi dəstəyə ehtiyacı olanlar sizə müraciət edəcəklər.

Tərəzi
Çətin gündür. Istədiyinizə nail olmaq üçün ciddi çalışmalı olacaqsınız. Hər gün sizdən razı qalan şəxsləri də bu gün narazı salacaqsınız. Onlar sizi tənqid edəcək, xırda məsələ üstündə inciyəcəklər. Bu gün böyük alış-veriş etməyin. Eyni zamanda borc da almağınız məsləhət deyil.

Əqrəb
Nə istədiyinizi yaxşı bilsəniz də, işdə diqqətinizi toplamaq çətin olacaq. Ətrafda baş verənlərə sakit baxa bilməyəcəksiniz. Təkcə həmkarlarla deyil, ailə üzvlərilə də aranızda problemlər yaşanacaq. Maliyyə tərəfdən gün uğursuzdur, gözlədiyiniz məbləğin gəlişi gecikir.

Oxatan
Səbirli olun. Gün baş gicəlləndirən uğurlar vəd etmir. Istədiyinzə nail olmazdan əvvəl bir müddət keçəcək. Boş söhbətlərdən uzaq olun. Yeni ideyalarını hami ilə paylaşmayın. Bu saflığınızdan istifadə edə bilərlər.

Oğlaq
Uğurlu gündür. Yeni ideyalarınız olacaq. Onları həyata keçirməyə qohumlar və dostlar yardım edəcək. Səyahətə çıxmaq üçün uğurlu gündür. Gün ailəvi istirahət üçün də münasibdir. Günün ikinci yarısında ailədə xırda fikir ayrılığı yaşanacaq.

Dolça
Məhsuldar gündür. Çox işin öhdəsindən gələcəksiniz. Düşünülməmiş addımlardan uzaq durun. Bu gün ağlınıza gələn ideyalar dərin müzakirələr tələb edəcək. Şəxsi müstəviyə gəlincə, ulduzlar yarınızı incitməməyi məsləhət bilir. Ona qısqanclıq üçün əsas verməyin.

Balıqlar
Işdə uğurlar gözlənilir. Ara-sıra xırda problemlər yaranacaq, ancaq onları müttəfiqlərinizin yardımı ilə aradan qaldıracaqsınız. Biznes işlərində investisiya yatırımı, texniki avadanlıq almaq üçün münasib gündür. Yaxşı olar ki, istirahət üçün evinizi seçəsiniz. Yaxınların əhatəsində yaxşı istirahət edəcəksiniz.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET