25.06.2021 Gündəlik Bürclər (25 İyun 2021 Günlük Bürclər)

24 Haziran 2021
3 570
0
25.06.2021 Gündəlik Bürclər (25 İyun 2021 Günlük Bürclər)
Qoç
“Qoç”lar adi olmayan situasiyayla qarşılaşacaqlar. Nə vaxtsa əziz olan, indi öz dəyərini itirmiş münasibətlərə son qoymaq şansınız yaranacaq. Siz lazım olmayandan asanlıqla imtina edənlərdən deyilsiniz. Digər tərəfdən isə yeni yol seçmək üçün özünəinam və cəsarət lazımdır.

Buğa
Bürcün nümayəndələri hər tərəfdən üzərinə düşən pis niyyətli insanlardan canını qurtaracaqlar. Gün yaxınlarınızın qayğısını çəkmək üçün münasibdir. Siz başqalarının istəyini elə bir diplomatik tərzdə həyata keçirəcəksiniz ki, heç kim sizi şəxsi həyatına girməkdə ittiham etməyəcək.

Əkizlər
Bu günün hadisələrini sonradan fəxrlə xatırlayacaqsınız. Özünüzü elə müdrik aparacaqsınız ki, ətrafdakıların hörmətinə layiq olacaqsınız. Düzdür, sizin uğurlarınız gözügötürməyənləri qıcıqlandıracaq, amma bundan narahat olmağa dəyməz.

Xərçəng
“Xərçəng”lərin bu günlərini evdə keçirmələri məsləhətdir. Yaxınlarınızla maraqlanmaq yerinə düşər. Bu gün təməli qoyulan münasibətlər gözlədiyinizdən də çox ciddi xarakter daşıyacaq. Romantik macəradan qorxmayın, çünki siz layiq olana diqqət yetirəcəksiniz.

Şir
“Şir” bu gün beynəlxalq hakim rolunu oynayacaqlar. Öz şəxsi münasibətlərində baş aparmayanlar sizə müraciət edəcəklər. Siz dolaşıq münasibətləri təmkinlə analiz edəcəksiniz və haqqı nahaqdan yaxşı ayıracaqsınız. Ancaq bu xeyriyyəçiliklə yanaşı, şəxsi həyatınıza da diqqət yetirməyiniz yaxşı olar.

Qız
Ətrafdakıların sizə qarşı hörməti getdikcə zəifləyəcək. Səhvləriniz, xoşagəlməz hərəkətləriniz hamıya agah olacaq. Təbii ki, bu, xoşagələn hal deyil. Ən pisi isə odur ki, bir az əvvəl sizi tərifləyərək göyə qaldıran şəxslər bu məsələnin müzakirəsini aparacaqlar.

Tərəzi
Öz planlarınızı reallaşdırmaq, istədiyinizə çatmaq üçün yeni üsullara əl atacaqsınız. Çalışın, başqaları tərəfindən sınaqdan çıxarılmış faydalı metodlardan bəhrələnəsiniz. Yaxınlarla münasibətlərinizdəki sülhü saxlamaq üçün sizinə əziz olan vərdişlərdən uzaq durmalı olacaqsınız.

Əqrəb
Təsadüflərlə zəngin olan təəccüblü gündür. Ətrafdakılar sizə yaxın olmağa çalışacaqlar. Hətta son zamanlar sizinlə mübahisə edən şəxslər belə birdən-birə yumşalacaqlar. Bir sözlə, “Əqrəb”lərin həyatdan razı qalmalarına əsas var.

Oxatan
“Oxatan”ların narahatlığına səbəb var, məlum olacaq ki, bürcün nümayəndələrinin bir çox ümidləri əsassız imiş. Həqiqətin gözünün içinə baxmaq vaxtıdır. O üzdən də bu gününüzün kifayət qədər çətin olacağı gözlənilir.

Oğlaq
Ünsiyyət zamanı ehtiyatlı olun. Özünüz belə bilmədən, necə deyərlər, ətrafa baxmağa macal tapmamış başqasının dolaşıq oyununun iştirakçısı olacaqsınız. Ulduzlar məsləhət görür ki, bu gününüzü ailədəki anlaşılmazlığın aydınlaşdırılmasına həsr edin. Valideyn “Oğlaq”lar uşaqlarıyla yaxşı istirahət edəcəklər.

Dolça
Böyük səylə yaratdığınızı itirmək təhlükəsi var. Xoşbəxtlikdən “Dolça”lar sülhsevər və soyuqqanlılıq nümayiş etdirəcəklər. Siz yaxın keçmişdə olub-bitənləri, onların yaranma səbəbini axtaracaqsınız. Bu cür intellektual bulmacalar isə öz növbəsində yorucudur.

Balıqlar
Bu gün “Balıqlar” həyatsevərlik nümayiş etdirəcəklər. Bu gün hansı işlə məşğul olmağınızdan asılı olmayaraq, öz nümunəvi tərzinizlə bədbinliyin əsiri olanları ruhlandıracaqsınız. Enerjinizi paylaşmaqla isə verdiklərinizdən az olmayan qədər də özünüz alacaqsınız.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.