18.07.2021 Gündəlik Bürclər (18 İyul 2021 Günlük Bürclər)

17 Temmuz 2021
3 421
0
18.07.2021 Gündəlik Bürclər (18 İyul 2021 Günlük Bürclər)
Qoç
Gözlənilməz təkliflər alacağınız ehtimal olunur. Əgər bu gün bu baş verərsə, mütləq razılaşın. Məhz bu halda nəticənin uğurlu olacaq. Sükan arxasında olarkən ehtiyatlı olun. Büdcənizi artırmaq üçün bu günün əhəmiyyəti çox böyükdür. Amma istənilən siyasi mübahisədən uzaq durmağınız tövsiyə olunur.

Buğa
Daxili sabitliyinizi qorumaq üçün inandığınız insanların arasında olmağa çalışın. Dedi-qodudan, qara düşüncələrdən uzaq olun. Ağzınızdan çıxan hər bir kəlmənizə diqqət yetirin. Dəqiqləşdirmədiyiniz məsələlərə görə inad etməyə dəyməz. Yeməyinizə fikir verin. Ailə üzvlərinizə qarşı aqressivlik etməyin.

Əkizlər
Ulduzlar perspektivli təkliflər alacağinızı bəyan edir. Çalışın imtina etməyəsiniz. Çoxdan bəri sizə sıxıntı gətirən maliyyə problemləriniz də qaydasına düşəcək. Bu arada doğmalarınızla münasibətlərinizin soyumasına imkan verməyin, ələlxüsus da yaşlılarla xoşrəftar olun. Ulduzlar bu həftə uzaq yola çıxmağınızın əleyhinədir.

Xərçəng
Bu gün ilk növbədə yuxu və qida rejiminizə riayət edin. Bu, ilk növbədə qarşınızda duran şəxsi problemlərinizin həllində rol oynaya bilər. Bu gün həmçinin bəzi sürprizlərin də şahidi olacaqsınız. Fəaliyyət dairənizi genişləndirmək üçün geniş imkan qazanacaqsınız.

Şir
Bu gün alacağınız təkliflərə gözüyumulu razılıq verməyin, əks təqdirdə sizi aldada bilərlər. Rəhbərliklə münasibətləri bərk-bərk qoruyun. Fəaliyyət zəminində təşəbbüskarlığı əldən verməyin. Uzaqda yaşayan qohumlarınızla əlaqələrə diqqət yetirməyi unutmayın. Imkan varsa, səfərə də çıxa bilərsiniz. Maddi durumunuz pis olmayacaq.

Qız
Səhhətinizdəki passivlik işə ara verməyinizi diqtə edir. Yaxşı olar ki, bir balaca istirahət edərək öz qayğınıza qalasınız. Bu gün perspektivli sövdələşmələrin iştirakçısı olacaqsınız. Əgər nikbin ovqat qazanmaq istəyirsinizsə, ailə-sevgi münasibətlərinə, ümumiyyətlə, cəmiyyətə fərdi baxışlarınızı dəyişin.

Tərəzi
Daxili gərginliyinizi azaltmaq üçün başqalarını “sancmayın”. Acıdil olmaq, ətrafdakıların dəyərləndirməmək, qüsur axtarmaq düzgün deyil. Bu gündən başlayaraq nüfuz dairəniz genişlənəcək. Vəzifə pilləsində ucalmaq üçün hərəkətə keçməyə dəyər.

Əqrəb
Hisslərlə oynamayın. Lazımsız yerlərə xərc çəkməyi dayandırın. Bir sözlə, hər bir məsələdə reallığa və məntiqə əsaslanın. Yalnız bu halda gününüzdən razı qalacaqsınız. Bugünkü işgüzar sövdələşmələr xeyrinizə olacaq, amma gərək təşəbbüskarlığınızı əldən verməyəsiniz.

Oxatan
Gün ərzində görəcəyiniz qlobal işləri indidən planlaşdırın. Çünki növbəti həftələrdə buna imkanınız olmayacaq. Istənilən riskli işdən, bələd olmadığınız sahələrə sərmayə qoymaqdan və ciddi məbləğdə borc verməkdən çəkinin. Istirahət günlərini daha çox doğmalarınızla münasibətləri dərinləşdirməyə həsr edin.

Oğlaq
Əgər ruhən özünüzü haqlı sayırsınızsa, heç bir probleminiz olmayacaq. Istənilən riskli addımınız uğurla nəticələnəcək. Odur ki, özünüzü fəal göstərin. Bu gün şəxsi büdcənizdə qismən də olsa, irəliləyişlər baş verəcək. Ailə-sevgi münasibətlərini səmimiyyət üzərində qurun.

Dolça
Başqalarında qüsur axtarmaqdansa, savab işlərinizin sayını artırın. Bu günün nəticələri ətrafdakılarla davranışlarınızdan və nə dərəcədə səmimi olmağınızdan asılı olacaq. Ulduzlar məhəbbət müstəvisində böyük gedişlər etmək üçün sizə yardımçı olacaq. Belə məqamlarda yalan vədlər verməməlisiniz.

Balıqlar
Sizə birbaşa aidiyyəti olmayan məsələlərə müdaxilə etməyin. Yaxşı olar ki, yarımçıq qalmış işlərinizlə məşğul olasınız. Çünki başa çatdıra bilmədiyniz öhdəliklər çoxdur. Məhz bu gün bütün enerjinizi toplamaqla bu kimi maneələri dəf edə biləcəksiniz. Bu arada səmərəli təkliflər də gözlənilir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.