10.06.2021 Gündəlik Bürclər (10 İyun 2021 Günlük Bürclər)

09 Haziran 2021
3 656
0
10.06.2021 Gündəlik Bürclər (10 İyun 2021 Günlük Bürclər)
Qoç
Həyat eşqiniz sönük olacaq. Bu səbəbdən də yorğunluq hissi tez baş qaldıracaq. Işdə stresli situasiya ocağın üstünə tökülmüş yağ təsiri bağışlayacaq. Yaxşı olar ki, səbirli olaraq münaqişələrdən qaçasınız. Yaşlı mənsubların səhhətində problemlər ola bilər.

Buğa
Gün uğurlar vəd edir. Bu gün fantaziyanıza yer verməklə əzmlə, səliqəli və bütün detallara qarşı diqqətli olmaqla çalışacaqsınız. Ətrafdakılar da bu gün bütün işlərdə sizə yardımçı olacaqlar. Sizin üçün vacib olan adamlarda xoş təəssürat yarada biləcəksiniz.

Əkizlər
Günün xoş tendensiyaları güclü olacaq. Vaxtınızı hədər yerə verməmək xüsusiyyətiniz uğur qazanmaq imkanı yaradacaq. Təəssüf ki, şəxsi müstəvidə işlər elə də parlaq olmayacaq. qısqanclıq zəminində mübahisələr yaşayacağınız istisna deyil.

Xərçəng
Bu gün sizdən hisslərinizi cilovlamaq, soyuqqanlı olmaq tələb olunacaq. Günün hadisələrinin yaranma səbəbi sizdən asılı olmayacaq. Bu üzdən yaxşı olar ki, səbirli olasınız və sakitliyinizi qoruyub saxlamağa çalışın.

Şir
Bu günə ciddi uğurlar gözlənilmir. Aktivliyiniz günün başlanğıcında elə də parlaq olmayacaq. Ancaq bir müddətdən sonra daha əzmlə çalışmağa başlayacaqsınız. Bürcün səbirli və hisslərinə nəzarət etməyi bacaran nümayəndələri günü rahat başa vuracaqlar.

Qız
Böyük uğurlar qazanmaq şansınız var. Enerjinizdən düzgün istifadə etməyi bacaracaqsınız. Ulduzlar ailə üzvlərinə diqqət ayırmağı məsləhət görür. Onların bu gün həm mənəvi, həm də maddi dəstəyə ehtiyacları ola bilər. Bu günə gərgin fiziki iş və ya uzun səyahət planlaşdırmayın.

Tərəzi
Taleyin gözlənilməz sınağına hazır olun. Gün çox sayda sürprizlər gətirəcək. Bununla əlaqədar olaraq maliyyə itkisi də istisna deyil. Bu gün tələskənliyə yol vermək olmaz.

Əqrəb
Adi gün deyil. Təzadlı bir gün yaşayacaqsınız. Ehtimal ki, professional uğurlarınız olacaq və maddi durumunuzu yaxşılaşdıracaqsınız. Pulu küləyə verməməyiniz yaxşı xüsusiyyətdir. Şəxsi müstəvidə isə neqativ tendensiyalar meydana gələcək.

Oxatan
Məsrəfləriniz çoxdur. Bəzən isə enerjinizi və pulunuzu lazımsız, diqqətə layiq olmayan işlərə sərf edirsiniz. Günün sonlarında enerjinizin tükəndiyini hiss edəcəksiniz. Bu gün şübhəli tanışlığın əsası qoyula bilər. Onunla əlaqəni kəsmək elə də asan olmaya bilər.

Oğlaq
Günün bəzi olayları sizi sevindirəcək. Planlarınızı tez reallaşdıra bilərsiniz. Digər tərəfdən, maddi vəziyyətinizi yaxşılaşdırmaq şansınız da yaranacaq. Yaxşı olar ki, sevdiyiniz adama planlarınızdan danışasınız. Əks halda aranıza şübhə toxumu səpərsiniz.

Dolça
Çoxlu pul tələb edən problemləriniz yarana bilər. Pulla vidalaşmadan öncə etibar etdiyiniz adamla məsləhətləşin. Ətrafdakıların köməyinə də arxalanmaq olar. Yaxınlarınızdan problemlərinizi gizlətməyin.

Balıqlar
Günün hadisələri sizə bir çox bilgilər verəcək. Yeni arzular baş qaldıracaq. Bu arzuları reallaşdırmaq üçün isə çoxlu pul tələb olunur. Günün ikinci yarısı xoşagəlməz emosional fonla müşayiət olunacaq. Bu da yaxşı əhvalı qoruyub saxlamağa imkan verməyəcək.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.