11.08.2021 Gündəlik Bürclər (11 Avqust 2021 Günlük Bürclər)

10 Ağustos 2021
3 195
0
11.08.2021 Gündəlik Bürclər (11 Avqust 2021 Günlük Bürclər)
Qoç
Bu gün problemlərin həllini öz üzərinizə götürməlisiniz. Halbuki, bu problemləri başqaları yaradıb. Təmkinli olun, çünki günün emosional mənzərəsi qəlizdir. Əgər istirahətə vaxt ayırmasanız, istər fiziki, istərsə də ruhi baxımdan gücünüzü bərpa etməsəniz, ciddi xəstələnmək təhlükəsi var.

Buğa
Nəzərdə tutmadığınız uğursuzluqlar yaxındadır. Ətrafdakılara yardım etməyə çalışın. Həyat eşqi yüksək olduğundan gərginlikdən çəkinməyin. Təəssüf ki, şəxsi müstəvidə vəziyyət ürəyinizcə olmayacaq.

Əkizlər
Bu gün çox uğurlu olacaq. Ancaq pozitiv tendensiyaların ömrü uzun olmayacaq deyə, uzunmüddətli layihələrə başlamayın. Xırda məsələlərin həlli sizin üçün asan olacaq. Planlaşdırmadığınız səfərlər də gözlənilir.

Xərçəng
Sevinməyə əlinizdə əsas çoxdur. Işdə də əhəmiyyətli uğurlarınız olacaq. Elə bir təklif almaq ehtimalı var ki, onun sayəsində öz mövqeyinizi daha da möhkəmləndirəcəksiniz. Şəxsi müstəvidəki vəziyyət də iş sferasından heç də geri qalmayacaq.

Şir
Ciddi problemlər gözlənilmir, buna rağmən böyük uğurlar da olmayacaq. Bu gün yaşlı qohumlar sizin işlərinizə maraq göstərəcəklər. Çalışın ki, qıcıqlanmayasınız, əgər mübahisəyə yol versəniz, barışmaq sizin fikirləşdiyinizdən də çətin olacaq.

Qız
Yeni başlanğıclar üçün yaxşı gündür. Sizin parlaq uğurunuz son zamanlara qədər sizə şübhə ilə yanaşanlar üçün sürpriz olacaq. Bir zamanlar sizi tənbeh edənlər müttəfiqlərinizin cərgəsində durmağa çalışacaq.

Tərəzi
Bugünkü ideyalarınızdan bəhrələnin. Ətrafdakıları təəccübləndirməkdən, onların şoka düşməsindən ehtiyatlanmadan hərəkətə keçin. Ulduzlar bildirir ki, onlar sizin qadir olduqlarınızı qiymətləndirəcəklər. Imiclə bağlı eksperimentlər uğurlu olacaq.

Əqrəb
Günün əsas hissəsini rəğbət bəsləmədiyiniz adamla birlikdə keçirəcəksiniz. “Çağırılmamış qonağın” işlərinizə müdaxilə etməsinə göz yumacaq və dostyana hərəkətlər etməyə məcbur olacaqsınız. Təbii ki, bu situasiyada əsəb gərginliyi qaçılmazdır.

Oxatan
Bu gün heç kim “Oxatan”lardan məsləhət və tövsiyələrini əskik etməyəcək. Ancaq bunların hamısı mənasızdır, çünki bu gün sizi yalnız öz fikirləriniz maraqlandırır. Bütün bunlar da əsassız deyil, çünki yaranmış situasiyanı yaxşı dərk edirsiniz.

Oğlaq
“Oğlaq” tənbəllik edirlər və buna görə təəssüf hissi keçirəcəklər. O üzdən də dəstək görmək istərkən ətrafdakılar tərəfindən məzəmmət obyektinə çevriləcəksiniz. Əhatənizdəkilər arasında özünüzə bənzərini tapan kimi onu həmkar seçəcəksiniz.

Dolça
Bu gün istənilən planların reallaşdırılması baxımından əlverişlidir. Ulduzların fikrincə, bu gün sükan arxasında az vaxt keçirsəniz, yaxşı olar. Yaxınlarınızın hərəkətindən narahat olacaqsınız. Əgər sülhü saxlaya bilsəniz, çətinliklər geridə qalacaq.

Bağlıqlar
Pozitiv tendensiyaların təsiri əvvəlki kimi güclüdür. Bu günə istənilən görüş təyin edə bilərsiniz. Rəqəmlə bağlı istənilən iş diqqət tələb edəcək. Ulduzlar “yüz ölçüb bir biçməyi” məsləhət görür. Gözləmədiyiniz halda qiymətli hədiyyə alacağınız da istisna edilmir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.