12.08.2021 Gündəlik Bürclər (12 Avqust 2021 Günlük Bürclər)

11 Ağustos 2021
3 117
0
12.08.2021 Gündəlik Bürclər (12 Avqust 2021 Günlük Bürclər)
Qoç
Yaxınlarınızdan birinə yardım gərəkdirsə, ona kömək edin. Səhhətinizi qoruyun, stresli situasiyalar və ya ekstrimə qatılmayın. Fiziki aktivliyi azaltmayın. Gərginliyin azaldılması yollarını arayın. Axşam saatlarında rahat şəkildə dincəlin.

Buğa
Bu gün əks cinsdən olan şəxsin vədlərinə, təkliflərinə dərhal inanmayın. Düşünün, götür-qoy edin. Yalanın qurbanı ola bilərsiniz. Mürəkkəb və çətin gündür.

Əkizlər
Böyük maliyyə uğuru və ya əksinə, itkisi ola bilər. Imkan və perspektivlərinizi qiymətləndirin. Ümumi maraqlarınız olan insanlarla görüşün.

Xərçəng
Yaxşı olar ki, yüksək iş qabiliyyətinizi qoruyasınız. Problemlərin həllində kəmhövsələlilik etməyin. Evdə kiçik təmirlə məşğul olun. Əşyalarınızı nizama salın. Şəxsi münasibətlərə də diqqət yetirin. Onların niyyətlərini anlamağa çalışın.

Şir
Cari işlərə xüsusi diqqət yetirin. Xırda məsələlərə fikrinizi yayındırmayın. Tələskən olmayın. Çalışın, səhvə yol verməyəsiniz. Günün ikinci yarısında ev işləri ilə məşğul olun.

Qız
Maraqlı gündür. Işlərinizdə diqqətli olun, münasibətlərdə isə səmimi olun. Tərəfdaşların səhvlərini xatırlatmaqla onları acılamağa çalışmayın. Yaxınlarınıza istədikləri işlərlə məşğul olmağa imkan verin. Axşam saatlarında sakitliyi hər şeydən üstün tutun.

Tərəzi
Sakit çalışmaq üçün əlverişli gündür. Sevdiyiniz insanın qayğısına qalın. Yaradıcılıq imkanlarınız yüksək səviyyədə olacaq. Böyük məbləğdə pul xərcləməyin. Əldə etdiklərinizlə kifayətlənin.

Əqrəb
Bu gün həyat eşqiniz aşıb-daşacaq. Güc və qüvvə artımı hiss olunur. Bu səbəbdən də həyatdan zövq alacaqsınız. Uzun zamandan bəri gözlədiyiniz təəssüratı ala biləcəyiniz tədbirə qatılın. Kimsə əhvalınızı pozmaq istəyirsə, təxribatlara uymayın.

Oxatan
Eyni vaxtda bir neçə iş görməyin. Bir işi seçəndə də onu sona çatdırmaq üçün əlinizdən gələni edin. Bu gün gəlirlər barədə də düşünün. Yerinə yetirə bilməyəcəyiniz vədlər verməyin. Axşam saatlarında normal istirahət edin.

Oğlaq
Aktiv çalışın, məqsədə çatmaq üçün bütün vasitələrdən yararlanın. Şəxsi münasibətlərdə və ailə üzvləri ilə təmaslarda qayğıkeş olun. Yaxın ətrafınızdakı insanlardan mümkünsüzü tələb etməyin.

Dolça
Böyük maliyyə xərcləri tələb edən layihəyə başlamayın. Sənədləşmə işlərində problemlər ola bilər. Son günlərin gərginliyi yorğunluq və süstlük hissi ilə nəticələnəcək.Bu səbəbdən səbr kasanız daşa bilər. Təmkinli olun.

Balıqlar
Alış-veriş üçün əlverişli gündür. Yaxın gələcəklə bağlı planları ailənizlə müzakirə edin. Yaxın ətrafınızdakı insanların reaksiyalarını diqqətlə izləyin. Günün ikinci yarısında istirahət üçün vaxt tapın.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.