06.08.2021 Gündəlik Bürclər (6 Avqust 2021 Günlük Bürclər)

05 Ağustos 2021
3 454
0
06.08.2021 Gündəlik Bürclər (6 Avqust 2021 Günlük Bürclər)
Qoç
Səbrli olun, yaşananları müşahidə edin. Nüfuzlu insanlarla əlaqələri dərinləşdirin. Diqqətli olun, başladığınız işi yarımçıq qoymayın. Çünki əvvəl gördüyünüz işlərin bəhrəsini əldə edəcəksiniz. Hadisələri tələsdirməyin, nüanslara diqqət yetirin.

Buğa
Günün planları dəyişəcək. Mövqeyinizi aydınlaşdırmaq, planlarınızdan bəhs etmək üçün əlverişli gündür. Yeni işə başlamağa tələsməyin. Götür-qoy edin, təhlildən sonra qərar verin. Sizdən zəif və daha az müdafiə olunan insanların qayğısına qalın.

Əkizlər
Problemlərin həlli baxımından məhsuldar gündür. Pul xərcləməyə tələsməyin. Bütün situasiyalarda həmkarlarla və yaxın adamlarla məsləhətləşin. Şəxsi ambisiyalarınızla yaşamı çətinləşdirməyin.

Xərçəng
Perspektivlərinizi təhlil edin. Sizi təhlükəli oyunda iştiraka cəlb etməyə çalışırlar. Bu səbəbdən də görüşləri təxirə salmaq məsləhətdir. Alış-verişdə qənaətcil olun. Ətrafınızda baş verən və sizə aidiyyəti olmayan hadisələri kənardan soyuqqanlı izləyin.

Şir
Gün sakit keçməyəcək. Ailə üzvlərindən biri sürpriz edə bilər. Əvvəllər dil tapa bilmədiyiniz insanla maraq dairəniz sayəsində həmfikir olacaqsınız. Yaxşı olar ki, iddialarınızı müvəqqəti də olsa, kənara qoyasınız. Şəxsi münasibətlərdə sizi narahat edən məsələlərin müzakirəsini təxirə salmayın.

Qız
Tənbəl olmağınız rəqiblərinizi sevindirəcək. Günün ikinci yarısında yeni işə başlamaq, qəti qərar qəbul etmək olar. Səfər üçün əlverişli zamandır. Şəxsi münasibətlərdə sürprizlər ola bilər. Dostlarla görüş üçün yaxşı gündür.

Tərəzi
Yaxın ətrafınızdakı insanlardan yardım ala bilərsiniz. Günün ikinci yarısında müstəqil çalışmağa cəhd göstərin. Görülən işin keyfiyyətini kəmiyyətə keçirin.

Əqrəb
Fikrinizi ən mühüm məsələyə yönəldin. Birgə çalışdığınız insanın məsuliyyətsizliyi ilə üzləşə bilərsiniz. Anlaşılmazlığın münaqişəyə çevrilməsinə imkan verməyin. Ev işlərini arxa plana atmayın.

Oxatan
Yol verdiyiniz səhvlərin fəsadlarını aradan qaldırın. Fəaliyyət istiqamətini dəyişmək üçün əlverişli zamandır. Başqalarının işinə də müdaxilə etməyin. Özünüzü soyuqdəymədən qoruyun. Sizə bilavasitə dəxli olmayan məsələləri ürəyinizə salmayın.

Oğlaq
Günün ikinci yarısında bol məsləhət dinləyəcəksiniz. Ürəyiniz istəyən işlərlə məşğul olun. Ünsiyyətləri məhdudlaşdırın. Ev işləri üçün də məhsuldar gündür. Işdəki yorğunluq ucbatından evdə bir sıra görüləsi işləriniz qaldığını unutmayın.

Dolça
Cari işləri yerinə yetirin. Rəhbərlik sizə çox çətin tapşırıq verə bilər. Sizin üçün qəfil ola biləcək olaylar baş verəcək. Bir işlə məşğul olanda başqasını da düşünün. Görüşlər istədiyiniz nəticəni verməyəcək.

Balıqlar
Qohumlar, dostlar və yaxınlarla münasibətlərin dərinləşdirilməsi üçün əlverişli gündür. Ümumi maraq və ya problem çərçivəsində sıx əməkdaşlığa üstünlük verin. Günün ikinci yarısında mühüm iş görmək olar. Axşam saatlarında istirahət edin.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.