24.06.2021 Gündəlik Bürclər (24 İyun 2021 Günlük Bürclər)

23 Haziran 2021
3 352
0
24.06.2021 Gündəlik Bürclər (24 İyun 2021 Günlük Bürclər)
Qoç
Ənənələri pozmağa cəhd etməyən şəxslər üçün uğurlu gündür. Gün işgüzar danışıqlar üçün əlverişlidir. Gün romantik emosiyalarla zəngin olacaq. Bu gün yola çıxmayın. Çünki səfərin yorucu olacağı və sağlamlığınızı təhlükəyə atacağı gözlənilir.

Buğa
Pozitiv tendensiyalardan bəhrələnərək işdə uğur qazana bilərsiniz. Günün maliyyə mənzərəsi yaxşı olacaq. Ulduzlar uzaq səfərlə bağlı xərcləmələri və ekstravaqant əşyaların alışına sərhəd qoymağı təklif edir. Gün mübahisə etdiyiniz yaxınlarla münasibətin aydınlaşdırılması üçün əlverişlidir.

Əkizlər
Sakit gündür. Həm yaxınlarınızı, həm də özünüzü artıq həyəcandan müdafiə edəcəksiniz. Işgüzar problemlər asanlıqla həllini tapacaq. Gəlir gətirəcək əməkdaşlıq təklifi də istisna deyil. Romantik və ailə münasibətləri yaxşı olacaq.

Xərçəng
Maddi vəziyyətiniz ağlamalı haldadır. Qohumlarla dostların dəstəyinə arxalanmaq olar. Vacib olmayanları almağa tələsməyin. Karyera yüksəlişi gözlənilir. Bu gün hökumət orqanlarının nümayəndələrilə ünsiyyət problem gətirməyəcək.

Şir
Qarşınıza qoyduğunuz məqsədə doğru inamla addımlayın. Özünə inam rəqiblərinizə qalib gəlməyə kömək edəcək. Şübhəli adamlarla təmasdan uzaq durun. Şəxsi müstəvidə bir çox planlarınızı reallaşdıracaqsınız. Bu, ailədəki fikir ayrılığı və mübahisələrə son qoyacaq.

Qız
Bu gün müdiriyyətlə vacib olan məsələləri müzakirə edə bilərsiniz. Maddi vəziyyətiniz faciəvi şəkildə olsa belə, ulduzlar şübhəli sövdələşmələrlə situasiyanı dəyişməyi rəva bilmir. Yaxşı olar ki, bunun üçün daha münasib şəraiti gözləyəsiniz.

Tərəzi
Səhhətinizə qarşı diqqətli olun. Soyuqdəymə, xroniki xəstəliklərin baş qaldırmaq ehtimalı var. Günün neqativ tendensiyalarından biri də maddi durumla bağlı olacaq. Planlaşdırılmamış məsrəflərdən uzaq durun. Bir də başqalarının sizin pulunuzla bağlı sərəncam verməsinə şərait yaratmayın.

Əqrəb
Işgüzar münasibətlər ehtiyatlılıq tələb edəcək. Ailədə isə münasibətlər yaxşılığa doğru inkişaf etməkdədir. Ümumi problemin həlli üçün birləşəcəksiniz. Uzaqda yaşayan qohumlarla isə dil tapmaq çətin olacaq. Burada qarşılıqlı anlaşmadan söhbət belə gedə bilməz.

Oxatan
Uğurlu gündür. Sizi işgüzar müstəvidə parlaq qələbə gözləyir. Bununla da rəqiblərinizə məqsədə çatmaq yolunda irəlilədiyinizi sübut edəcəksiniz. Romantik münasibətlər sürətlə inkişaf edəcək. Ulduzlar qısqanclığın hələ heç kimə xeyir vermədiyini xatırladır.

Oğlaq
Təzadlı gündür, xoşagəlməz sürprizlər gözlənilir. Sahib olduğunuz əmlaka nəzarət edin, qiymətli əşyalarınıza qarşı diqqətli olun. Nəqliyyat vasitəniz xarab ola bilər və onun təmiri sizə baha başa gələcək. Gəliriniz olacaq, amma məbləğ istədiyiniz qədər olmayacaq.

Dolça
Çox çətin və narahat gündür. Işgüzar müstəvidə situasiya daha xoş olacaq. Maliyyə vəziyyətiniz çətin olacaq, xüsusilə də ailəli “Dolça”ları böyük xərclər gözləyir. Yeni romantik bağlılıq sizi həyatınızı dəyişməyə vadar edəcək.

Balıqlar
Sizi yeni və məsuliyyətli işlər gözləyir. Səhvlərinizin olacağı istisna deyil. Maliyyə işlərində xüsusi ehtiyatlılıq tələb edilir. Qənaətcil olun. Planlaşdırılmamış bahalı səfərdən uzaq durun. Çünki əhəmiyyətli miqdarda pul itirə bilərsiniz.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.