28.07.2021 Gündəlik Bürclər (28 İyul 2021 Günlük Bürclər)

27 Temmuz 2021
3 378
0
28.07.2021 Gündəlik Bürclər (28 İyul 2021 Günlük Bürclər)
Qoç
Boş vədlərə aldanmayın. Bu gün bilik və bacarıqlarınızı nümayiş etdirməkdən utanmayın. Perspektivlərinizi genişləndirin. Günün ikinci yarısında aktiv olun. Sabaha yarımçıq iş saxlamayın.

Buğa
Səbirli olun, kiçik və xırda məsələlərə görə kəmhövsələ olmayın. Əks-cins mənsubu ilə ünsiyyətdə şəxsi məsələləri müzakirə etməyin. Axşam saatlarında təbiət qoynunda, dostlarla birlikdə vaxt keçirin.

Əkizlər
Əhvalınız dəyişkən ola bilər. Günün gedişi gördüyünüz işlərdən asılıdır. Məqsədə çatmaq üçün vaxtdan maksimum istifadə edin. Kommersiya işlərində uğurlu gündür. Romantik görüş əla keçəcək.

Xərçəng
Sevdiyiniz insanların qayğısına qalın, düşünülməmiş addımlar atmayın. Məqsədə doğru dinamik hərəkət edin. Cari məsələlərlə bağlı tələskənliyə yol verməyin. Axşam saatlarında zahiri görünüşünüzə fikir verin.

Şir
Qətiyyətli və inamlı olun. Problemlərlə qarşılaşanda ruhdan düşməyin, geri çəkilməyin. Hər addımı ölçüb-biçin, diqqətli davranın. Şəxsi münasibətlərdə həssas olun. Ailə üzvlərinin maraqlarını yaddan çıxarmayın.

Qız
Niyyətinizi hamıya açıqlamayın. Işlərinizə ciddi təsir edə biləcək yeniliklər ola bilər. Dəvətli olduğunuz yerə gedin. Maraqlarınızı bölüşən insanla söhbətləşin. Ev işləri üçün də əlverişli gündür.

Tərəzi
Yaxınlarınızdan biri sizə maraqlı məsləhət verəcək. Bu gün razılaşma əldə etmək çətindir. Romantik münasibətlərdə rəğbət və diqqət məqamlarına riayət edin. Axşam saatlarında gözəl məkanda dincəlməyə çalışın.

Əqrəb
Çətin qərarı təxirə salmayın. Diqqətiniz əsas işdə olsun, ikinci dərəcəli məsələləri təxirə salın. Məntiqli olsanız, daha çox iş görə bilərsiniz. Bu günlük ünsiyyətdə çox olmayın, yalnız zərurət yarananda təmasda olun.

Oxatan
Səfər və ya ezamiyyət üçün uğurlu gündür. Yeni işə başlamaq olar. Bu gün alış-veriş etmək olar. Problem və səhvlərə qapanmayın, çünki maneələri dəf etmək mümkündür. Istirahəti unutmayın, əks təqdirdə ertəsi günə yorğun başlayacaqsınız.

Oğlaq
Yaxın ətrafınızdakı insanlardan birindən yardım almaq istəyirsinizsə, məsləhətləri qulaqardına vurmayın. Əks təqdirdə həmin insanın sizə olan marağı itəcək. Maraqlandığınız məsələ praktiki xeyir verə bilər. Əks cinsin nümayəndələrinin diqqətində olacaqsınız.

Dolça
Məhsuldar gündür. Enerji potensialı yüksək olduğundan problemlərin və məsələlərin sürətli həllinə çalışın. Axşam saatlarını evdən kənarda, dostlar və ya sevdiyiniz insanla keçirə bilərsiniz. Yeni tanışlıq gözlənilir.

Balqlar
Narahat gündür. Sözlərinizə fikir verin. Ətrafınızdakı insanların qəlbinə toxunmayın. Şəxsi münasibətlər müstəvisində birgə planların müzakirəsi üçün əlverişli zamandır. Səfər və ya səyahətə çıxmaq olar.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.