22.06.2021 Gündəlik Bürclər (22 İyun 2021 Günlük Bürclər)

21 Haziran 2021
3 538
0
22.06.2021 Gündəlik Bürclər (22 İyun 2021 Günlük Bürclər)
Qoç
Sevgilinizlə ünsiyyətdə olarkən özünüzə nəzarəti itirməyin. Əks halda, mübahisə edəcəksiniz. Uzun müddətdən bəri gözlədiyiniz görüşün pozulmasına səbəb qısqanclıq olacaq. Qalan sferalarda gün uğurlu olacaq.

Buğa
Qurduğunuz planları reallaşdırmaq üçün çox çalışacaqsınız. Romantik münasibətlər xoş müstəvidə inkişaf edəcək. Bu gün öhdəsindən gəlməyəcəyiniz iş qalmayacaq. Vacib görüşləri bu günə təyin edin.

Əkizlər
Bu gün ətrafdakılarla münasibət qurmaq üçün səmimi olmalısınız. Yaxşı olar ki, yaxınlarınızdan həyəcan, istək və arzularınızı gizlətməyəsiniz. Siz hisslərinizi nə qədər tez bölüşsəniz, onlar da sizi tez anlayar. Ehtimal ki, yaxşı gəliriniz olacaq.

Xərçəng
Xoş və yüngül gün olacaq. Son günlər sizi narahat edən mövzuya da aydınlıq gətirəcəksiniz. Atdığınız addımlar düşünülmüş və məntiqli olacaq. Romantik münasibət isə daha xoş olacaq.

Şir
Işdəki uğurlarınızı görməmək mümkün deyil. Təəssüf ki, uğurlarınız təkcə dostların deyil, sizə həsəd aparan düşmənlərinizin də diqqətini çəkəcək. Gün pozitiv tendensiyalarla zəngin olacaq və bu da problemlərdən qaçmağa kömək olacaq.

Qız
Düzgün qərarlar verəcəksiniz. Uğurlu gündür. Düşünülmüş addımlar nüfuzunuzu artıracaq. Maddi vəziyyətiniz sabit qalacaq. Ehtimal ki, az da olsa, gəliriniz olacaq.

Tərəzi
Işgüzar müstəvidəki fikir ayrılığı keçmişdə qalacaq. Bu gün alış-veriş etmək məsləhət deyil. Həmçinin məişət texnikası ilə də işləməyiniz uğursuz nəticələnəcək. Onun xarab olacağı, ya da sizin yüngül zədələnəcəyiniz gözlənilir. Ulduzlar bu gün yola çıxmağı dəstəkləmirlər.

Əqrəb
Gün hadisələrlə zəngin olacaq. Romantik əhvaldasınız, sevgililər üçün ən xoş günlərdən biri olacaq. Ancaq bu gün yar axtarışına çıxanlar uduza bilərlər. Bu səbəbdən də ulduzlar onlara “tələsməyin” deyir.

Oxatan
Ən xırda məsələlər belə, sizi hövsələdən çıxaracaq. Sanki həmkarlar və qohumlar sizin səbr kasanızın daşmasını hədəfləyib. Yaxşı olar ki, bu gün izdihamlı yerlərdə olmayasınız. Ailə üzvlərilə keçirilən gün daha uğurlu olacaq.

Oğlaq
Səbrsiz olacaqsınız. Əməkdaşlıq üçün əlverişli gündür. Şərikli iş sizə yeni bilgilər və faydalı təcrübə verəcək. Ailə problemlərini həll etməklə qohumların gözündə qəhrəmana çevriləcəksiniz. Sevgilinizin ironiyalı danışığı sizi hirsləndirməyəcək, əksinə, onu zarafat kimi qəbul edəcəksiniz.

Dolça
Sizin üçün maraq kəsb etməyən və yerinə yetirməyə məcbur olduğunuz iş xoşagəlməz anlar yaşadacaq. Gələcək planların müzakirəsi üçün əlverişli gündür. Şəxsi müstəvidə problemlərin olacağı gözlənilmir.

Balıqlar
Kədərlənmək üçün əsas yoxdur. Buna baxmayaraq, siz həyəcanlanmaqla ətrafdakıların da səbr kasasının daşmasına səbəb olacaqsınız. Gününüzü elə planlaşdırın ki, təklikdə qalmağa imkanınız olsun. Mağazaları gəzməklə əhvalınızı düzəldə bilərsiniz.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.