21.07.2021 Gündəlik Bürclər (21 İyul 2021 Günlük Bürclər)

20 Temmuz 2021
3 569
0
21.07.2021 Gündəlik Bürclər (21 İyul 2021 Günlük Bürclər)
Qoç
Həyatınızı çətinləşdirən vərdişlərdən əl çəkin. Gələcək səfərlərinizi planlaşdırın. Sevdiyiniz adam sizi gözlənilməz hədiyyəsi, diqqət və qayğısıyla sevindirəcək.

Buğa
Qarşınıza qoyulan tapşırığa həvəslə və maraqla yanaşacaqsınız. Işdəki uğurunuz əhvalınızı qaldıracaq, depressiyadan qurtaracaq. Ehtimal ki, gəliriniz olacaq. Pulu tez xərcləməyə çalışmayın, o sizə çoxdankı arzunuzu reallaşdırmaq üçün lazım olacaq.

Əkizlər
Işgüzar görüşlər yaxşı keçəcək. Bu gün təməli qoyulan əməkdaşlığın sonu məhəbbət macərası ilə bitə bilər. Işgüzar səfəriniz də uğurlu olacaq. Ulduzlar yola tək çıxmamağı məsləhət bilir.

Xərçəng
Çətin işlərin öhdəsindən gələ biləcəksiniz. Ehtiyat tədbiri görməklə maliyyə problemlərindən özünüzü sığortalayacaqsınız. Əgər yaşlıların sözünə məhəl qoysanız, ailədə fikir ayrılığı olmayacaq. Yaxşı olar ki, ənənələrə sadiq qalasınız.

Şir
Rəqiblər üzərində qalibiyyət gözlənilir. Mötəbər şəxslərlə münasibət qurmaq üçün imkanı əldən verməyəcəksiniz. Bu gün əsasınızı qoyduğunuz sövdələşmələrdən xeyir götürəcəksiniz

Qız
Işə maraq azalır, həyat eşqi getdikcə sönür. Şəxsi müstəvidə nələrisə dəyişmək istəyəcəksiniz. Hərəkətə keçmək üçün tələsməyin. Planlı iş görün. Bunun faydasını görərsiniz.

Tərəzi
Yorğunsunuz. Hətta asan iş gördüyünzdə belə tez yorulacaqsınız. Gəlirinizin olması sizi sevindirəcək. Alacağınız gözlədiyiniz məbləğ olmasa belə onun vaxtında əlinizə gəlməsi sevindirici hal olacaq.

Əqrəb
Çoxdan bəri yalnız başqalarının qayğısına qalırsınız. Ulduzlar deyir ki, artıq özünüz barədə də fikirləşməlisiniz. Maraqlı görüşlər gözləmilir. Yeni tanışların xoşuna gələcəksiniz.

Oxatan
Həll edilməsi vacib olan ailə-məişət məsələsini həll edəcəksiniz. Bürcün ailəli mənsubları övladlarına vaxt ayırmalıdırlar. Qohumlarla yaxşı dil tapmaqla yanaşı küsülüləri barışdıracaqsınız.

Oğlaq
Bu gün yeni əyləncə tapacaqsınız. Işə marağınız azalacaq. Bürcün bir çox nümayəndələri bu səbəbdən iş yerlərini dəyişmək fikrinə düşəcəklər. Bu istiqamətdə tələskənliyə yol verməyin.

Dolça
Narahat, amma maraqlı gündür. Əməkdaşlıqla bağlı təklif ala bilərsiniz. Təklifi qəbul etməklə karyeranızı yüksəldəcəksiniz. Yaxınlarla aranızdakı münasibətlər dəyişəcək, inciklik, fikir ayrılığı keçmişdə qalacaq.

Balıqlar
Adi gün deyil. Günün ortalarında gərginlik artacaq. Yaxşı olar ki, maliyyə məsələlərinə ciddi yanaşasınız. Bahalı əyləncədən və böyük məbləğ tələb edən alış-verişdən uzaq durun.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.