31.07.2021 Gündəlik Bürclər (31 İyul 2021 Günlük Bürclər)

30 Temmuz 2021
3 514
0
31.07.2021 Gündəlik Bürclər (31 İyul 2021 Günlük Bürclər)
Qoç
Daxili “mən”i üzə çıxarmaq üçün əlverişli gündür. Bu gün əks cinsin nümayəndələrinin xoşuna gələcəksiniz, amma hər şeyi öyrənmə həvəsiniz ucbatından konfliktlər yarana bilər.

Buğa
Bugünkü riskli addımlar gözlənilməz nəticələr verə bilər. Apardığınız danışıqlar uğurlu olacaq. Əgər bu gün istirahət götürmək istəsəniz, yerinə düşər.

Əkizlər
Bu gün çox çətin keçəcək. Neqativ təsirlərin qarşısını sizdən vəzifəcə böyük olan adamın xeyrinə məsuliyyətdən imtina etməklə ala bilərsiniz. Vacib məsələləri və dəyişiklikləri sonraya saxlayın. Uzaq səfərlər sağlığınıza mənfi təsir göstərə bilər.

Xərçəng
Bütün vaxtınızı ictimai rifahınıza sərf edəcəksiniz. Yeni layihələrə başlamaq məsləhət deyil. Günün sonuna təsadüf edən səyahətlər sizin üçün xoş olacaq. Arzularınızı həyata keçirməyə çalışmayın. Onsuz da onların hamısı reallaşmayacaq.

Şir
Bu gün yeni layihələrdən imtina edərək fəal istirahətə vaxt ayırmanız məsləhətdir. Əgər tənbəlliyin daşını ata bilsəniz, bütün işləriniz yağ kimi gedəcək. Şəxsi müstəvidə işlər yaxşılığa doğru dəyişəcək.

Qız
“Qız”lar üçün uğurlu gündür. Istədiyinizi asanlıqla alacaq, xüsusilə əgər emosiyalarınıza nəzarət etsəniz və həyata daha ciddi yanaşsanız, gün daha məhsuldar olar. Azart oyunlarında uduş sizdən yan keçəcək. Işdə heç bir dəyişikliklər gözlənilmir.

Tərəzi
Bu gün aktiv peşəkar fəaliyyət və məişət problemlərilə bol olacaq. Günorta təmkinli olmağınız məsləhətdir. Üzərinizə böyük məsuliyyət tələb edən işlər götürməyin. Bu gün sizi yeni və maraqlı tanışlıqlar gözləyir.

Əqrəb
Bu gün işlərinizdə durğunluq olacaq. Dolaşmış və həllini sonraya saxladığınız məsələni həll edəcəyiniz ehtimalı da var. Anidən verdiyiniz qərara görə əziyyət çəkə bilərsiniz. Nəhayət, çoxdan gözlədiyiniz arzu həyata keçəcək.

Oxatan
Bu gün sizi xoşagəlməz hadisələr gözləyir. Bu müddətə vacib məsələləri planlaşdırmaq məsləhət deyil. Ən yaxşısı gününüzü istirahətə və sevimli məşğuliyyətə, həmçinin yaxınlarınıza və ailənizə həsr edin.

Oğlaq
Bu gün “Oğlaq”lar borclarını qaytaracaq və hesabat aparacaqlar. Ola bilsin ki, ruh düşkünlüyünə qapılasınız. Amma bu situasiyadan çıxmağa sizə dostlarınız və sevdiyiniz insanlar yardımçı olacaq. Planlarınız barədə ətrafdakılara danışmamaq məsləhətdir.

Dolça
Gələcək planlarınızı qurmaq üçün əlverişli gündür. Fiziki fəallıq gözlənilir. Idman sahəsində irəli getməyiniz istisna edilmir. Günün ikinci yarısında işdə əsəb gərginliyi keçirəcəksiniz.

Balıqlar
Bu gün oturub dincəlməyə belə vaxtınız olmayacaq. Işiniz çox olacaq, həmçinin onların yerinə yetirilməsi variantları arasında seçim etmək məcburiyyətində qalacaqsınız. Hərəkətlərinizi diqqətlə götür-qoy etmək ən yaxşı yol kimi görünür.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.